Icma.az
close
up
RU
Menu

Təcili: İrəvanda fəlakət xəbərdarlığı edildi Təhlükəli vəziyyət

Bakı 23° C USD 1.700 EUR 1.968 TRY 0.041 GEL 0.627 RUB 0.021 UAH 0.041 Əsas xəbərlər Son xəbərlər Siyasət İqtisadiyyat Cəmiyyət İdman Mədəniyyət Dünya Analitika Multimedia Türkiyə və Suriya təhlükəsizlik sahəsində əməkdaşlığı müzakirə edəcək

Vəkil siyasətə yox, hüquqa əsaslanıb qərar verməlidir

MDB üzvləri Azərbaycan təcrübəsindən yararlanmalıdır ŞƏRH

Oktyabrın 13 dək depressiya və işdə problemlər gözlənilir Bürclərə XƏBƏRDARLIQ:

Avtomobil oğurlamasını ayaqlarının yorulmasıyla əlaqələndirib...

Onunla görüşmək üçün səbəb yoxdur Tramp

Almaniya Rusiya ordusuna Krımın ilhaqı ərəfəsində təlim keçib Spiegel

Ukrayna 1400 km dən neft emalı zavodunu vurdu KONKRET

Türkmənistanın Müstəqillik Günü münasibətilə Bakıda rəsmi qəbul təşkil edilib FOTO

O qolu ancaq Mbappe vura bilərdi Ayxan Abbasov

5 il öncə BU GÜN 9 oktyabrda şəhid olmuş QƏHRƏMANLARIMIZ ADLAR

Parisxə Şəhidlər ölməz, Vətən bölünməz şüarı

Qadınlar 50 yaşdan sonra niyə boşanır? Səbəb məlum oldu

Azı qərar, çoxu zərər...

Kişilərdə cinsi zəifliyin səbəbləri bunlardır Seksoterapevt AÇIQLADI

İsak etiraf edib ki, “Liverpul”a keçdikdən sonra keçmiş baş məşqçisi ilə danışmayıb

DÇ 2026: Ukrayna 8 qollu görüşdən qalib ayrıldı

Media: Pakistan ordusu Əfqanıstanla sərhəddə 19 nəzarət buraxılış məntəqəsini ələ keçirib

Pəhriz beyin sağlamlığını qorumağa kömək edir

Məsud Pezeşkiana hücumlar İran hakimiyyətinin köhnə prinsipləri

Məsud Pezeşkiana hücumlar İran hakimiyyətinin köhnə prinsipləri

Icma.az, Redaktor.az portalına istinadən məlumatı açıqlayır.

İran Prezidenti Məsud Pezeşkian bu günlərdə ABŞ-nin aparıcı telejurnalisti Taker Karlsona müsahibə verib. Ona İran-İsrail müharibəsindən sonrakı vəziyyət, ABŞ-İran münasibətləri, İslam Respublikasının nüvə proqramı və başqa bu kimi suallar verilib.

Bu müsahibə İranda mühafizəkar xəttin nümayəndələri arasında etirazla qarşılanıb. Xüsusilə, onlar Taker Karlsonun “Amerikalıların çoxu İrandan qorxur. Siz deyirsiniz ki, qorxmursunuz, amma onlar qorxurlar. Onlar (amerikalılar) İranın ABŞ-yə nüvə silahı ilə hücum edəcəyinə inanırlar. Onlar iranlıların “Amerikaya ölüm” şüarları səsləndirdiyi videoları görürlər. Siz nə düşünürsünüz? Biz İrandan qorxmalıyıq?” sualına Məsud Pezeşkianın cavabından narahatlıqlarını bildiriblər.

İran Prezidenti cavabında deyib: “Bu, tamamilə yanlış təsəvvürdür. İran son 200 ildə heç bir ölkəyə hücum etməyib. Bizimkilər “Amerikaya ölüm” deyəndə nə xalqı, nə də hakimiyyəti nəzərdə tutur. Onlar müdaxiləçi siyasətə, cinayətə, qeyri-sabitliyə və müharibəyə ölüm deyirlər. Siz heç iranlının amerikalını öldürdüyünü görmüsünüz? İrandan olan bir terrorçu nə vaxtsa ABŞ-də hücum həyata keçirib? Heç vaxt. Əslində, sizin öz prezidentiniz deyib ki, Amerika İŞİD-i yaradıb. Biz insanlara ölüm demirik; zülmə, təcavüzə, alçaldılmaya və cinayətdə şərik olan hər kəsə ölüm deyirik”.

Tehran əyalətinin Tehran, Rey, İslamşəhr, Pardis və Şemiranat seçki dairələrinin İran parlamentindəki 24 nümayəndəsi Məsud Pezekiana müsahibə ilə bağlı tənqidi məktubu göndərib. Onların qənaətincə, Prezidentin amerikalı jurnalistə verdiyi müsahibədəki "ətrafınızdakı bəzi insanların yanlış məsləhətlərinə qulaq asmayın” mövqeyi ABŞ-yə qarşı mübarizədə cəmiyyətin birliyinə ziddir. Deputatlar bunu Məsud Pezeşkianın zəifliyi, rəqibin hücumunun təşviqi kimi qiymətləndirib.

Onlar Prezidentə belə məsləhət görüb: “Siz onun hücum etmək istəyini azaltmaq istəyirsinizsə, biz zəiflik göstərməkdən çəkinməli və çoxsaylı güclü tərəflərimizi nümayiş etdirməliyik”.

Parlament üzvləri Pezeşkianın Atom Enerjisi üzrə Beynəlxalq Agentliyi ilə əməkdaşlığa ümid ifadə etməyinin “məyusedici və ölkədə formalaşmış birliyə zidd olduğunu” yazıblar. Deputatlar qeyd ediblər ki, bu müsahibə İran cəmiyyətində lazımi əks-səda doğurmayıb. Onların qənaətincə, bu, xaricdə də yanlış anlaşılmaya səbəb olub: “Bu, aydın şəkildə rəqibin "İran ABŞ-nin hücumundan sonra zəiflik siqnalı verməyə davam edir" kimi səhv fikrə gəlməsinə səbəb olacaq”.

Parlament üzvləri Pezeşkianı tənqid edərək, ona ABŞ-ni pisləməyi məsləhət görüblər. Onların vurğuladığı əsas məsələlərdən biri Pezeşkianın “Amerikaya ölüm!” şüarına verdiyi açıqlamadır.

“Amerikaya ölüm!”, “İsrailə ölüm!” şüarları İslam Respublikasının başlıca siyasi-ideoloji prinsiplərindəndir. Bu, həm də ölkənin xarici siyasi kursu üzrə müəyyənləşdirici amildir. Şüarla bağlı məsələ ABŞ və İsrail rəsmilərinin də sərt reaksiyasına səbəb olub. Ştatların Prezidenti Donald Tramp bildirib ki, İran hakimiyyəti “Amerikaya ölüm!”, “İsrailə ölüm!” deməməlidir. Onun sözlərinə görə, ABŞ münasib şərait yaranacağı halda İrana qarşı sanksiyaları ləğv edəcək.

İranın ali rəhbəri ayətullah Seyid Əli Xamənei isə bu şüarın açıqlamasını belə verib: “Biz “Amerikaya ölüm!” deyəndə Amerika xalqının nəzərdə tutmuruq. Bizim amerikalılarla nə işimiz var? Biz “Amerkaya ölüm!” deyəndə Trampa, ABŞ-ni idarə edənlərə ölümü nəzərdə tuturuq. Biz insanlara ölüm demirik; zülmə, təcavüzə, alçaldılmaya və cinayətdə şərik olan hər kəsə ölüm deyirik”.

Bu polemika İran hakimiyyətinin 46 il əvvəl irəli sürdüyü prinsiplərin köhnəldiyini, yeni baxış formalaşmasının zamanı yetişdiyini göstərir. Belə ziddiyyətli yanaşma və açıqlamalar yarıməsrlik siyasi-ideoloji düşüncənin əbədi olmadığını təsdiqləyir.

Bu faktorlar İslam Respublikası hakimiyyəti daxilində bu kimi fundamental məsələlərə yanaşmada ciddi fikir ayrılıqlarının olduğunu göstərir.

Qeyd edək ki, Prezident parlamentin hicabla bağlı qəbul etdiyi yeni qanunun sosial narazılığa səbəb ola biləcəyindən ehtiyat edərək ona veto qoymuşdu. Bununla bağlı da o, mühafizəkar sayılan xətt nümayəndələri tərəfindən sərt tənqid edilmiş, onu ideoloji əsaslara zərbə vurmaqda tənqid etmişdilər.

Yeri gəlmişkən, iyulun 28-i Məsud Pezeşkianın prezident vəzifəsinin icrasına başladığı gündür. O, ötənilki prezident seçkisi qabağı kampaniya zamanı qərblə danışıqlara açıq olduğunu bildirmişdi. Bu baxımdan, ehtimal etmək olar ki, onun “Amerikaya ölüm!” şüarı ilə bağlı açıqlaması tərəflər arasında münasibətlərin yumşalması üçün ismarışdır.

Prezident Məsud Pezeşkian iyulun 4-də Azərbaycanın Xankəndi şəhərində keçirilən İslam Əməkdaşlıq Təşkilatının (ECO) 17-ci sammitində iştirak edib. İranın hakimiyyətyönlü “Bultan News” saytı hökumət başçısının Azərbaycana səfərini tənqid edərək ona qarşı sərt ittihamlar səsləndirib. “Cənab Pezeşkian, siz bir ildə hətta diplomatiyanın əlifbasını da öyrənməmisiniz?” başlıqlı məqalədə sayt bildirib: "Prezidentin Bakıya səfəri İranın gücünü nümayiş etdirmək əvəzinə, yersiz təbəssümlərlə və qətiyyətsizliklə dolu zəif görüntü yaradıb”.

Sayt hökumət başçısını müşayiət edənlərə qarşı tənqidi fikirlər irəli sürüb: “Səfər İranın Bakı ilə bağlı diplomatik mövqeyini sərt şəkildə ifadə etməsi üçün bir fürsət olmalı idi, ancaq bu baş vermədi”.

İranda islahatçı hökumət başçıları ilə hakimiyyətdaxili mühafizəkar xətt nümayəndələri arasında 46 ildir mübarizə, ziddiyyət davam edir. Sepah ikincilərdən olduğu üçün islahatçılar bu oyunda daim uduzur. Məhəmməd Xatəmi, Həsən Ruhaninin fəaliyyəti buna sübutdur. Məsud Pezeşkian da islahatçılardan sayılır. Bu baxımdan, mühafizəkarla ona “yerini göstərir”, səlahiyyətlərinin ali rəhbərdən çox olmadığını çatdırırlar. Bu səbəbdən islahatçı prezidentlər çıxış və açıqlmalarında, bir qayda olaraq, ayətullah Əli Xaməneiyə istinad etməklə onun tezisilərinə uyğun danışdıqlarını sübut etməyə çalışırlar.

Məsud Pezeşkiana qarşı bu tip hücumlar hökumət başçısının səlahiyyətlərinə uyğun azadlıqlarının olmadığını, ona hakimiyyətin sözçüsü vəzifəsinin icraçısı olaraq baxıldığı qənaətinə gəlməyə əsas verir. Bu, İslam Respublikasının siyasi-ideoloji əsasları kimi konstitusiyasının da köhnəldiyini isbatlayır. Lap elə “Amerikaya ölüm!” şüarının açıqlaması kimi...

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:54
embedMənbə:https://redaktor.az
archiveBu xəbər 11 İyul 2025 16:27 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Təcili: İrəvanda fəlakət xəbərdarlığı edildi Təhlükəli vəziyyət

11 Oktyabr 2025 13:01see490

Bakı 23° C USD 1.700 EUR 1.968 TRY 0.041 GEL 0.627 RUB 0.021 UAH 0.041 Əsas xəbərlər Son xəbərlər Siyasət İqtisadiyyat Cəmiyyət İdman Mədəniyyət Dünya Analitika Multimedia Türkiyə və Suriya təhlükəsizlik sahəsində əməkdaşlığı müzakirə edəcək

11 Oktyabr 2025 17:27see406

Vəkil siyasətə yox, hüquqa əsaslanıb qərar verməlidir

11 Oktyabr 2025 12:04see253

MDB üzvləri Azərbaycan təcrübəsindən yararlanmalıdır ŞƏRH

11 Oktyabr 2025 08:35see185

Oktyabrın 13 dək depressiya və işdə problemlər gözlənilir Bürclərə XƏBƏRDARLIQ:

10 Oktyabr 2025 10:09see175

Avtomobil oğurlamasını ayaqlarının yorulmasıyla əlaqələndirib...

11 Oktyabr 2025 00:36see151

Onunla görüşmək üçün səbəb yoxdur Tramp

10 Oktyabr 2025 22:17see135

Almaniya Rusiya ordusuna Krımın ilhaqı ərəfəsində təlim keçib Spiegel

10 Oktyabr 2025 18:48see135

Ukrayna 1400 km dən neft emalı zavodunu vurdu KONKRET

11 Oktyabr 2025 16:01see135

Türkmənistanın Müstəqillik Günü münasibətilə Bakıda rəsmi qəbul təşkil edilib FOTO

10 Oktyabr 2025 19:59see130

O qolu ancaq Mbappe vura bilərdi Ayxan Abbasov

11 Oktyabr 2025 01:21see129

5 il öncə BU GÜN 9 oktyabrda şəhid olmuş QƏHRƏMANLARIMIZ ADLAR

10 Oktyabr 2025 19:03see128

Parisxə Şəhidlər ölməz, Vətən bölünməz şüarı

10 Oktyabr 2025 23:43see127

Qadınlar 50 yaşdan sonra niyə boşanır? Səbəb məlum oldu

12 Oktyabr 2025 00:17see127

Azı qərar, çoxu zərər...

11 Oktyabr 2025 05:51see125

Kişilərdə cinsi zəifliyin səbəbləri bunlardır Seksoterapevt AÇIQLADI

11 Oktyabr 2025 12:32see124

İsak etiraf edib ki, “Liverpul”a keçdikdən sonra keçmiş baş məşqçisi ilə danışmayıb

11 Oktyabr 2025 06:08see123

DÇ 2026: Ukrayna 8 qollu görüşdən qalib ayrıldı

11 Oktyabr 2025 01:18see122

Media: Pakistan ordusu Əfqanıstanla sərhəddə 19 nəzarət buraxılış məntəqəsini ələ keçirib

12 Oktyabr 2025 06:59see120

Pəhriz beyin sağlamlığını qorumağa kömək edir

11 Oktyabr 2025 09:33see120
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri