Icma.az
close
up
RU
Məşhurlar niyə qara rəngi seçir? Psixoloqdan AÇIQLAMA

Məşhurlar niyə qara rəngi seçir? Psixoloqdan AÇIQLAMA

Cebheinfo saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

“Bir çox hallarda məşhurların geyim stilləri və paltar rəngləri trendə çevrilir”.

Bu sözləri psixoloq İlhamə Mustafayeva “Cebheinfo.az”-a açıqlamasında deyib.

O, bunun sosial məsələ olduğunu düşünür:

“Əsasən gənclər məşhurlara oxşamaq istəyirlər. Yəni bunu təsirlərə məruz qalıb axına qoşulmaq da adlandırmaq olar. Lakin onu da nəzərə almaq lazımdır ki, hər insan trendə qoşulmur. Əsasən psixoloji tərəfdən təsirə məruz qalan insanlar bu addımı atırlar. Daxilində boşluğu olan və özündən razı olmayan şəxslər diqqət çəkmək istəyirlər. Kiminsə özünün göstərməyə nəyisə olmadığı üçün başqasının göstərdiyini götürür. Beləliklə, geyim və rəng trendi yaranır”.

Onun sözlərinə görə, yeniyetmələrin və gənclərin məşhurlar kimi geyinmələri normaldır:

“Onlar kimisə təqlid edə və ya kiməsə oxşaya bilərlər. Çünki onların yaşı az olduğu üçün hələ özlərini tapa bilməyiblər. Ancaq bunu orta yaşlı insanların etməsi normal deyil.Orta yaşlı bir şəxsin gənc kimi hər trendə qoşulması onun psixoloji tərəfdən qeyri-taraz olduğunu göstərir. Bu, həm də bütün trendlərə qoşulmaq hər kəs kimi olmaq və geridə qalmamaq hissindən qaynaqlanır. Yəni “Mən də sənin kimiyəm” mesajıdır”.

Psixoloq bildirib ki, trendlərə qoşulmaq sosial konformizm kimi də qiymətləndirilə bilər:

“Cəmiyyətin bir-birinə təsiri qaçılmazdır. Bir insanın etdiyinin başqalarına təsir etməməsi mümkün deyil. Əlbəttə ki, bu təsir yaxşı mənada olmalıdır. Yəni kimdəsə gördüyün geyimi almaq normaldır.  Amma bunu yerində və normal şəkildə etmək lazımdır. Məsələn, hansısa müğənninin səhnəyə geyindiyi geyimlə sıravi bir xanımın metroya minməsi düzgün deyil. Yəni hər geyimi istənilən yerə geyinmək olmaz”.

Ekspert qeyd edib ki, trendlərin formalaşmasında sosial şəbəkələrin də böyük rolu var:

“Əslində, insanların başqaları kimi geyinmək istəyi bütün dövrlərdə olub. Lakin keçmişdə sosial şəbəkələr olmadığı üçün belə görünmürdü. Sosial şəbəkə paylaşımlarına minlərlə insan reaksiya verir, bəyənir, və rəy yazır. Nəticədə paylaşılan geyimlər trend çevrilir. Həmçinin, bu, şüuraltı olaraq dofamin alma ilə də bağlıdır. Çünki yeni nələrisə geyinmək bizə həzz verir. Eyni zamanda, yeni stil formalaşdırmaqdansa, hazır trendi geyinmək daha rahatdır”.

Həmsöhbətimiz son günlərdə məşhurlar arasında qara rəngin populyar olmasının səbəbindən də danışıb:

“Hazırda məşhurlar arasında qara rəng trendi var. Bu da daha çox payızın gəlməsi ilə əlaqədardır. Çünki payız gələndə “payız depressiyası” da olur. Qara rəngin trendə çevrilməsi isə bu depressiya ilə də bağlı ola bilər.Məsələn, bir məşhur buna görə qara rəngli geyimdə fotosessiyası uğurlu olub bəyəniləndə digərləri də eyni addımı atırlar. Beləliklə, trend əvvəlcə məşhurlar, ardınca isə sıravi insanlar arasında yayılır”.

Elmir
“Cebheinfo.az”

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:116
embedMənbə:https://cebheinfo.az
archiveBu xəbər 04 Noyabr 2025 12:31 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Lənkəran Dövlət Dram Teatrında “Çinarənin elçiləri” tamaşasının premyerası keçirilib

27 Oktyabr 2026 14:22see583

“Miqrasiya soydaşlarımız üçün qorxulu görünməməlidir” Deputat

27 Oktyabr 2026 12:01see537

Ərdoğan bu jesti ilə müəyyən dairələrə lazım olan mesajı verdi

28 Oktyabr 2026 16:23see482

Instagram da yeni funksiya

28 Oktyabr 2026 05:57see396

Gecə saatlarında əməliyyat “zərərçəkmişlər” xilas olundu VİDEO

27 Oktyabr 2026 12:16see307

Bəzi insanlarda şokolad, pomidor, limon və digər turş qidalar reflüks əlamətlərinin artmasına səbəb olur HƏKİM

27 Oktyabr 2026 12:12see284

Naxçıvanda dişi ağrıyan əsgərimiz niyə ölüb?

27 Oktyabr 2026 11:53see268

ABB istiqraz emissiyasının növbəti mərhələsinə start verdi

27 Oktyabr 2026 18:27see259

Ölümdən 2 gün əvvəl bədəndə nə baş verir? 3 mərhələdə gediş

27 Oktyabr 2026 23:48see249

İpoteka ilə mənzil sahibi olmaq nə qədər realdır?

27 Oktyabr 2026 17:28see245

Xərçəng müalicəsində yeni mərhələ: Yeni peyvənd sınaqdan keçirildi

27 Oktyabr 2026 18:04see240

Gizli təzyiqinizin olduğunu necə bilmək olar?

28 Oktyabr 2026 02:06see225

Mbappenin açıqlaması Çində qəzəbə səbəb oldu

28 Oktyabr 2026 02:46see218

Bolsonaro Braziliyanı tərk etdi

28 Oktyabr 2026 01:16see216

Nazir onu bu quruma rəis təyin etdi

27 Oktyabr 2026 20:30see215

Dohada iqtisadi potensialımızın təqdimatı

27 Oktyabr 2026 23:37see215

Sərnişinlərə şad xəbər: ADY bəzi istiqamətlərdə sərnişindaşımaları bərpa edir

27 Oktyabr 2026 20:22see215

14 günlük tələ: Elektronika mağazaları vətəndaşı necə aldadır?

27 Oktyabr 2026 19:34see209

Bakıda Dünya uşaq futboluna böyük qapı açıldı

27 Oktyabr 2026 23:49see208

Lula da Silva Bolsonarunun ölkədən qaçmasını biabırçılıq adlandırıb

28 Oktyabr 2026 04:12see202
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri