Messini Pas əvəz edəcək
Xalq qazeti saytına istinadən Icma.az xəbər verir.
Argentina millisinin baş məşqçisi Lionel Skaloni adaşı Messinin milli komandadan ayrılmasından sonra 10 nömrəli formanı kimin geyinəcəyinə qərar verib.
Məlumata görə, 21 yaşlı Niko Pas komandanın yeni 10 nömrəsi olacaq. Bu qərarın müzakirələr zamanı qəbul edildiyi bildirilib. Niko Pasın “10 nömrə” üçün Entso Fernandes və Aleksis Mak Allisteri qabaqladığı qeyd edilib.
Niko Pas indiyədək yığmada 11 oyun keçirib və 18 nömrəli forma ilə çıxış edib. Lionel Messi isə 2009-cu ildən Argentina millisində 10 nömrəli formanı geyinib. O, bu forma ilə 172 matçda meydana çıxıb.
Qeyd edək ki, Argentina millisi sentyabr və oktyabr aylarında 4 yoldaşlıq görüşü keçirəcək.
Qabil YUSİFOĞLU
XQ
Baxış sayı:46
Bu xəbər 03 Sentyabr 2026 00:32 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















