Icma.az
close
up
RU
Məşhur peyk TV operatoru Digitürk öz xidmətlərinin Azərbaycandakı satışını birbaşa özü reallaşdıracaq

Məşhur peyk TV operatoru Digitürk öz xidmətlərinin Azərbaycandakı satışını birbaşa özü reallaşdıracaq

Redaktor.az saytından alınan məlumata görə, Icma.az bildirir.

Qətərin beIN Media Group şirkətinə məxsus, tanınmış peyk televiziya operatoru Digitürk şirkəti Azərbaycanda fəaliyyətini qurmaq üçün lisenziya alıb.

Yəni qurum "Digitürk Azərbaycan" MMC olaraq qeydiyyatdan keçib və Audiovizual Şuradan universal platforma operatoru olaraq lisenziya alıb.

Digitürk əsasən Türkiyə Super Liqasının və film yayımının təşkili ilə məşhurdu.

Digitürk Türkiyə bazarına xidmət etsə də, Azərbaycanda, digər türkdilli ölkələrdə, həmçinin Avropada yaşayan türk diasporası üçün də yayım təmin edir .

Şirkət uzun illərdi Azərbaycanda fəaliyyət göstərir . Xatırlayıram ki əvvəllər kabel TV-lərin tərkibində extra paket olaraq bu qurumun xidmətləri təklif edilirdi. Bir müddət sonra Digitürk yayım hüququnu müstəqil distributora ötürmüşdü. Bu şirkətlər Digitürk-ün Azərbaycandakı yayımını idarə edir, avadanlıq satışı və abunə prosesini həyata keçirirdi.

Bu partnyorluq çərçivəsində müəyyən narazılıqların olduğu bildirilirdi. Azərbaycanda son dövrlərdə onun izləyicilərinin sayının xeyli azaldığı müşahidə olunurdu.

Güman ki bu səbəblərdən Digitürk artıq Azərbaycanda birbaşa özü satış təşkil etməyə üstünlük verib.

Yeni qanunvericiliyə görə bu xidmət artıq ölkəmizdə lisenziyalıdr. Görünür ki şirkət öz fəaliyyətini hüquqi çərçivədə qurmağa üstünlük verib və "Digitürk Azərbaycan" MMC olaraq fəaliyyətini davam etdirəcək.

Xatırladıram ki, hazırda Azərbaycanda bir çox kafelər Digitürk avadanlıqlarını və kartını alaraq bu operatorun Türkiyə futbolu ilə bağlı yayımlarını müştərilərə təqdim edirlər.

Düşünürəm ki, Audiovizual Şura tərəfindən Digitürk-ün Azərbaycanda fəaliyyətinin lisenziyalaşdırılması həm media və reklam bazarının inkişafı, xidmət keyfiyyətinin artması, həm də piratçılığın qarşısının alınması və istifadəçi hüquqlarının qorunması baxımından doğru və təqdirəlayiq addımdır.

Fikrimcə, bu həm də ölkəmizin regional və qlobal media bazarlarına inteqrasiya üçün də faydalıdır.

Ümid edirəm Digitürk Azərbaycan lisenziya şərtlərinə əməl edəcək, yerli komada ilə şəffaf və müştəriyə yönəlik fəaliyyətə üstünlük verəcək, həmçinin ölkəmizdə yayım və reklam bazarının inkişafına da dəstək verəcək.

Osman Gündüz

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:118
embedMənbə:https://redaktor.az
archiveBu xəbər 22 Aprel 2025 13:49 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Lotereyada 2 milyard dollara yaxın pul qazanıldı, götürən yoxdur

21 Yanvar 2026 13:23see272

Çempionlar Liqasının əsas mərhələsinin turnir cədvəli: “Qarabağ” 18 cidir

22 Yanvar 2026 02:54see252

Tramp BMT yə alternativ təşkilatı elan edəcək

21 Yanvar 2026 14:19see241

İsrail onlarla humanitar təşkilata lisenziya verməkdən imtina edib

22 Yanvar 2026 12:46see226

Bəhlul Mustafazadə tarixə düşdü KONKRET

22 Yanvar 2026 00:46see218

Yuventus növbəti türkiyəli futbolçunu transfer etdi

22 Yanvar 2026 21:55see199

UEFA Çempionlar Liqası: Qarabağ Ayntraxt Frankfurt la qarşılaşır

21 Yanvar 2026 08:15see198

Azərbaycanda müxtəlif istiqamətlərdə müntəzəm avtobus marşrutları müsabiqəyə çıxarılır

21 Yanvar 2026 17:39see196

4 4 lük gecədən geriyə qalanlar... Fotolar

22 Yanvar 2026 00:26see183

“Kapital Bank”ın İdarə Heyətinin sədri yeni strateji vəzifəyə təyin olunub

21 Yanvar 2026 18:22see178

ÇL: İstanbulda hesab açıldı YENİLƏNİR

21 Yanvar 2026 22:01see172

Azərbaycan regionu iki dəfə qabaqlayır Rəqəmlər nə deyir?

22 Yanvar 2026 16:11see172

Qarabağ dan Ayntraxt a daha bir zərbə

22 Yanvar 2026 01:03see163

Vəhşi heyvanlar kəndə hücum edir Sakinlər qorxu içindədir

21 Yanvar 2026 14:39see161

Simpsonlar serialından 2026 cı il üçün dəhşətli proqnozlar

21 Yanvar 2026 22:36see160

Təkcə işini görmürdü... Video

22 Yanvar 2026 04:08see148

Tramp İrana hansı halda zərbə endiriləcəyini açıqladı

22 Yanvar 2026 01:55see147

Ali Məhkəmə estetik əməliyyatlarla bağlı bədən toxunulmazlığı hüququna dair mövqe bildirib

21 Yanvar 2026 10:33see146

Azərbaycan tarixinin faciə və qəhrəmanlıq salnaməsi ŞƏRH

21 Yanvar 2026 11:49see142

Netflix in ötən il reklamdan əldə etdiyi məbləğ açıqlandı

22 Yanvar 2026 03:40see141
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri