Məşhur musiqi qrupunun meneceri həbs oluna bilər Səbəb
Kulis.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
Türkiyənin məşhur "Manifest" musiqi qrupunun meneceri və prodüseri Tolqa Akış haqqında aparılan məhkəmə araşdırması yekunlaşıb.
Kulis.az xəbər verir ki, avqust ayında saxlanılan Akış üçün "qeyri-əxlaqilik" ittihamı ilə 6 aydan 3 ilə qədər həbs cəzası tələb edilir.
İttihamnamədə Akışın təkcə menecer kimi deyil, qrupun konseptini, geyim və xoreoqrafiyalarını, eləcə də kommersiya strategiyasını müəyyənləşdirən əsas şəxs olduğu vurğulanıb.
Prokurorluq həmin nümayiş və görüntülərin cəmiyyətin ümumi əxlaq dəyərlərinə və xüsusilə uşaqların psixoloji inkişafına mənfi təsir göstərdiyini bildirib.
Xatırladaq ki, ötən il Beşiktaşda verdikləri konsertə görə qrupun üzvlərinə "cəmiyyət əxlaqına zidd hərəkətlər nümayiş etdirmək" ittihamı ilə 3 ay 22 gün həbs cəzası verilmiş, hökmün açıqlanması təxirə salınmışdı.
Yeni elmi-texniki kitab nəşr olundu Akademik Musiqili Teatrda Anım Günü ilə əlaqədar "Bir nəfəs qədər" tamaşası Zəki Mürən vəfatının 30-cu ildönümündə yad edildi
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:46
Bu xəbər 22 Oktyabr 2026 14:33 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















