Yeniyetmələr arasında beynəlxalq qolf turniri keçirilib Azərbaycanda ilk dəfə
Icma.az, Apasport portalına istinadən məlumatı açıqlayır.
Azərbaycanda ilk dəfə yeniyetmələr arasında “Caspian Junior Cup 2026” beynəlxalq qolf turniri təşkil olunub.
Apasport.az xəbər verir ki, “The National Azerbaijan Golf Club”un təşkilatçılığı ilə keçirilən yarışda Qazaxıstan, Özbəkistan və Qırğızıstanın milli qolf federasiyalarını təmsil edən gənc idmançılar iştirak ediblər.
Turnir beynəlxalq yeniyetmələr qolf düşərgəsinin yekun tədbiri kimi baş tutub. 10 gün davam edən düşərgə çərçivəsində idmançılar birgə məşqlər keçirib, təcrübə mübadiləsi aparıb və milli federasiyaların baş məşqçilərinin rəhbərliyi altında bacarıqlarını təkmilləşdiriblər.
Yarışın qaliblərinin mükafatlandırılması mərasimində iştirakçı ölkələrin Azərbaycandakı diplomatik nümayəndələri, o cümlədən səfirlər, dövlət qurumlarının təmsilçiləri, millət vəkilləri, media nümayəndələri və digər qonaqlar iştirak ediblər.
“Caspian Junior Cup 2026”nın əsas məqsədi uşaq və yeniyetmə qolfunun inkişafına dəstək olmaq, ölkələr arasında idman əlaqələrini gücləndirmək və Azərbaycanın beynəlxalq qolf arenasında tanıdılmasına töhfə verməkdir.
Qeyd edək ki, turnirin keçirilməsi Azərbaycanda qolf idmanının inkişafı baxımından mühüm addım hesab olunur və region ölkələrinin gənc idmançılarını bir araya gətirən yeni beynəlxalq platformanın əsasını qoyur.
Azərbaycan Kuboku: "Neftçi" ÇEMPİON! Yüksək Liqa: Çempion bəlli oldu Azərbaycan Kuboku: Final matçının tarixi bəlli olub UEFA-nın dəstəyi ilə futzal turniri keçirilib Naxçıvanda “Heydər Əliyev Kuboku” uğrunda ənənəvi futzal turniri keçiriləcək
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:197
Bu xəbər 25 İyul 2026 12:06 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















