Məşhur rəssamın əsərləri zibilə atıldı FOTO
Icma.az, Sfera.az saytına istinadən bildirir.
Hollandiyanın Maaşorst Bələdiyyəsi, aralarında dünyaca məşhur rəssam Andi Varholun da əsərinin olduğu 46 sənət əsərinin ötən il aparılan yenidənqurma işləri zamanı səhvən zibilə atıldığını açıqlayıb.
Sfera.az “Hürriyet”ə istinadən xəbər verir ki, itən əsərlər arasında Andi Varholun 1980-ci illərdə seriqrafiya texnikası ilə hazırladığı və Hollandiyanın sabiq kraliçası Beatrixi təsvir edən əsər də yer alıb. Təxminən 15 min avro dəyərində olan bu sənət əsəri və digər işlər ötən il bələdiyyə binasında aparılan təmir zamanı itib.
Araşdırmanın nəticələri göstərib ki, sənət əsərləri həmin dövrdə binanın zirzəmisində saxlanılıb və onların qorunması ilə bağlı təlimatların olmaması, əsərlərin səhvən atılmasına səbəb olub.
Bələdiyyədən verilən son açıqlamada, əsərlərin Uden şəhərindəki bələdiyyə binasında aparılan işlər zamanı anbarda saxlanıldığı, lakin “böyük ehtimalla” zibil materialları ilə birlikdə səhvən atıldığı bildirilib.
Bəsti Rəfizadə
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:137
Bu xəbər 26 Aprel 2025 12:51 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















