Icma.az
close
up
RU
Məşhur yazıçının kitabı Vyanada təqdim edildi

Məşhur yazıçının kitabı Vyanada təqdim edildi

Gununsesi saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Vyana Beynəlxalq Kitab Sərgisi ərəfəsində Azərbaycan Mədəniyyət Mərkəzində Azərbaycanın Xalq yazıçısı, Dövlət mükafatı laureatı Maqsud İbrahimbəyovun alman dilinə tərcümə olunmuş povestlərindən ibarət kitabın təqdimatı keçirilib.

Gununsesi.info xəbər verir ki, tədbiri giriş sözü ilə açan Azərbaycan Mədəniyyət Mərkəzinin rəhbəri Leyla Qasımova təqdim olunan kitabın Prezident İlham Əliyevin Sərəncamına uyğun olaraq yazıçının 90 illik yubileyi ilə bağlı keçirilən silsilə tədbirlərin tərkib hissəsi olduğunu bildirib.

Maqsud İbrahimbəyovun həyat və yaradıcılığına nəzər salan L.Qasımova diqqətə çatdırıb ki, yazıçının əsərləri almandilli oxuculara hələ ötən əsrin 70-ci illərindən yaxşı tanışdır. Bu kitabda görkəmli yazıçının müxtəlif dövrlərdə çap olunmuş povestləri toplanıb və Mədəniyyət Mərkəzi tərəfindən çapa hazırlanıb. Kitabdakı “Ondan yaxşı qardaş yox idi”, “Bayquş gəlmişdi”, “Truskavetsə kim gedəcək”, “Axırı yaxşı qurtaran əhvalat” povestlərinin xüsusiyyətlərindən bəhs edən L. Qasımova bildirib ki, sovet konyunkturasına xitab etməyən bu povestlərdə insan psixologiyası, onun iç dünyası, onun sevinc və kədəri bütün incəlik və çalarları ilə əks olunur, oxucunu öz cazibəsində saxlayır.

Qeyd edilib ki, nəşrlərində Azərbaycan haqqında kitablara geniş yer verən Hans-Yürqen Maurer nəşriyyatında çap olunan kitabı Amazon platforması vasitəsilə həm kitab şəklində, həm də elektron formatda əldə etmək mümkündür. Bu da kitabın geniş oxucu kütləsi arasında yayılmasına imkan yaradacaqdır.

Azərbaycan Respublikası mədəniyyət nazirinin müşaviri Oleq Əmirbəyov çıxışında bildirib ki, dramaturq, ssenarist, rejissor kimi fəaliyyət göstərmiş Maqsud İbrahimbəyovun yubileyi dövlət səviyyəsində həm Azərbaycanda, həm də ölkə hüdudlarından kənarda qeyd edilir. Dövlət başçısının Sərəncamına uyğun olaraq, müəllifin əsərləri tamaşaya qoyulur, yeni kitablar nəşr olunur.

Maqsud İbrahimbəyov adına Yaradıcılıq Mərkəzinin direktoru Anna İbrahimbəyova yazıçının həyat və yaradıcılığına nəzər salıb, bu gün onun ədəbi irsinə dövlətimiz tərəfindən verilən yüksək qiyməti təqdir edib və Yaradıcılıq Mərkəzinin yaradıcı insanların bir araya gəldiyi, müxtəlif səpkili tədbirlərin keçirildiyi məkana çevrildiyini bildirib.

Sonra Maqsud İbrahimbəyov adına Yaradıcılıq Mərkəzinin fəaliyyətinə dair videoçarx və M. İbrahimbəyovun həyatının müxtəlif dövrlərini əks etdirən fotoların toplandığı albom nümayiş etdirilib.

Naşir Hans-Yürqen Maurer öz çıxışında Azərbaycanla bağlı mövzuların uzun illərdən bəri onu cəlb etdiyini və buna görə də bu kimi layihələrin reallaşdırılmasında gələcəkdə də maraqlı olduğunu ifadə edib. O, kitabın nəşrinin ona həvalə olunmasına görə məmnun olduğunu bildirib və göstərilən etimada görə təşəkkür edib.

Çıxışlardan sonra Maqsud İbrahimbəyovun əsərləri əsasında çəkilmiş ekran əsərlərindən parçalar nümayiş etdirilib, həmçinin bədii qiraətçi, aktyor Konstantin Tsander povestlərdən parçalar oxuyub.

Tədbir çərçivəsində Mədəniyyət Mərkəzində Maqsud İbrahimbəyovun əsərlərinin müxtəlif dillərdə nəşrləri nümayiş etdirilib.

Gununsesi.info

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:171
embedMənbə:https://www.gununsesi.info
archiveBu xəbər 12 Noyabr 2025 16:53 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Dünya Bankı Qrupu Azərbaycana 100 mln. dollara yaxın özəl kapital cəlb edib

16 Oktyabr 2026 10:06see268

Azərbaycan son 16 ildə ilk dəfə “Aİ 92“ benzinini İraqdan alıb

16 Oktyabr 2026 18:42see251

“Real Madrid” Konate ilə kifayətlənmir: daha iki ulduz müdafiəçi hədəfdədir

17 Oktyabr 2026 06:05see237

Azərbaycanda 1992 ci ildən həbsdə olan ömürlük məhkum öldü

16 Oktyabr 2026 16:03see226

"Atəşgah"dan şikayət: "Turistləri aldadırlar 108 manatlıq sifarişə 180 manat hesab çıxarıldı, biabırçılıqdır!"

17 Oktyabr 2026 10:55see225

Soydaşımızın təşəbbüsü ilə Qara Qarayevin əsəri İsveçdə tədris olunacaq

16 Oktyabr 2026 18:26see222

Fransa Ukraynaya raket tədarükünü sürətləndirəcək

16 Oktyabr 2026 23:29see208

Fəaliyyətində nöqsanlar aşkarlanan tibbi xidmət sahələri hansılardır? Siyahı açıqlandı

16 Oktyabr 2026 19:27see207

Bəzi məhsullar bahalaşıb, bəziləri ucuzlaşıb SƏBƏBLƏR

16 Oktyabr 2026 21:14see204

Ölkəmizdə işsizlərin sayı AÇIQLANDI...

16 Oktyabr 2026 23:19see197

HƏLƏ İNDİYƏ QƏDƏR BELƏ SEVİNMƏMİŞDİLƏR

16 Oktyabr 2026 09:09see197

Türkiyədə aralarında şagirdlər də olmaqla onlarla insan qidadan zəhərlənib

17 Oktyabr 2026 06:42see196

Hakan Fidan Gəncliyə Yardım Fonduna hansı təlimatları verib? Bakıda şübhəli görüş

17 Oktyabr 2026 13:38see186

Xalqımızın qəhrəmanlıq tarixi

16 Oktyabr 2026 14:59see179

Mədəniyyət naziri Adil Kərimli Füzulidə vətəndaşların müraciətlərini dinlədi FOTOLAR

16 Oktyabr 2026 19:05see178

“Liverpul” liderinə 68 milyon avroluq əvəzləyici tapdı

17 Oktyabr 2026 03:37see178

Minimum maaş 700 manat olmalıdır İqtisadçıdan maraqlı İZAH

17 Oktyabr 2026 08:02see173

Azərbaycan benzini hansı ölkələrə satır?

16 Oktyabr 2026 17:40see166

Türkiyəli jurnalist beynəlxalq axtarışa verildi Azərbaycanla bağlı çağırış edirdi

16 Oktyabr 2026 15:11see162

Bu rayonların sakinlərinin nəzərinə

16 Oktyabr 2026 16:26see161
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri