Icma.az
close
up
RU
Messini qazanımızın içində gəzdirməklə bərabər, qazonumuzun da üstündə dolaşdırmaq yaxşı olardı

Messini qazanımızın içində gəzdirməklə bərabər, qazonumuzun da üstündə dolaşdırmaq yaxşı olardı

Redaktor.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.

"Messini Bakıya gətirmək yaxşı işdir. Özəlliklə də çox sayda uşağın sevincini görməyə dəyərdi. İdealları olan bir futbolçunu bu cür qarşılamaq və sevinmək uşaqların haqqıdır. Hələ bu görüşə qatıla bilməyənlərin üzüntüsünü də anlamaq lazımdır".

Redaktor.az xəbər verir ki, bu sözləri Milli Məclisin komitə sədri Fazil Mustafa əfsanəvi futbolçu Lionel Messinin Bakıya səfəri ilə fikirlərini bölüşərkən deyib.

"Messi, fikrimcə dünyanın gəlmiş-keçmiş ən möcüzəli futbolçusudur. Bununla belə, ən aktual məsələ bu cür gəliş-gedişlərin ölkəmizdə futbolun inkişafına faydası barədə strategiyadır. Varmı belə strategiya? Bilgim olmadığından qəti söz söyləmək istəməzdim. Ancaq düşünürəm ki, sırf şou xarakteri daşıyan addımdır. Məsələn, Məsut Özilin gəlişi, meydançada uşaqlarla top qovması daha anlamlı görünürdü. Əlbəttə qonağa qazan yeməklərini, kababımızı ikram etmək də vacibdir. Bu cür əlahiddə qonaqları qazanımızın içində gəzdirməklə bərabər, qazonumuzun da üstündə dolaşdırmaq yaxşı olardı. Bu cür futbolçuların uşaq idmanına dəstək üçün gəlməsi ən ciddi strategiya olaraq düşünülməlidir. Tövsiyələri faydalı ola bilər", - deyən millət vəkili hesab edir ki, ən rahat yol isə başqadır:

"Futbolu diletantların cəngindən xilas edib, ağıllı milli çempionat platforması yaradırsan, 5-6 “Qarabağ” kimi, hətta bu standartdan da yuxarı komanda formalaşır, Avropa yarışlarında stabil yer alır və heyətində ulduzların olduğu komandalar vaxtaşırı Bakıya, Ağdama, Naxçıvana, Lənkərana gəlir. O zaman uşaqlarda da buna alışqanlıq yaranır və Messini gördüyündə ağladıqları kimi davranmırlar. Anlayıram, Molla Nəsrəddinin biznes məsələsinə bənzər bir şeylər olduğunun fərqindəyəm, ancaq bəlkə də buradan başlamaq daha məqsədəuyğun olar. Mollanın biznes planı belədir: qapının yaxınına tikan əkəcək, oradan keçən qoyunların yunu tikana ilişəcək, bu yunu əyirəcək, onu ipə çevirib paltar toxuyacaq, paltarı satıb pul qazanacaq! Sadəcə hər bölgədə uşaqlar üçün əlçatan formada futbol, basketbol, voleybol, həndbol, reqbi, üzgüçülük, atletika infrastrukturu yaratsaq Olimpiya çempionları yetişdirən bu məmləkət niyə də Messi dəyərində bir azərbaycanlı Məsi yetişdirməsin?!"

Xatırladaq ki, ABŞ-nin "İnter Mayami" klubunun və Argentina millisinin hücumçusu, dünya çempionu Lionel Messi dekabrın 11-də Bakıda olub.

T.İSMAYIL

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:121
embedMənbə:https://redaktor.az
archiveBu xəbər 12 Dekabr 2024 15:57 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Dünyanın ən varlı 10 adamı və Azərbaycanla müqayisə

23 Yanvar 2026 09:48see279

İsrail onlarla humanitar təşkilata lisenziya verməkdən imtina edib

22 Yanvar 2026 12:46see260

Yuventus növbəti türkiyəli futbolçunu transfer etdi

22 Yanvar 2026 21:55see232

“İmişli” və “Araz Naxçıvan”dan məhsuldar heç heçə

23 Yanvar 2026 16:55see211

Azərbaycan regionu iki dəfə qabaqlayır Rəqəmlər nə deyir?

22 Yanvar 2026 16:11see203

Gürcüstan növbədənkənar seçkilərə gedir? Açıqlama

23 Yanvar 2026 01:54see181

Qalmaqallı serial efirə qayıdır Bu kanalda yayımlanacaq

22 Yanvar 2026 14:47see175

Qala Pirallahı yolunda PƏRAKƏNDƏ NİŞAN TƏLƏBİ: Sürəti hansına uyğun seçək?

22 Yanvar 2026 19:06see172

Davos 2026: Azərbaycanın nüfuzlu aktor kimi dünyanın diqqət mərkəzində

22 Yanvar 2026 17:09see162

UEFA Avropa Liqası: “Fənərbaxça Aston Villa ya məğlub olub

22 Yanvar 2026 23:58see162

Xırdalanda su niyə gəlmir? Rəsmi AÇIQLAMA

22 Yanvar 2026 21:17see157

Qusarın iki kəndinin problemləri dinlənildi, tapşırıqlar verildi FOTO

22 Yanvar 2026 19:30see150

Gənclərin köçü: Ermənistan qocalar evi nə çevrilir

23 Yanvar 2026 07:48see149

Napoli nin hücumcusu əməliyyat ola bilər

23 Yanvar 2026 14:48see145

Merz: “Yalnız gücün hökm sürdüyü dünya hamı üçün təhlükəli reallıqdır”

22 Yanvar 2026 16:08see145

İranda ŞOK hadisə Öldü bilinən ağır yaralı plastik torbada 3 gün sağ qaldı

22 Yanvar 2026 17:55see144

2025 ci il Bank Respublika üçün necə keçib? MALİYYƏ VƏZİYYƏTİNİN TƏHLİLİ

23 Yanvar 2026 01:22see144

Prezident Ümumdünya İqtisadi Forumunun İllik toplantısında keçirdiyi görüşlərlə bağlı paylaşım ETDİ

22 Yanvar 2026 21:20see143

“53 dollarlıq” qlobal enerji ssenarisi

24 Yanvar 2026 02:04see142

Milli Məclisin təbii ehtiyatlar, energetika və ekologiya komitəsi hesabat verib

22 Yanvar 2026 19:05see141
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri