Icma.az
close
up
RU
Məşhur yay meyvəsi Avropada 70 manata satılır? KONKRET

Məşhur yay meyvəsi Avropada 70 manata satılır? KONKRET

Icma.az, Konkret.az portalına istinadən məlumat yayır.

Avropada müşahidə olunan intensiv yağışlar və dolu kənd təsərrüfatına ciddi zərbə vuraraq bir sıra meyvələrin qiymətini rekord həddə çatdırıb. İddialara görə, artıq İsveçrədə 1 kiloqram gilasın 35 franka (68-70 manat) satılır. Bu isə iqlim dəyişikliyinin ərzaq bazarına təsirini bir daha gündəmə gətirib. Çünki ekstremal hava hadisələri bahalaşma ilə yanaşı, qida qıtlığı riskini də artırır.

Alternativ nə olacaq? İqlim dəyişikliyi nəticəsində ərzaq məhsullarının bahalaşması və qıtlıq riski gələcəkdə qlobal iqtisadiyyata necə təsir edə bilər?

KONKRET.az xəbər verir ki, globalinfo.az-a danışan iqtisadçı Elçin Rəşidov deyib ki, iqlim dəyişikliyi kənd təsərrüfatına və ərzaq bazarına təsir göstərən əsas amillərdən biridir:

“Lakin bu təsir təkcə iqlimin dəyişməsindən deyil, həm də insanların və fermerlərin yeni şəraitə nə dərəcədə uyğunlaşa bilməsindən asılıdır. Məsələn, hazırda Avropanın müxtəlif bölgələrində meyvələrin yetişmə vaxtı dəyişir. İsveçdə gilas mövsümü yeni başlayır, halbuki Azərbaycanda artıq mövsümün sonuna yaxınlaşırıq. Bu cür fərqlər bazarın tələbatına da təsir edir. Bir ölkədə məhsul mövsümü başa çatdıqdan sonra həmin məhsul başqa ölkələrdən idxal olunur və beləliklə, bazarda təklif müəyyən qədər qorunub saxlanılır. Əsas problem isə iqlim dəyişikliyinin özündən daha çox, ona uyğunlaşma prosesidir. İqlim dəyişdikcə əvvəlki əkin üsulları və ənənəvi məhsullar artıq eyni məhsuldarlığı verməyə bilər. Fermerlər yeni iqlim şəraitinə uyğun bitki növləri seçməli, müasir əkin texnologiyalarından istifadə etməli və təsərrüfatlarını yeni reallığa uyğunlaşdırmalıdırlar. Temperaturun yüksəldiyi ərazilərdə isti iqlimə uyğun məhsulların əkilməsi daha səmərəlidir. Əksinə, bəzi bölgələrdə yağıntının artması və ya rütubətin çoxalması həmin ərazilərdə fərqli məhsulların becərilməsi üçün yeni imkanlar yarada bilər. Yəni iqlim dəyişikliyi hər yerdə yalnız mənfi nəticələr doğurmur. Bəzi regionlar üçün yeni imkanlar yaransa da, bəzi ərazilər quraqlıq, istilik dalğaları və digər ekstremal hava hadisələri ilə daha çox üzləşirlər”.

İqtisadçı bildirib ki, ən çətin mərhələ məhz keçid dövrüdür:

“Belə ki, fermerlər illərlə, hətta bəzən əsrlərlə tətbiq etdikləri əkinçilik vərdişlərini dəyişmək məcburiyyətində qalırlar. Bu uyğunlaşma baş vermədiyi müddətdə məhsuldarlıq azalır, istehsal xərcləri artır və nəticədə dünya bazarında ərzaq məhsullarının qiymətləri yüksəlir. Bundan ən çox təsirlənən ölkələr isə əhalisinin gəlirlərinin böyük hissəsini ərzaq məhsullarına xərclədiyi dövlətlərdir. Azərbaycan da bu baxımdan həssas ölkələrdən biridir. Ərzaq qiymətlərinin bahalaşması ümumi inflyasiyanı artırır və insanların alıcılıq qabiliyyətini zəiflədir. Çünki ailə büdcəsinin böyük hissəsi məhz qida məhsullarına sərf olunduğundan, qiymət artımı əhalinin rifahına daha ciddi təsir göstərir. Bu səbəbdən iqlim dəyişikliyi ilə mübarizədə əsas məsələ həm də kənd təsərrüfatını yeni şəraitə uyğunlaşdırmaq, fermerləri müasir texnologiyalar və yeni istehsal üsulları ilə dəstəkləməkdir”.

Ekspertin sözlərinə görə, iqlim şəraiti dəyişdikcə məhsulun harada becərilməsi, hansı texnologiyalardan istifadə olunması və hansı marşrutlarla bazarlara çatdırılması da dəyişir:

“Bu isə bütövlükdə iqtisadi münasibətlərə, logistika zəncirinə və kənd təsərrüfatının təşkilinə təsir göstərir. Məsələn, quraqlığın artdığı bölgələrdə fermerlər daha az su tələb edən bitki növlərinə üstünlük verir, müasir suvarma sistemlərinə investisiya yatırır və iqlimə davamlı toxum sortlarından istifadə etməyə başlayırlar. Digər tərəfdən, yağıntının artdığı ərazilərdə isə əkin strukturu və təsərrüfatın idarə olunması yeni iqlim şəraitinə uyğun şəkildə formalaşdırılır. Azərbaycanda da iqlim şəraitində baş verən dəyişikliklər fermerlərin qərarlarına təsir edir. Əgər gələcəkdə müəyyən bölgələrdə yağıntılar daha çox olarsa, su ehtiyatlarından istifadə üsulları, əkin planlaması və becərilən məhsulların seçimi də buna uyğun dəyişəcək”.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:134
embedMənbə:https://konkret.az
archiveBu xəbər 02 İyul 2026 09:39 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Bir millət, iki dövlət” şüarından polis kordonuna AKP nin siyasətinin acı nəticəsi

20 Oktyabr 2026 18:28see393

Gənc İlham Əliyev hərbi təlimdə Heydər Əliyev andiçmə mərasiminə necə gəlib?

20 Oktyabr 2026 12:50see383

Ruslar üçün inflyasiya qumbarası...

20 Oktyabr 2026 18:29see336

Orqanizmdən zəhərli maddələri necə xaric etmək olar? Ən yaxşı detoksikasiya reseptləri

20 Oktyabr 2026 13:39see311

Mərkəzi Gömrük Hospitalının rəisi Baş həkim, yüksəkixtisaslı ümumi cərrah, t.e.d. Bəxtiyar Musayevi “Həkimlərimizi tanıyın” rubrikasında Sizə təqdim edirik.

20 Oktyabr 2026 15:58see305

“Tağıyev: Məktəb” filmi “Oskar” mükafatına namizəd göstərilib

20 Oktyabr 2026 17:18see244

Turan dünyası İstanbulun türklük sevgisinə möhtacdır

21 Oktyabr 2026 01:12see244

“Bunlar bizə xəbərdarlıqdır!” Həkimdən gənclərə ürək xəstəlikləri ilə bağlı çağırış HƏKİM

20 Oktyabr 2026 12:49see242

Bu təklif Rusiyaya çatdırılacaq Zelenski

21 Oktyabr 2026 01:33see239

Netanyahu Trampla İranda rejim dəyişikliyi üçün növbəti addımları müzakirə etdi

21 Oktyabr 2026 02:11see219

Serialdakı Arda illər sonra (Foto)

20 Oktyabr 2026 23:41see213

Yaxın Şərqdə gərginlik artır: İran daha güclü silahının olduğunu iddia edir

21 Oktyabr 2026 21:29see210

Bakıda qadın lyuka düşdü 2000 manatlıq cərimə

21 Oktyabr 2026 21:22see206

Maska taxanda eynəklərin şüşələri tərləməsin deyə… Yaponların ÜSULU

20 Oktyabr 2026 22:48see202

Avtobus yerüstü piyada keçidinə çırpıldı, 24 nəfər...

20 Oktyabr 2026 23:55see201

“Borussiya”nın qapıçısı “Sabah”ın təzyiqindən danışdı

21 Oktyabr 2026 04:27see201

İran Prezidenti: Amerikaya etibar etmirik

21 Oktyabr 2026 02:23see197

"28 Mall"un qarşısında ölüm

21 Oktyabr 2026 21:19see197

“Barselona“ Dani Olmonun zədəsinin ciddi olduğunu açıqlayıb

21 Oktyabr 2026 21:22see190

“28 Mall”ın yaxınlığında ölüm hadisəsi baş verdi

21 Oktyabr 2026 18:31see184
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri