Icma.az
close
up
RU
Baş prokuror Vyanada

Baş prokuror Vyanada

Icma.az, Xalq qazeti saytına istinadən bildirir.

Mayın 22-də Baş prokuror Kamran Əliyevin rəhbərlik etdiyi nümayəndə heyəti BMT-nin Cinayətin Qarşısının Alınması və Cinayət Mühakiməsi Komissiyasının sessiyası çərçivəsində Vyana şəhərində işgüzar səfərdə olub.

Baş Prokurorluq və BMT-nin Narkotiklər və Cinayətkarlıq üzrə İdarəsi (BMTNCİ) arasında əldə olunmuş razılığa əsasən ölkəmizin COP29-da sədrliyi çərçivəsində əldə etdiyi nailiyyətlərin beynəlxalq ictimaiyyətə təqdim olunması məqsədilə Azərbaycanın Avstriyadakı Səfirliyinin dəstəyi ilə BMT-nin qərargahında “İqlim fəaliyyətinin təkmilləşdirilməsi üçün ətraf mühit cinayətlərinə qarşı cinayətin qarşısının alınmasının və ədalət mexanizmlərinin gücləndirilməsi” adlı xüsusi sessiya təşkil edilib.

Kamran Əliyev çıxışında Azərbaycan Prezidenti İlham Əliyevin rəhbərliyi ilə COP29-un yüksək səviyyədə və peşəkarlıqla təşkil olunduğunu vurğulayaraq, bu mötəbər tədbirin nəticələrinin qlobal miqyasda əhəmiyyət kəsb etdiyini qeyd edib. O, həmçinin COP29 çərçivəsində Azərbaycan Respublikası Baş Prokurorluğunun və BMTNCİ-nin birgə təşkilatçılığı, Birləşmiş Ərəb Əmirlikləri Daxili İşlər Nazirliyinin isə həmsədrliyi ilə keçirilmiş “İqlim dəyişikliyi ilə mübarizədə hüquq-mühafizə orqanlarının səfərbər olunması” mövzusunda yüksək səviyyəli tədbiri beynəlxalq əməkdaşlığın genişləndirilməsi baxımından mühüm platforma kimi dəyərləndirib.

COP29-un ölkəmizdə keçirilməsinə, habelə ətraf mühitin mühafizəsi və Azərbaycanın ekoloji cinayətkarlığa qarşı mübarizə sahəsində həyata keçirdiyi tədbirlər və əldə etdiyi uğurlara həsr olunmuş videoçarx nümayiş olunub.

Sessiyada Vyanada akkreditə olunmuş diplomatik nümayəndəliklərin rəhbərləri, beynəlxalq təşkilatların təmsilçiləri, hüquqşünaslar, iqlim və ekoloji hüquq üzrə ekspertlər, eləcə də müxtəlif ölkələrin hüquq-mühafizə orqanlarının nümayəndələri iştirak edib.

XQ

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:138
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 23 May 2025 00:00 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İlk görüşdə tez soyuyan 4 bürc: Bir cümlə belə hər şeyi dəyişə bilər

03 Oktyabr 2026 03:54see263

İlham Əliyev: “Heç kim bizə əl uzatmayıb, silahları da öz pulumuzla almışıq” VİDEO

02 Oktyabr 2026 21:29see262

Fransada Mbappenin PSJ ilə bağlı şikayətinə xitam verildi

03 Oktyabr 2026 02:43see241

Fransa millisinin Zidanla “quru” seriyası başa çatdı

03 Oktyabr 2026 01:55see233

Tramp: İranın işləri yaxşı getmir

03 Oktyabr 2026 02:02see230

Xaçmazda ağır qəza: Üç nəfər xəsarət aldı FOTO

02 Oktyabr 2026 23:28see224

Çağlar Ertuğrulun ev qiymətinə olan saatı (Foto)

02 Oktyabr 2026 21:23see221

Kofeinlə bağlı yeni KƏŞF: Qəhvə sevənlər bunu mütləq oxusun

02 Oktyabr 2026 21:02see220

Levandovski yeddi ildən sonra Polşa millisində het trik etdi

03 Oktyabr 2026 01:39see206

Prezidentin qurultaydakı mesajları Azərbaycanın müstəqil siyasət kursunun davamlılığını göstərir Fərid Şa…

02 Oktyabr 2026 22:29see203

Yağışlı hava ilə bağlı bu yolda sürət həddi endirilib

02 Oktyabr 2026 23:53see197

Çağla Bozun narkotik testi müsbət çıxdı: Saçında kokain aşkarlanıb

04 Oktyabr 2026 01:38see193

Rusiyanın zərbəsi nəticəsində Ukraynada nəhəng dərman anbarı yandı

03 Oktyabr 2026 00:38see186

Millətlər Liqası: İngiltərədən darmadağın, İspaniyadan növbəti qələbə

04 Oktyabr 2026 00:43see183

Girnə sahillərində batan gəminin daha bir sərnişinin meyiti tapılıb

04 Oktyabr 2026 05:27see182

Respublika Stadionunda möhtəşəm pankartlar FOTO

03 Oktyabr 2026 20:18see175

Azərbaycanda neçə cüzamlı xəstə var?

03 Oktyabr 2026 01:32see174

Ən zərərli qida məhsulu müəyyən edildi

04 Oktyabr 2026 09:48see168

Elm sərhədləri aşır: Bakı beynəlxalq tibb dünyasını bir araya gətirəcək

02 Oktyabr 2026 21:47see157

“Rusiya İran ABŞ münaqişəsində vasitəçilik etməyə hazırdır” Medvedev

03 Oktyabr 2026 23:33see157
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri