Məşqlərdə hər şey yaxşı görünürdü, belə nəticəni gözləmək çətin idi Slaven Biliç
Icma.az, Sportal.az portalına istinadən məlumat yayır.
Xorvatiya millisinin baş məşqçisi Slaven Biliç Millətlər Liqasının 3-cü turunda İngiltərəyə 0:7 hesablı məğlubiyyət barədə danışıb.
Sportal.az xəbər verir ki, bu, Xorvatiya millisinin tarixində ən böyük hesablı məğlubiyyətdir.
“Belə bir axşamdan, belə ağır məğlubiyyətdən sonra nəsə demək çətindir. Azarkeşlərə, tribunalarda olan uşaqlara, bütün xorvatiyalı azarkeşlərə görə təəssüflənirəm. Amma inanın ki, bu, ən çox bizim üçün ağır oldu. Belə bir şeyin baş verəcəyini heç gözləmirdik. Məşqlərdə hər şey yaxşı görünürdü, belə nəticəni gözləmək çətin idi. Biz heç bir komponentdə, nə aqressivlikdə, nə texnikada, nə də fiziki hazırlıqda onlarla ayaqlaşa bildik. Daha sonra özünəinam, diqqət və iradə azaldı, hər şey istədiyimiz kimi getmədi.
Millətlər Liqasına bəzi suallara cavab tapmaq üçün bir sınaq kimi yanaşırdıq. Bir neçə cavab aldıq və onlar çox ağrılı oldu. Futbolçulara dedim ki, Sevilyada İspaniyaya qarşı keçirdiyimiz oyun kimi matçlar var ki, onları unutmaq lazımdır.
Özümə və digərlərinə dedim: İngiltərənin Estoniyanı 7:0 hesabı ilə məğlub edəcəyinə inanmıram. Xorvatiya üçün belə nəticə qəbuledilməzdir. Bu vəziyyətdən yalnız mən və futbolçular İspaniya ilə matçda yaxşı oyun nümayiş etdirərək çıxa bilərik. Hazırda futbolda bundan daha çətin oyun ola bilməz. Buna görə də xarakter və birlik nümayiş etdirməyin əsl vaxtıdır. İspaniyaya qalib gələcəyimizi demək ağılsızlıq olardı, amma cəsarətli və enerjili olmalıyıq”, – deyə Biliç bildirib.
saytlarin hazirlanmasi
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:93
Bu xəbər 03 Oktyabr 2026 23:45 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















