Məşhur restorana silahlı hücum: ölən və yaralananlar var
Icma.az, Bakivaxti portalına istinadən məlumat yayır.
ABŞ-ın Aydaho ştatında restoranda baş verən silahlı hücum nəticəsində azı 3 nəfər ölüb, 2 nəfər yaralanıb. Hadisədən sonra hücum edən şəxs özünə atəş açaraq həyatına son verib. Hüquq-mühafizə orqanları faktla bağlı araşdırmalara başlayıb.
Bakıvaxtı.az Musavat.com-a istinadən xəbər verir ki, məlumata görə, hadisə yerli vaxtla günorta saatlarında Aydaho ştatının cənubunda yerləşən Twin Falls bölgəsindəki məşhur restoranlardan birində qeydə alınıb.
İlkin məlumata əsasən, yarı avtomatik tüfənglə restorana daxil olan şəxs ətrafdakılara atəş açmağa başlayıb. Nəticədə azı üç nəfər hadisə yerində həyatını itirib, iki nəfər isə müxtəlif dərəcəli xəsarətlər alıb.
Hadisə yerinə cəlb olunan polis əməkdaşlarının məlumatına görə, hücumdan sonra silahlı şəxs öz silahı ilə özünə atəş açaraq ölüb.
Hazırda hüquq-mühafizə orqanları hücumun motivini müəyyənləşdirmək üçün istintaq aparır. Rəsmilər hələlik hücumun səbəbi və hücum edən şəxsin kimliyi barədə əlavə məlumat açıqlamayıblar.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:159
Bu xəbər 02 Avqust 2026 10:30 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















