Icma.az
close
up
RU
Osimhen Messini yaxaladı

Osimhen Messini yaxaladı

Icma.az, Footbal-plus saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Viktor Osimhen təkcə “Qalatasaray”da yox, Nigeriya yığmasında da qollarını sıralamaqda davam edir.

"Football-plus.az" xəbər verir ki, Afrika Millətlər Kubokunda qrup mərhələsinin 2-ci turunda Nigeriyanın Tunisi məğlub etdiyi qarşılaşmaya məhz Osimhen damğa vurdu.
27-ci doğum gününü qeyd edən forvard komandasının 3:2 hesabı ilə qalib gələrək pley-offa vəsiqəni təmin etdiyi qarşılaşmada 1 qol, 1 məhsuldar ötürməlik performans sərgilədi. Onun havada sanki asılı vəziyyətdə qalaraq başla vurduğu qol sosial şəbəkələrdə də müzakirə olundu.
Yeri gəlmişkən, Osimhen bu qol sayəsində 2025-ci ildə klub və yığma səviyyəsində ən çox qol vuran futbolçuların siyahısında Lionel Messiyə çataraq ilk “4-lüy”ə daxil oldu.
Qeyd edək ki, bu siyahıda yalnız dünyanın ən güclü 20 çempionatında top qovan futbolçuların göstəriciləri əsas götürülüb. Ötən mövsüm Türkiyə çempionatının bombardiri olmuş Osimhen bu təqvim ilində 51-ci rəsmi oyunda 46-cı qolunu vurdu.
Messi də bu il Argentina və “İnter Mayami”nin heyətində 54 rəsmi oyunda 46 qol vurub. O, Osimhenlə 4-5-ci yerləri bölüşür. Siyahının ilk üç pilləsində isə Kilian Mbappe (“Real”, Fransa yığması, 66 qol), Harri Keyn (“Bavariya”, İngiltərə yığması, 60) və Erlinq Holann (“Mançester Siti”, İngiltərə yığması, 57) qərarlaşıb.
Onu da bildirək ki, Osimhenin hazırda Nigeriya yığmasında 32 qolu var. Onu yeni rekorddan cəmi 6 qol ayırır. Hazırda Nigeriya tarixinin ən məhsuldar futbolçusu hesabında 37 qol olan Rəşid Yekinidi.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:126
embedMənbə:https://www.football-plus.az
archiveBu xəbər 09 Yanvar 2026 08:23 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

ABB də pulu qalan müştərinin üsyanı

06 Oktyabr 2026 09:15see841

ADY də səhər xaosu: Sərnişinlər daha hara şikayət etsin? Məmurların özbaşınalığı davam edir KONKRET

05 Oktyabr 2026 09:06see556

“Google” “Android Auto”dakı aylardır davam edən problemi həll edir

05 Oktyabr 2026 04:15see318

Türkiyədən İsrailə 456 gəmi səfəri: “Sıfır ticarət”in görünməyən tərəfi ARAŞDIRMA

06 Oktyabr 2026 10:33see301

Bu toplanış bizi daha da birləşdirdi Rəşad Eyyubov

05 Oktyabr 2026 20:52see287

Pünhan Piriyevin 15 min manat iddiasına Alim Qasımovdan CAVAB VİDEO

05 Oktyabr 2026 16:18see284

Hədəf 2028 ci ilədək Naxçıvanı heyvan xəstəliklərindən azad zonaya çevirməkdir

05 Oktyabr 2026 21:26see282

“Əlimizdən gələni edəcəyik” Rəşad Eyyubov

05 Oktyabr 2026 21:20see272

Prezidentin səlahiyyətli nümayəndəsi Naxçıvandakı iki əsas problemi AÇIQLADI

05 Oktyabr 2026 23:07see236

Səlahiyyətli nümayəndə: Naxçıvanın enerji şəbəkəsi ölkənin vahid sisteminə və ixrac magistrallarına qoşulacaq

05 Oktyabr 2026 21:42see210

NBC: “Flydubai” pilotu təkbaşına hərəkət etmiş ola bilər

06 Oktyabr 2026 00:45see196

Toyda döyülən 32 yaşlı kişi öldü FOTO

06 Oktyabr 2026 02:48see189

70 yaşlı qadın infarktın ilkin əlamətlərini AÇIQLADI

05 Oktyabr 2026 16:52see189

Zidan: Ronaldo möhtəşəm karyera qurub

05 Oktyabr 2026 04:36see187

3 aylıq olanda nə baş veribsə xatırlayır

05 Oktyabr 2026 18:11see187

Azərbaycanda taunla bağlı məhdudlaşdırıcı tədbirlər olacaq?

05 Oktyabr 2026 15:58see186

Fridrix Merts: Baltikyanı ölkələrin təhlükəsizliyi Almaniyanın təhlükəsizliyidir

06 Oktyabr 2026 02:22see182

Ceyranbatanda toyda dava Biri komadadır

05 Oktyabr 2026 15:49see182

PULU YĞIB YIĞIŞDIRMAQ OLMUR, AMMA... İqtisadçı yaranmış riskləri açıqladı düz baçlıqdır?

05 Oktyabr 2026 10:56see175

Toy yasa döndü: Dava zamanı komaya düşən Cavid vəfat etdi Foto

06 Oktyabr 2026 06:25see166
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri