Messi yeniyetmələr arasında futbol turniri keçirəcək
Icma.az, Apa.az portalına istinadən məlumat verir.
Səkkiz dəfə “Qızıl Top” mükafatını qazanan dünya çempionu Lionel Messi yeniyetmə komandalar üçün "Messi Kuboku”nu yaradıb.
APA xəbər verir ki, bu barədə o, Instagram səhifəsində məlumat verib.
Turnir ABŞ-ın Florida ştatının Mayami şəhərində 9–14 dekabr tarixlərində keçiriləcək.
Futbolçunun bildirdiyinə görə, turnirdə Argentinanın “River Plate” və “Newell’s Old Boys”, Amerikanın “Inter Miami”, İspaniyanın “Barcelona” və “Atletiko”, İngiltərənin “Chelsea” və “Manchester City”, o cümlədən İtaliyanın “Inter” klubu iştirak edəcək.

Qarabağ jurnalistlər arasında futbol turniri keçirəcək
06 İyul 2025 13:17
Tovuzda uşaq və yeniyetmələr arasında şahmat turniri keçirilib
08 May 2025 08:02
Robotlar arasında futbol turniri
30 İyun 2025 23:50
Məhkumlar arasında mini futbol turniri təşkil olunub
07 May 2025 16:56

