Messi İspaniyada nüfuzlu mükafata layiq GÖRÜLDÜ
Icma.az, Redaktor.az portalına istinadən məlumat yayır.
Argentina millisinin və ABŞ-nin “İnter Mayami” klubunun ulduz futbolçusu Lionel Messi İspaniyada nüfuzlu mükafata layiq görülüb.
Redaktor.az xəbər verir ki, futbolçu 2026-cı il “Asturiya Şahzadəsi” İdman Mükafatını oktyabrın 23-də İspaniyanın Oviedo şəhərində keçirilən mərasimdə alıb. Mükafatı ona İspaniya şahzadəsi Leonor təqdim edib. Messi tədbirə həyat yoldaşı Antonela Rokkuzzo ilə qatılıb.
Mükafat komitəsi argentinalı futbolçunun dünya futboluna verdiyi töhfələri, karyerası ərzində qazandığı nailiyyətləri və idmandakı müstəsna xidmətlərini yüksək qiymətləndirib. Messinin aztəminatlı uşaqların təhsil və səhiyyə imkanlarının yaxşılaşdırılmasına yönəlmiş xeyriyyəçilik fəaliyyəti də xüsusi qeyd olunub.
Lionel Messi bu mükafata fərdi qaydada layiq görülən ilk futbolçu olub. Daha əvvəl, 2010-cu ildə İspaniya milli komandası, 2012-ci ildə isə İker Kasilyas və Xavi Hernandez birlikdə “Asturiya Şahzadəsi” İdman Mükafatını qazanıblar.
Qeyd edək ki, karyerası ərzində “Barselona”, PSJ və “İnter Mayami” klublarında çıxış edən Messi Argentina millisi ilə 2022-ci ildə dünya çempionu olub. O, həmçinin futbol tarixində ən çox “Qızıl top” qazanan oyunçudur. Argentinalı ulduz bu mükafata səkkiz dəfə sahib çıxıb.
Turan ASLAN
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:134
Bu xəbər 23 Oktyabr 2026 22:53 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















