Messinin illik maaşı
Icma.az bildirir, Bakivaxti portalına istinadən.
“İnter Mayami”nin sahibi Xorxe Mas klubunun hücumçusu Lionel Messi haqqında danışıb.
Bakıvaxtı.az xəbər verir ki, o, klubun sponsorluq müqavilələrinə ehtiyacını izah edib.
“Sponsorlara - və dünya səviyyəli sponsorlara - ehtiyacımın səbəbi oyunçuların baha olmasıdır. Messiyə ildə 60-70 milyon avro ödəyirəm. Bütün bonusları da əlavə etsək. Amma o, hər sentinə dəyər”, - deyə “A Bola” qəzeti Masdan sitat gətirib.
Argentinalı ulduz dünyada “Əl-Nəsr”in hücumçusu Kriştianu Ronaldudan sonra ikinci ən çox maaş alan futbolçudur.
Messi 2023-cü ildə “İnter Mayami”yə qoşulub və o vaxtdan bəri 90 matçda meydana çıxıb və Florida klubu üçün 79 qol vurub./Unikal
Baxış sayı:120
Bu xəbər 07 Mart 2026 22:49 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















