Məşqçisi qol vura bilməyən Morataya dəstək verdi
Footbal-plus saytından verilən məlumata görə, Icma.az xəbər verir.
Bu yay ''Qalatasaray''dan ayrılaraq İtaliyaya qayıdan və ''Komo'' ilə anlaşan Alvaro Morata karyerasının böyük hissəsində olduğu kimi yenə çox aşağı məhsuldarlıq sərgiləyir.
"Football-plus.az" xəbər verir ki, təcrübəli ispaniyalı forvard yeni klubunda hələ də qol hesabını aça bilməyib! O, 13 qarşılaşmada aktivinə yalnız 1 məhsuldar ötürmə yazıb. Moratanın transferini tələb edən ''Komo''nun çalışdırıcısı Fransesk Fabreqas bu futbolçunun durumu barədə açıqlamalar verərək bunları deyib: ''Bəli, Morata hələ ki, qol vura bilmir. Onun dəstəyə ehtiyacı var. Çətin və üzücü bir dönəmdən keçir. Amma çox istedadlı futbolçudu və toparlanacağına əminəm. ''Kalyari''yə qarşı son matçda heç də pis oynamadı. Oyundan çıxarkən fanatlar çox doğru addım ataraq onu alqışladılar''.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:107
Bu xəbər 19 Noyabr 2025 18:03 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















