Məşqçilər üçün seminar keçirildi
Icma.az, Fanat saytına istinadən bildirir.
Cüdo üzrə Azərbaycan milli komandalarının baş həkimi Ramil Vəliyevin təqdimatında məşqçilər üçün kəllə-beyin travmalarının profilaktikası mövzusunda maarifləndirici seminar təşkil olunub.
Fanat.Az xəbər verir ki, məlumatı Azərbaycan Cüdo Federasiyasının mətbuat xidməti yayıb.
Seminarın əsas məqsədi idman mühitində baş verə biləcək travmaların qarşısının alınması, erkən əlamətlərin tanınması və düzgün ilkin müdaxilə mexanizmlərinin məşqçilərə çatdırılması olub. Tədbir zamanı iştirakçılara kəllə-beyin travmalarının yaranma səbəbləri, risk faktorları və onların uzunmüddətli təsirləri barədə ətraflı məlumat verilib.
Xüsusilə vurğulanıb ki, idman zamanı baş nahiyəsinə zərbə hallarında ilkin simptomların vaxtında müəyyən edilməsi və idmançının dərhal tibbi qiymətləndirilməsi həyati əhəmiyyət daşıyır. Bu təşəbbüs milli komandalarda sağlamlıq və təhlükəsizlik mədəniyyətinin gücləndirilməsi istiqamətində həyata keçirilən sistemli tədbirlərin tərkib hissəsidir.
Gələcəkdə də məşqçilər və idman mütəxəssisləri üçün bu istiqamətdə maarifləndirici tədbirlərin davam etdirilməsi planlaşdırılır.
Baxış sayı:98
Bu xəbər 19 Fevral 2026 12:13 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















