Icma.az
close
up
RU
Məşhur stomatoloqdan “halal vergi” təklifi: 1800 manat çoxdur

Məşhur stomatoloqdan “halal vergi” təklifi: 1800 manat çoxdur

Cebheinfo portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Səhiyyə Nazirliyi Analitik Ekspertiza Mərkəzi (AEM) bu ilin yanvar-oktyabr ayları ərzində 78 stomatoloji klinikada yoxlama keçirib.

Onlardan 72-də müxtəlif nöqsanlar aşkar edilib. Nöqsanlardan 33-ü lisenziya şərtləri sualı üzrə, 15-i lisenziya olmadan iş və fəaliyyət, 8-i lisenziyadan kənar iş və fəaliyyət, 9-u sertifikasiya şəhadətnaməsi olmadan özəl tibb fəaliyyəti ilə məşğul olma faktı, 2-si lisenziya və sertifikasiya şəhadətnaməsi olmadan, lisenziyadankənar özəl tibb fəaliyyəti ilə məşğul olma faktı, 5-i isə sertifikasiya şəhadətnaməsi olmadan və lisenziyadankənar özəl tibb fəaliyyəti ilə məşğul olma faktı üzrə aşkarlanıb.

Qeyd edək ki, bir neçə ay öncə Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi (TƏBİB) tərəfindən Azərbaycandakı dövlət tibb müəssisələrində çalışan stomatoloqlara belə bir tələb qoyulmuşdur ki, paytaxtda çalışanlar hər iş otağı üçün aylıq 1 800 manat, bölgələr üzrə isə 1 200 manat.

Xatırladaq ki, məhz bu tələb stomatoloqların ciddi narazılığına səbəb olmuşdu. Hətta may ayının 22-də 400-dən çox stomatoloqun TƏBİB-in binasının qarşısında etiraz aksiyası keçirməsi nəzərdə tutulmuşdu.

Bir qrup stomatoloq mövcud qərarla bağlı müraciət qəbul etmişdi. Həm stomatoloji klinikalarla, həm də lisenziya ilə bağlı yoxlamalar, eləcə də dövlət tibb müəssisələrində çalışan stomatoloqlardan pul tələbi bu sahədə hansı nəticələrə gətirib çıxaracaq?

Məsələ ilə bağlı həkim-stomatoloq Zəlimxan Məmmədli “Cebheinfo.az”-a bildirib ki, digər sahələr kimi burada da ciddi islahatlara ehtiyac var:

“İlk öncə islahatların fəlsəfəsi düzgün tapılmalıdır. Yəni tibb personalının hazırlanması və müasir dünyada baş verən yenilikləri mənimsəməsi əsas xəttlərdən biri olmalıdır. İkincisi, həkimin savadının xəstəyə əlçatanlığını təmin edən mexanizm olmalıdır. Üçüncüsü, icbari tibbi sığortada bürokratik əngəllər aradan qalxmalıdır. Dördüncüsü, hüquq ali olmalıdır. 

Əgər universitet bitiribsə, ali təhsillidirsə və həkim kimi işləmək üçün üzərinə düşən mərhələni keçibsə, o həkim kimi istər özəl, istərsə də dövlət klinikalarında işləmək hüququ qazanır. 

Onların ixtisasartırması ilə bağlı islahatların bir tərəfi kimi beş ildən bir sertifikasiya olur ki, çox mənasızdır. İldə bir dəfə, hətta dövlətin büdcəsinə qənaət etmək şərti ilə dünyada stomatoloji xidmətdə yenilikləri tibb işçilərinə çatdırmaq mexanizmləri işlənməlidir.

Yoxsa əzbərçiliklə, sertifikasiya heç bir əhəmiyyət daşımır. Mən dörd dəfə sertifikasiyadan keçmişəm, bunun bəhrəsini də görməmişəm. Digər önəmli məqam odur ki, lisenziya sadələşməlidir. Əgər həkim hüququ qazanmışamsa, lisenziya da yükləmək, pullar və s. bunlar doğru olmayan tələblərdir.

Hərə bir normativ müəyyən edir. Bu normativdən bir balaca kənara çıxdınsa, ciddi cərimələr, sanksiyalar tətbiq olunur.  Hüquq təhsili olmayanın hüquqla məşğul olması, həkim təhsili olmayanın xəstəyə müdaxilə etməsi, lisenziyası olmayanın o cür klinikalarda çalışaması qadağandır. 

Ona görə də buna bir kompleks yanaşma olmalıdır ki, səhiyyənin “üzü gülsün”, inkişaf etsin, dinamika yaransın. Məsələn, sovet səhiyyə sistemindən başlayaraq mən 42 ildir ki, işləyirəm, fundamental fərqi yoxdur. Bunun üzərində düşünmək lazımdır. 

Yoxsa ancaq cərimələmək, inzibati tədbirlərlə məsələ həll olunmur. İslahatların fəlsəfəsi qeyd etdiyim 4 kriteriyadır. Onlar olduqda islahat olur, səhiyyə inkişaf edir, vətəndaş məmnun olur və bu xidmət ona əlçatan olur”. 

Bir müddət öncə də stomatoloqlarla bağlı irəli sürülən tələblərə gəldikdə isə  Zəlimxan Məmmədli bildirib ki, bu fikir hansısa bir bürokratın ağlına gəlib: 

“Bütün stomatoloqlar, istər dövlət, istərsə də özəl klinikalarda olsun sadələşmiş vergiyə cəlb edilməlidir. Mövcud qanunvericiliyə uyğun olaraq özəl fəaliyyətlə məşğul olmaq hüququ həm dövlət klinikalarında, həm də özəllərdə legitimləşsin.

Ancaq bu niyə 1 200, 1 800 manat olmalıdır? Onun hüquqi kökü yoxdur. Bu islahat deyil, inzibati amirlikdir. Bizim sistemdə keçəsi deyil. Həkimlər bunu protesto etdilər. Bunun hüquqi əsası olmalıdır. Pulsuz səhiyyə xidmətidirsə, onu buraya tətbiq etmək olmaz. 

Onun elə hüquqi əsasını tapmaq lazımdır ki, ödəyən də hansı hüquqi əsasa görə ödədiyini bilsin. Onu alan müəssisədə bilsin ki, bu, hansı təyinatlar üzrə xərclənəcək.

Bütün bunlar səhiyyə sistemində olan qüsurların təzahürüdür. Mən vergi siyasətimizin yüksək səviyyədə şəffaflaşmasının tərəfdarıyam ki, “halal vergi” ilə dövlətin xəzinəsi zənginləşməlidir”.

Nigar Abdullayeva
“Cebheinfo.az”

Açar sözlər: stomatoloq vergi Zəlimxan Məmmədli

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:149
embedMənbə:https://cebheinfo.az
archiveBu xəbər 12 Noyabr 2025 15:53 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Dövlət Mahnı Teatrında “Maykl Cekson” tribyut konsert keçirilib (Foto)

18 Oktyabr 2026 10:14see315

Velosiped sürən 6 yaşlı uşaq qəzanın qurbanı oldu ÖZƏL

18 Oktyabr 2026 18:44see279

"Real" "Sevilya"nı böyük hesabla məğlub etdi

19 Oktyabr 2026 01:50see270

Ferhat Göçer Eyyub Hüseynzadənin təşkil etdiyi konsertdə “Ey, Əziz Anam, Azərbaycan”ı oxudu VİDEO

18 Oktyabr 2026 10:06see269

Azərbaycan Basketbol Liqası: Neftçi Sumqayıt ı məğlub etdi

19 Oktyabr 2026 03:44see261

Məşhur müğənni 10 il müddətinə həbs edilə bilər

18 Oktyabr 2026 17:39see255

Arda Güler möhtəşəm qola imza atdı VİDEO

18 Oktyabr 2026 23:54see250

İran ABŞ nin aviabombasının istehsalı texnologiyasını əldə etdiyini bildirib

19 Oktyabr 2026 05:09see237

Avropanın turizm üçün ən yaxşı şəhəri elan olundu

19 Oktyabr 2026 08:33see225

Tanınmış türk brendinin corabları Belarusda qadağan edilib…

18 Oktyabr 2026 21:08see224

Azərbaycan himni altında İran bayraqları: Almaniyadakı aksiyanın arxasında hansı maraqlar dayanır? TƏHLİL

19 Oktyabr 2026 00:05see219

"Yuventus"u qol atəşinə tutdular Video

19 Oktyabr 2026 02:19see217

Zəngilanın yenidən qurulması sistemli şəkildə davam edir

19 Oktyabr 2026 08:38see206

Füzuli teatrı Şəhər Günündə “Tıq tıq xanım” tamaşası ilə uşaqları sevindirdi FOTO

18 Oktyabr 2026 12:24see194

Rusiya Ermənistandan Naxçıvana uzanan dəmir yoluna nəzarəti saxlamaq istəyir

19 Oktyabr 2026 08:39see191

İran da qırıcı təyyarə istehsal edir?

19 Oktyabr 2026 01:44see190

Hicab savaşının pərdəarxası RAKURS

18 Oktyabr 2026 19:10see180

Videokolposkopiya ginekologiyada müasir müayinə. VİDEO

18 Oktyabr 2026 08:00see179

“Real”dan böyük hesablı qələbə: Arda Gülər və Mbappe fərqləndi

19 Oktyabr 2026 02:37see178

Alonso “Formula 1”də V8 və V10 mühərriklərinin qayıdışına şübhə edir

19 Oktyabr 2026 04:41see168
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri