Icma.az
close
up
RU
Məşhur milyarderin toyunda oxudu, bir gecədə 2 milyon dollar qazandı (FOTO)

Məşhur milyarderin toyunda oxudu, bir gecədə 2 milyon dollar qazandı (FOTO)

Qaynarinfo saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Dünya şöhrətli müğənni Cennifer Lopes Hindistanın sayılıb-seçilən zənginlərindən birinin ulduzlarla dolu toy mərasiminin ən diqqətçəkən qonağı olub. Xüsusi gecədə səhnə alan Lopes geyindiyi səhnə kostyumları ilə də yenidən gündəmə gəlib.

Qaynarinfo xəbər berir ki, 56 yaşlı pop ulduzu "Waiting for Tonight” və "Get Right” kimi məşhur mahnılarını oxuyarkən, həmçinin rəqs edərkən üzərində demək olar ki, heç nə yoxmuş kimi görünən gözqamaşdırıcı səhnə kostyumları ilə diqqət çəkib.

Toyun qonaqları, eləcə də gəlin və bəy vəziyyətdən olduqca məmnun görünüb. Lakin Lopesin səhnə üçün seçdiyi, bədən cizgilərini açıq şəkildə göstərən cəsarətli kostyumlar sosial mediada tənqid edilib və ölkə adətlərinə uyğun geyinməməkdə günahlandırılıb.

Sosial media platforması X-da paylaşılan videoda məşhur müğənninin təsirli çıxışını səhnədə ona qoşulan gəlin Netra Mantena və bəy Vamsi Qadiracuya badə qaldıraraq yekunlaşdırdığı görünür.

Lopes badə qaldırarkən belə deyir: "Bu möhtəşəm gündə bütün ailələr bir olsun və Tanrı hamımızı qorusun".

Gəlin Netra Mantena, dərman sənayesinin aparıcı simalarından olan Rama Racı Mantenanın qızıdır. Mantena hazırda "Ingenus Pharmaceuticals” şirkətinin İdarə Heyətinin sədri və baş icraçı direktorudur.

Bəy Vamsi Qadiracu isə olduqca varlı texnologiya şirkətinin sahibkardır. O, qida çatdırılması platforması "Superorder"ın həmtəsisçisi və baş texnologiya direktorudur. İş adamı ötən il "Forbes 30 Under 30” siyahısında yer alıb.

Cütlüyün Udaypurdakı dörd günlük möhtəşəm toyu 20 noyabrda başlayıb. İlk gecənin aparıcılığını "DJ Tiesto” edib və mərasim məşhur musiqiçilərin çıxışları ilə davam edib.

Ənənəvi hind toyqabağı mərasimləri olan sangeet və xına 21 və 22 noyabrda keçirilib. Lopez 23 noyabr bazar günü cütün "hə” deməsindən sonra salona coşqu qatan konsert proqramı ilə çıxış edib.

Toyun qonaq siyahısında Dia Mirza, Amyra Dastur və Sofi Çaudri kimi onlarla Bollivud ulduzu yer alıb. ABŞ prezidenti Donald Trampın böyük oğlu Donald Tramp Jr. və rəfiqəsi Bettina Anderson da bütün tədbirlərdə iştirak ediblər.

Aydın

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:122
embedMənbə:https://qaynarinfo.az
archiveBu xəbər 25 Noyabr 2025 13:11 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Nostaljinin aldadıcı mükəmməlliyi Məryəm Bağırova yazır

08 Yanvar 2026 12:13see769

Türkiyə MN: Dəməşqə dəstək verməyə hazırıq

08 Yanvar 2026 13:29see210

Bağına ciddi ziyan dəyən fermer sığortasını ala bilmir VİDEO

08 Yanvar 2026 09:40see203

İranda aparıcı xəbər agentliklərinin saytları işləmir KONKRET

09 Yanvar 2026 10:44see176

İranda baş verənlərin Azərbaycana siyasi iqtisadi təsiri çox azdır

09 Yanvar 2026 14:06see162

Pezeşkian, Rza Pəhləvi, SEPAH üçlüyü İranda Yuqoslaviya variantı

09 Yanvar 2026 14:00see158

Buz bağlamış ön alın şüşəsini belə təmizləmək olmaz SÜRÜCÜLƏRƏ TÖVSİYƏ

09 Yanvar 2026 21:12see152

Bakıda dələduzluq edən SMM saxlanıldı

08 Yanvar 2026 12:17see149

“Kardeş Takımı 3” yalnız CineMastercard da!

08 Yanvar 2026 18:46see148

Gəncədə AĞIR QƏZA Yaralanan var FOTO

09 Yanvar 2026 08:52see146

Ordu vaxt verdi: Bir neçə dəqiqəyə başlayacaq KONKRET

08 Yanvar 2026 14:17see140

Arsenal 19 yaşlı istedad üçün külli miqdarda pul ödəməyə hazırdır

08 Yanvar 2026 09:43see137

İsfahanda televiziya və radio stansiyasının binası yandırıldı VİDEO

08 Yanvar 2026 23:39see136

İsrail Hizbullah mövqelərinə yeni hücumlar həyata keçirir​​​​​​​

09 Yanvar 2026 15:09see134

Yenə görüşə bilərlər

08 Yanvar 2026 23:38see133

“Gələcəyə iti baxış: eynək istifadəçiləri üçün sevindirici xəbər“ CNN

08 Yanvar 2026 23:03see130

“Trampı devrilmiş tiranlarının aqibəti gözləyə bilər” Xamenei

09 Yanvar 2026 17:48see129

Xətaidə parkdakı ağaclar gecəylə kəsilib Dövlət Xidməti Baş Prokurorluğa müraciət edib

08 Yanvar 2026 23:31see126

“Kinon” abunəliyini bank kartı ilə ödəmək mümkündür

09 Yanvar 2026 16:15see125

Azərbaycalı müğənni bədən quruluşu ilə DİQQƏT ÇƏKDİ VİDEO

10 Yanvar 2026 01:10see125
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri