Icma.az
close
up
RU
Ümid edirəm Digitürk Azərbaycan lisenziya şərtlərinə əməl edəcək

Ümid edirəm Digitürk Azərbaycan lisenziya şərtlərinə əməl edəcək

Icma.az, Redaktor.az saytına istinadən bildirir.

Qətərin beIN Media Group şirkətinə məxsus, tanınmış peyk televiziya operatoru Digitürk şirkəti Azərbaycanda fəaliyyətini qurmaq üçün lisenziya alıb. Yəni qurum "Digitürk Azərbaycan" MMC olaraq qeydiyyatdan keçib və Audiovizual Şuradan universal platforma operatoru olaraq lisenziya alıb.

Redaktor.az xəbər verir ki, bu barədə Azərbaycan İnternet Forumunun prezidenti Osman Gündüz məlumat verib.

Onun sözlərinə görə, Digitürk əsasən Türkiyə Super Liqasının və film yayımının təşkili ilə məşhurdur.

"Digitürk Türkiyə bazarına xidmət etsə də, Azərbaycanda, digər türkdilli ölkələrdə, həmçinin Avropada yaşayan türk diasporası üçün də yayım təmin edir.

Şirkət uzun illərdi Azərbaycanda fəaliyyət göstərir. Xatırlayıram ki əvvəllər kabel TV-lərin tərkibində extra paket olaraq bu qurumun xidmətləri təklif edilirdi. Bir müddət sonra Digitürk yayım hüququnu müstəqil distributora ötürmüşdü. Bu şirkətlər Digitürk-ün Azərbaycandakı yayımını idarə edir, avadanlıq satışı və abunə prosesini həyata keçirirdi.

Bu partnyorluq çərçivəsində müəyyən narazılıqların olduğu bildirilirdi. Azərbaycanda son dövrlərdə onun izləyicilərinin sayının xeyli azaldığı müşahidə olunurdu.

Güman ki, bu səbəblərdən Digitürk artıq Azərbaycanda birbaşa özü satış təşkil etməyə üstünlük verib.

Yeni qanunvericiliyə görə bu xidmət artıq ölkəmizdə lisenziyalıdr. Görünür ki şirkət öz fəaliyyətini hüquqi çərçivədə qurmağa üstünlük verib və "Digitürk Azərbaycan" MMC olaraq fəaliyyətini davam etdirəcək".

O.Gündüz xatırladıb ki, hazırda Azərbaycanda bir çox kafelər Digitürk avadanlıqlarını və kartını alaraq bu operatorun Türkiyə futbolu ilə bağlı yayımlarını müştərilərə təqdim edirlər.

Düşünürəm ki, Audiovizual Şura tərəfindən Digitürk-ün Azərbaycanda fəaliyyətinin lisenziyalaşdırılması həm media və reklam bazarının inkişafı, xidmət keyfiyyətinin artması, həm də piratçılığın qarşısının alınması və istifadəçi hüquqlarının qorunması baxımından doğru və təqdirəlayiq addımdır.

Fikrimcə, bu həm də ölkəmizin regional və qlobal media bazarlarına inteqrasiya üçün də faydalıdır.

Ümid edirəm Digitürk Azərbaycan lisenziya şərtlərinə əməl edəcək, yerli komada ilə şəffaf və müştəriyə yönəlik fəaliyyətə üstünlük verəcək, həmçinin ölkəmizdə yayım və reklam bazarının inkişafına da dəstək verəcək", - deyə o bildirib.

Vasif ƏLİHÜSEYN

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:222
embedMənbə:https://redaktor.az
archiveBu xəbər 22 Aprel 2025 13:58 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see314

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see296

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see291

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see288

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see275

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see273

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see253

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see247

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see246

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see244

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see241

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see240

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see233

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see224

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see215

Həkimlər başında güllə ilə 30 il yaşamış kişini xilas etdilər

13 Noyabr 2026 19:47see209

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see208

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see208

Paxıllığın müsbət faydaları

13 Noyabr 2026 20:45see197

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see189
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri