Məşhur xizəkçinin Olimpiya arzusu yarımçıq qaldı: Vonn ayağını sındırdı
Icma.az bildirir, Oxu.az portalına istinadən.
Tanınmış ABŞ-li dağ xizəyi ustası Lindsi Vonn İtaliyada təşkil olunan Qış Olimpiya Oyunları çərçivəsində çıxışı zamanı ayağının sındığını və bu səbəbdən bir neçə cərrahi müdaxiləyə ehtiyac duyduğunu bəyan edib.
Oxu.Az-ın məlumatına görə, təcrübəli idmançı bu barədə özünün sosial şəbəkə hesabında məlumat yayıb.
"Ötən gün Olimpiya xəyalım planlaşdırdığım şəkildə yekunlaşmadı. Bu, nağıllardakı kimi sonluq deyil, sadəcə, real həyatın gətirdiyi nəticə idi. Mən xəyal etməyə cürət etdim və bu məqsədə çatmaq üçün əlimdən gələni etdim", - deyə paylaşımda vurğulanıb.
41 yaşlı xizəkçi heç nədən peşmanlıq duymadığını qeyd edərək, əvvəllər yaşadığı ön çarpaz bağ zədəsi və digər travmaların indiki yıxılma hadisəsi ilə hər hansı əlaqəsinin olmadığını bildirib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:138
Bu xəbər 10 Fevral 2026 14:53 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















