Icma.az
close
up
RU
Məşhur markanın avtomobilləri yolda alışır: Minlərlə maşın geri çağırılır

Məşhur markanın avtomobilləri yolda alışır: Minlərlə maşın geri çağırılır

Milli.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Ford şirkəti bəzi modellərində aşkarlanan motor bloku isidici qüsuru səbəbindən 59 mindən çox avtomobili geri çağırmaq qərarı verib. ABŞ Milli Yol Təhlükəsizliyi Administrasiyasının (NHTSA) açıqlamasına görə, bu qüsur yanğın riski yarada biləcək ciddi təhlükə təşkil edir.

Milli.Az xəbər verir ki, bəzi Ford avtomobillərindəki motor bloku isidiciləri çatlayaraq soyutma mayesinin sızmasına səbəb olur. Bu sızıntı qısa qapanmaya yol açaraq avtomobilin mühərrik hissəsində yanğın baş vermə ehtimalını artırır.

Ford-un geri çağırma siyahısında Lincoln MKC, Explorer, Fusion, Bronco Sport və Maverick modelləri yer alır. Şirkət bildirib ki, indiyədək bu qüsurla əlaqəli hər hansı qəza və ya xəsarət barədə məlumat yoxdur.

Ola biləcək təhlükənin qarşısını almaq üçün Ford avtomobil sahiblərinə rəsmi servis mərkəzləri ilə əlaqə saxlayaraq pulsuz yoxlama etdirilməsini tövsiyə edib. Qüsur aşkar olunduqda motor bloku isidiciləri dəyişdiriləcək.

Ekspertlər, geri çağırma siyahısına düşən avtomobil sahiblərinin şassi nömrələrini (VIN) Ford-un rəsmi saytından yoxlamasını tövsiyə edir.

Həmçinin, avtomobildə soyutma mayesi sızması və ya yanmış qoxu kimi qeyri-adi əlamətlər görüldükdə, mühərrikin dərhal dayandırılması vacibdir.
Lalə Qüdrətova
Milli.Az

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:228
embedMənbə:https://news.milli.az
archiveBu xəbər 18 Oktyabr 2025 00:46 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycanla tərəfdaşlıq yeni inkişaf perspektivləri açır

21 Noyabr 2026 20:18see370

Parisdə bugünkü etirazlara 21 mindən çox şəxs qatılıb

21 Noyabr 2026 21:24see241

Azərbaycanda regional tədris mərkəzinin yaradılması Dünya Bankı ilə müzakirə edilib

21 Noyabr 2026 15:42see238

Dünya iqtisadiyyatı təhlükə qarşısındadır KİV

22 Noyabr 2026 07:02see236

BOKT nin rəhbərliyinə təyinat olub

21 Noyabr 2026 14:31see230

Ekspert: Dövlət idarəçiliyinin rəqəmsallaşdırılması Azərbaycan iqtisadiyyatının rəqabət qabiliyyətini artırır

21 Noyabr 2026 17:24see230

Fermer ucuz satır, alıcı baha alır: Qiymət fərqi harada yaranır?

21 Noyabr 2026 14:38see226

La Liqa: Derbidə “sülh”

22 Noyabr 2026 00:06see224

Qızıl gələn il ucuzlaşacaq

21 Noyabr 2026 16:40see224

Mehriban Əliyeva və qızlarından Vyetnam mədəniyyətinə zərif ehtiram Foto

21 Noyabr 2026 15:21see223

Samvel Karapetyan: “Paşinyan müalicə olunmalıdır”

21 Noyabr 2026 17:14see220

Sumqayıtda gənc oğlan qətlə yetirilib

22 Noyabr 2026 04:55see215

Türkiyə Super Liqası: “Qalatasaray” evdə sevindi

22 Noyabr 2026 00:13see210

Allah uzaq tutsun, amma müharibə bizim işimizdir Hakan Fidan

22 Noyabr 2026 02:18see210

2026 cı ilin sonunda almaq üçün ən sərfəli iPhone modelləri

21 Noyabr 2026 21:07see208

SEPAH ABŞ nin hərbi bazalarını hədəf aldı

22 Noyabr 2026 00:43see208

Ötən gün götürülən narkotik vasitələrin həcmi açıqlandı

21 Noyabr 2026 16:00see208

İbrahim Kalın HƏMAS nümayəndə heyəti ilə Qəzzada atəşkəsi müzakirə etdi

22 Noyabr 2026 00:03see208

İran Bəhreyndə sənaye müəssisəsinə zərbə endirdi

22 Noyabr 2026 00:23see205

Milton qasırğası ABŞ də yaşayan azərbaycanlıların evlərini də vurdu

22 Noyabr 2026 07:05see202
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri