Ardıcıl 2 oyunda qol vura bilməyən Real Madrid in baş məşqçisi belə danışdı
Fanat saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
UEFA Çempionlar Liqasının əsas mərhələsinin 4-cü turunda "Liverpul"a 0:1 hesabı ilə uduzan, ardından isə La Liqa çərçivəsində səfərdə "Rayo Valyekano" ilə 0:0 hesablı heç-heçə edən "Real Madrid"in baş məşqçisi Xabi Alonso çempionat matçının ardından fikirlərini bölüşüb.
Fanat.Az xəbər verir ki, onun sözlərini "Kral klubu"nun rəsmi saytı belə çatdırıb:
"Böyüməyə, səhvlərimizdən nəticə çıxarmağa davam etməliyik. Bu, "Real"dır. Biz hamımız harada olduğumuzun fərqindəyik. Hələ noyabrdır. İrəlidə uzun yol var. Özümüzə qarşı tələbkar olmalıyıq.
"Rayo Valyekano" çox hücum etdi. Biz heç də bütün birəbir mübarizələrdən qalib ayrılmadıq. Çox gərgin qarşılaşma idi. İkinci yarıda rəqib yaxşı müdafiə olundu. Onların müdafiəsini yara bilmədik".
Nihat
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:105
Bu xəbər 10 Noyabr 2025 14:49 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları


















