Messinin 10 illik zəfər erası necə bitməkdən döndü?
Icma.az, Idman.biz saytına istinadən bildirir.
Lionel Messi Argentina milli komandası tarixinin ən çox oyun keçirən və ən çox qol vuran futbolçusu kimi millidəki karyerasını rəsmən yekunlaşdırıb. O, kapitanı olduğu komandanı 2022-ci ildə Dünya Çempionluğuna, 2021 və 2024-cü illərdə isə Amerika Kubokunun (Copa America) qalibliyinə daşıyıb.
Lakin dünya futbolu onun mavi-ağ formada imza atdığı bu böyük uğurlardan tamamilə məhrum ola bilərdi.
İdman.Biz xəbər verir ki, 2016-cı il iyunun 26-da Nyu-Cersi ştatındakı "MetLife" stadionunda Messi bütöv bir xalqın qəlbini qırmışdı. 29 yaşının tamam olmasından cəmi iki gün sonra, Amerika Kubokunun finalında Çiliyə penaltilər seriyasında uduzduqları və özünün də qol vurmaq imkanını boşa verdiyi matçdan dərhal sonra Messi millidəki karyerasına son qoyduğunu bəyan etdi. Milli formada 113 oyuna çıxan ulduz futbolçu qərarında qəti idi: o, bir daha Argentina formasını geyinməyəcəkdi.
"Mənim üçün milli komanda karyerası bitdi. Əlimdən gələni etdim. Çempion ola bilməmək canımı yandırır", – deyə Messi bildirmişdi.
Onun bu acısını anlamaq çətin deyildi. Argentina 2014-cü il Dünya Çempionatının, həmçinin 2007, 2015 və 2016-cı illər Amerika Kubokunun finallarında məğlub olmuşdu. Dünyanın en yaxşısı sayılan futbolçu özü üçün ən vacib olan anlarda zəfər qazana bilmirdi.
Bir daha kuboku başı üzərinə qaldırmaq şansını əldən verən Messi göz yaşlarını saxlaya bilməyərək deyirdi: "Ən çox istədiyim şey bu idi, amma bacarmadım. Fikrimcə, artıq hər şey bitdi. Bütün tərəflər üçün ən yaxşısı budur".
Messinin bu bəyanatından dərhal sonra Buenos-Ayresdə minlərlə azarkeş yağışlı havada küçələrə axışaraq "NoTeVayasLeo" (Getmə, Leo) aksiyası keçirdi.
Argentina Prezidenti Maurisio Makri və əfsanəvi Dieqo Maradona Messiyə zəng edərək ölkəyə və milli komandaya liderlik etməyə davam etməsini xahiş etdilər.
Xoşbəxtlikdən, Argentina üçün Messi bu qərarını yenidən nəzərdən keçirdi.
Növbəti 10 il ərzində o, futbol tarixinin ən möhtəşəm hekayələrindən birini yazdı. Lakin bu onillik hegemonluq az qala heç yaşanmayacaqdı.
Qərarından imtina etdikdən sonra Messi Argentina millisinin heyətində daha 94 oyuna çıxdı, 70 qol vurdu və 4 böyük titula sahib çıxdı.
Onun 2016-cı ilin iyunundakı gediş bəyanatı ilə avqustun 12-də "ölkəyə olan sevgisi naminə" geri qayıtdığını açıqladığı 6 həftəlik dövr təkcə Argentina futbolunun deyil, bəlkə də bütün dünya futbolunun ən kritik mərhələsi sayıla bilər.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:142
Bu xəbər 01 Sentyabr 2026 06:19 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















