AFFA dan məşqçilər üçün seminar
futbolpress-az saytından alınan məlumata görə, Icma.az bildirir.
“B” kateqoriyalı məşqçi lisenziyasını yeniləmək istəyən mütəxəssislər üçün cari mövsümdən etibarən AFFA tərəfindən danışılmış oyunlara qarşı mübarizəyə dair maarifləndirici seminarlara start verilib.
Futbolpress.az xəbər verir ki, növbəti təlimdə AFFA-nın Komplayns və Danışılmış oyunlara qarşı mübarizə şöbəsinin mütəxəssisi Murad Məmmədli çıxış edərək iştirakçılara oyun nəticələrinin manipulyasiyası, idman mərcləri və şübhəli təkliflərin yaratdığı risklər barədə ətraflı məlumat çatdırıb. O, həmçinin futbolun dürüstlük prinsiplərinin qorunmasında məşqçilərin üzərinə düşən məsuliyyətdən bəhs edib.
Görüş çərçivəsində kənar təzyiqlər zamanı düzgün davranış qaydaları, sosial şəbəkələr üzərindən edilən manipulyasiya cəhdləri, etik öhdəliklər və şübhəli halların gizlədilməsinin doğurduğu hüquqi nəticələr diqqət mərkəzində olub. İştirakçılara yerli və beynəlxalq təcrübədən nümunələr göstərilməklə yanaşı, AFFA-nın 2025-ci ildə yenilənmiş İntizam Məcəlləsinin müvafiq bəndləri də izah edilib.
Baxış sayı:86
Bu xəbər 19 Noyabr 2026 22:27 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















