Icma.az
close
up
RU
“Cahan Holdinq” nüfuzlu mükafata layiq görüldü

“Cahan Holdinq” nüfuzlu mükafata layiq görüldü

Qafqazinfo saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

“Cahan Holdinq” şirkəti “Sağlam və təhlükəsiz əmək şəraitinin yaradılmasında səmərəli əməkdaşlığa görə” və “Uğurlu kollektiv müqavilə” müsabiqəsinin qalibi seçilib. Mükafat bu gün Gülüstan sarayında keçirilən “Ümumdünya Əməyin Mühafizəsi Günü və Şərqdə əmək münasibətləri üzrə ilk kollektiv müqavilənin 120 illiyi” ilə əlaqədar keçirilən konfransda təntənəli şəkildə “Cahan Holdinq”in prezidenti Vüqar Abbasova təqdim edilib.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, Azərbaycan Sahibkarlar Konfederasiyası və Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının birgə təşkil etdiyi Konfransda rəsmi dövlət qurumlarının nümayəndələri, beynəlxalq təşkilatlar, sosial tərəfdaşlar və əmək münasibətləri üzrə beynəlxalq və yerli ekspertlər iştirak ediblər. Tədbir çərçivəsində çıxış edən natiqlər ölkədə əmək təhlükəsizliyinin və sosial dialoqun inkişafına dair görülən işləri yüksək qiymətləndiriblər.

"Bu mükafatlar bizim üçün təkcə fəxarət deyil, həm də daha böyük məsuliyyətdir. Əməkdaşlarımız üçün sağlam, təhlükəsiz və ədalətli əmək mühiti yaratmaq bizim başlıca məqsədimizdir” – deyə, “Cahan Holdinq”in prezidenti Vüqar Abbasov bildirib.

Bir neçə minədək əməkdaşın çalışdığı “Cahan Holdinq”, əmək münasibətlərində sosial tərəfdaşlığa, şəffaf idarəetməyə və beynəlxalq standartlara əsaslanan yanaşması ilə fərqlənir. Şirkət ISO 9001 beynəlxalq standartına uyğun nizam intizamlı iş şəraitinin təmin edilməsi, əməyin mühafizəsi, təhlükəsiz və sağlam iş şəraitinin təmin olunmasında nümunəvi fəaliyyəti ilə tanınır.

Xüsusilə blokada şəraitində yaşayan Naxçıvan Muxtar Respublikasında əhalinin məşğulluğunun artırılması və sosial müdafiəsinin təminində “Cahan Holdinq”in rolu böyükdür. Şirkət bölgədə həm iqtisadi, həm də sosial sabitliyin qorunmasına töhfə verir.

Tərkibində10 şirkəti birləşdirən “Cahan Holdinq” müxtəlif sahələrdə uğurla fəaliyyət göstərir. Avtomobil biznesi və texniki xidmət, tütün və çay məhsullarının istehsalı, tikinti materialları və istilik sistemləri, ticarət, turizm və tikinti kimi sahələrdə mühüm irəliləyişlərə nail olan holdinq, eyni zamanda dünyaca tanınmış bir sıra brendlərin Azərbaycandakı rəsmi nümayəndəsidir.

Qeyd edək ki, “Cahan Holdinq”in prezidenti Vüqar Abbasov təkcə biznes sahəsində deyil, ictimai sahədə də aktiv fəaliyyəti ilə seçilir. Hazırda o, Naxçıvan Muxtar Respublikasının Sahibkarlar Konfederasiyasının sədri və Azərbaycan Respublikası Sahibkarlar və İşəgötürənlər Təşkilatları Milli Konfederasiyasının vitse-prezidenti kimi fəaliyyət göstərir.




Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:218
embedMənbə:https://qafqazinfo.az
archiveBu xəbər 28 Aprel 2025 17:20 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bakıda qadın lyuka düşdü 2000 manatlıq cərimə

21 Oktyabr 2026 21:22see360

Yaxın Şərqdə gərginlik artır: İran daha güclü silahının olduğunu iddia edir

21 Oktyabr 2026 21:29see358

"28 Mall"un qarşısında ölüm

21 Oktyabr 2026 21:19see319

“Barselona“ Dani Olmonun zədəsinin ciddi olduğunu açıqlayıb

21 Oktyabr 2026 21:22see309

“28 Mall”ın yaxınlığında ölüm hadisəsi baş verdi

21 Oktyabr 2026 18:31see308

Hövsanda küçə itləri sakinləri qorxuya salır ŞİKAYƏT

21 Oktyabr 2026 19:45see307

The Guardian: Ukraynanın gələcəyi Tramp və Putinə məxsus deyil...

21 Oktyabr 2026 21:29see292

Türkiyədə məşhur pop qrupunun meneceri üç ilədək azadlıqdan məhrum edilə bilər

21 Oktyabr 2026 21:28see290

Politoloq: Türkiyə Azərbaycan münasibətlərini böhran həddinə çatdıran şəxslər müəyyənləşdirilməlidir

21 Oktyabr 2026 21:21see281

Antiinhisar “Aztelekom”un qiymət artımı müraciətini rədd edib

22 Oktyabr 2026 17:21see249

Havalı Alı Rüstəm Dastanoğlunun hekayəsi

21 Oktyabr 2026 18:10see247

Bakıda milyonluq hazırlıqlar başladı Qarlı havalarla bağlı

21 Oktyabr 2026 18:31see238

Çin üçtəkərli avtomobil buraxdı

21 Oktyabr 2026 21:19see233

“Lap başımı itirmişəm, fikirləşirəm ki, kasıblar nə edir?” Hicran Nəsirova

21 Oktyabr 2026 20:18see230

Dəbdəbəli həyat tərzi nümayişi qadağası So­sial şə­bə­kə­də ya­zı­lan­lar

23 Oktyabr 2026 07:03see229

Sülh müqaviləsini ləngidən Paşinyan nəyi gözləyir, yaxud Paşinyanı nə gözləyir?

21 Oktyabr 2026 21:18see220

İlkin tibbi yardım üçün ən yaxın səhiyyə müəssisəsinə müraciət edilməlidir Həkim

21 Oktyabr 2026 17:48see213

İldırım vuran sevgilisini iki dəfə “diriltdi”

21 Oktyabr 2026 21:17see191

2027 ci ildə zamanın hesablanması dəyişəcək Saatlar necə olacaq?

21 Oktyabr 2026 20:32see189

İran rəsmisi: Uzunmüddətli müharibə ABŞ nin ziyanına olacaq

23 Oktyabr 2026 04:23see185
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri