Messi İspaniya kralının qonağı olacaq
525.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.
Ulduz futbolçu, Argentina millisinin sabiq üzvü və kapitanı Lionel Messi bu gün İspaniyanın Ovyedo şəhərinə gedib.
525.az xarici KİV-ə istinadən xəbər verir ki, bura onu İspaniya kralı VI Filipp və kraliça Letisiya dəvət edib.
Messinin günorta saatlarında Ovyedo İdman Sarayında məktəblilər, tələbələr və azarkeşlərlə görüşü planlaşdırılıb. 4700 nəfərin iştirak edəcəyi görüş üçün pulsuz biletlər cəmi 13 dəqiqəyə tükənib.
Axşam isə Messi kral ailəsinin iştirak ilə şam yeməyinə dəvət alıb. Məclisdə Messidən və kral ailəsindən savayı idman sahəsində qazandıqları nailiyyətlərə görə Asturiya şahzadəsinin təsis etdiyi mükafatın laureatları da iştirak edəcək.
Qeyd edək ki, tədbirdən dərhal sonra «İnter Mayami»nin hücumçusu MLS-in müntəzəm çempionatı çərçivəsində "Nyu-York Red Bullz"a qarşı keçiriləcək səfər oyununda iştirak etmək üçün birbaşa reyslə ABŞ-a qayıdacaq.
L.Tağıyeva
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:59
Bu xəbər 22 Oktyabr 2026 15:19 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















