Məşq zamanı huşunu itirdi, xəstəxanaya aparıldı
Icma.az, Qafqazinfo saytına istinadən bildirir.
“Bavariya”nın baş məşqçisi Vensan Kompani komandanın məşqi zamanı huşunu itirərək təcili tibbi yardım maşını ilə xəstəxanaya aparılıb.
“Qafqazinfo” “Sky Sport Germany”yə istinadən xəbər verir ki, 38 yaşlı mütəxəssis ötən həftə kəskin virus infeksiyasına yoluxubmuş.
Məlumata görə, oktyabrın 17-də “Leypsiq”lə keçirilən oyundan sonra Kompani səhhətindəki problemlər səbəbindən matçın təhlilini özü apara bilməyib və bu tapşırığı köməkçilərinə həvalə edərək məşqçilər otağında dincəlməli olub.
Xəstəxanaya yerləşdirilən belçikalı mütəxəssisin vəziyyəti həkimlərin nəzarəti altındadır.
Məlumat üçün bildirək ki, onsident Çempionlar Liqasının Ümumi mərhələsinin III turu çərçivəsində keçirilən “Bavariya” – “Arsenal” matçından sonraya təsadüf edib. Münhendəki “Allianz Arena” stadionunda baş tutan qarşılaşma 2:2 hesabı ilə yekunlaşıb.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:80
Bu xəbər 23 Oktyabr 2026 22:00 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















