Mirça Luçesku məşq zamanı huşunu itirib
Icma.az bildirir, sport24.az portalına istinadən.
Rumıniya millisinin baş məşqçisi Mirça Luçesku komandanın məşqi zamanı huşunu itirib. Sport24.az xəbər verir ki, bu barədə adı çəkilən ölkənin mətbuatı məlumat yayıb.
Mənbənin sözlərinə görə, komandanın tibb heyəti təcili yardım briqadası gəlməzdən əvvəl ona ilkin tibbi yardım göstərib. Luçesku təcili xəstəxanaya aparılıb və hərtərəfli müayinədən keçəcək.
Rumıniya Federasiyasındakı mənbələr onun infarkt keçirdiyini bildirirlər. 80 yaşlı mütəxəssis əvvəllər bir neçə ürək əməliyyatı keçirib.
Hadisəni nəzərə alaraq, Rumıniya millisi martın 31-də Slovakiyaya qarşı oyuna baş məşqçiçisi olmadan çıxacaq.
Qeyd edək ki, cümə axşamı günü Rumıniya seçmə mərhələnin pley-off mərhələsinin yarımfinalında Türkiyəyə 0-1 hesabı ilə məğlub olaraq DÇ-2026-ya vəsiqə qazanmaq uğrunda mübarizəsini başa vurub.
Baxış sayı:170
Bu xəbər 29 Mart 2026 16:35 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















