Heç bir təhsili olmayan məşhur aktrisaya fəxri doktor dərəcəsi verildi
Bakupost saytından alınan məlumata görə, Icma.az bildirir.
ABŞ-nin məşhur aktrisası Sara Cessika Parkerə Şimal-Qərb Universiteti (Northwestern University) tərəfindən incəsənət üzrə fəxri doktor elmi dərəcəsi təqdim edilib.
Bakupost.az xəbər verir ki, bu barədə Nbcchicago.com saytı məlumat yayıb.
Qurumdan bildirilib ki, aktrisanın heç vaxt alitəhsil almamasından asılı olmayaraq, bu mükafat ona humanitar elmlərə və incəsənətə göstərdiyi uzunmüddətli dəstəyə görə verilib.
Çikaqo şəhərində keçirilən mərasimdə mükafatı qəbul edən Parker məzunlar qarşısında motivasiyaedici nitq söyləyib. Çıxışın ana xəttini "Bəs əgər?" sualı ətrafında qurulmuş fikirlər təşkil edib. Aktrisa qeyd edib ki, bu fənd aktyor sənətində obrazın gələcəyini canlandırmaq tələb olunduqda tez-tez tətbiq edilir.
O, gəncləri öz unikallıqlarını qoruyub saxlamağa və şəraitin onların həyat yolunu həll etməsinə icazə verməməyə səsləyib. Parker etiraf edib ki, fəaliyyəti boyunca ona xarici görünüşü, iş üslubu və yaradıcı seçimləri ilə bağlı dəfələrlə dəyişiklik etmək tövsiyə edilsə də, əksər vaxtlarda kənar məsləhətlərə kor-koranə tabe olmaqdan çəkinib. Onun fikrincə, verilən məsləhətləri eşitmək önəmlidir, lakin son qərarı vermək hüququ fərdin özündə qalmalıdır. Aktrisa qeyd edib ki, ən böyük nailiyyətlər adətən qorxu və tərəddüdlərlə başlayır.
Baxış sayı:173
Bu xəbər 16 İyun 2026 08:06 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















