Məşhur müğənninin ata olmaq sevinci yarımçıq qaldı
Lent az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.
Türkiyənin məşhur müğənnisi Ufuk Beydemir və niderlandlı sevgilisi Şaron Kovaksın övladı dünyaya gəlib.
Lent.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, “Ay Tenli Kadın” mahnısı ilə məşhurlaşan ifaçı sevincini sosial şəbəkə hesabında bölüşüb.
Cütlüyün hamiləliyin 25-ci həftəsində dünyaya gələn qızına Ruby Umay adı verilib.
Sevgilisinin vaxtından əvvəl doğuş riski ilə üzləşməsi səbəbindən Niderlanda yollanan müğənni həm ananın, həm də körpənin vəziyyətinin yaxşı olduğunu bildirib. Bununla belə, yeni doğulan körpənin bir müddət intensiv terapiya şöbəsində qalacağını açıqlayıb.
Beydemir çətin günlərində onlara dəstək olan hər kəsə təşəkkür edib.
Qeyd edək ki, müğənni 2022-ci ildə aktrisa İpək Filiz Yazıcı ilə ailə qurub. Cütlük 2025-ci ildə boşanıb.
Baxış sayı:62
Bu xəbər 25 Noyabr 2026 10:29 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















