Icma.az
close
up
RU
Məsud Pezeşkianın Azərbaycana səfəri xüsusi əhəmiyyət daşıyır Səbinə Salmanova

Məsud Pezeşkianın Azərbaycana səfəri xüsusi əhəmiyyət daşıyır Səbinə Salmanova

Icma.az bildirir, Aznews.az saytına əsaslanaraq.

İran İslam Respublikasının Prezidenti Məsud Pezeşkianın Azərbaycana ilk dəfə rəsmi səfər etməsi həm ikitərəfli münasibətlərin möhkəmləndirilməsi, həm də regional əməkdaşlığın genişləndirilməsi baxımından xüsusi əhəmiyyət daşıyır.

Bu sözləri Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin üzvü, deputat Səbinə Salmanova deyib.

Onun sözlərinə görə, Azərbaycan ilə İran arasında münasibətlərin təməli təkcə coğrafi yaxınlıqla deyil, eyni zamanda ortaq mədəniyyət, dil, din və adət-ənənələrlə bağlıdır: “Əsrlər boyu xalqlarımız arasında ticarət və qohumluq əlaqələri də formalaşıb. Cənab Prezident İlham Əliyevin iranlı həmkarı ilə birgə mətbuata açıqlamasında söylədiyi “xalqlarımız əsrlər boyu mehribanlıq, qardaşlıq şəraitində yaşayıb. Bu gün dövlətlərarası münasibətlərimiz bu möhkəm təməl üzərində inkişaf edir. İran Prezidentinin Azərbaycana rəsmi səfəri əlaqələrimizin yüksək səviyyədə olmasının təzahürüdür” fikirləri iki ölkə arasında tarixən mövcud olan sıx və dərin əlaqələrin bu gün də uğurla davam etdirildiyini aydın şəkildə göstərir. Bu fikirlər həm tarixi gerçəkliklərə əsaslanır, həm də bugünkü geosiyasi reallıqları və diplomatik münasibətlərin səviyyəsini özündə əks etdirir”.

Deputat bildirib ki, İran Prezidentinin Azərbaycanın ərazi bütövlüyünə və Qarabağ bölgəsinin Azərbaycanın ayrılmaz tərkib hissəsi olduğuna dair açıq dəstəyi beynəlxalq hüquq normalarına, ədalətə və regional əməkdaşlıq ruhuna uyğun bir yanaşmadır: Bu, Ermənistanın bölgədə revanşist meyllərinə qarşı həmrəylik nümayiş etdirilməsi baxımından da mühüm siqnaldır. Azərbaycan bölgədə bütün qonşuları ilə qarşılıqlı hörmətə, ərazi bütövlüyünün tanınmasına və əməkdaşlığa əsaslanan münasibətlərin tərəfdarıdır. Fikrimcə, İran Prezidentinin bu bəyanatı ölkələrimiz arasındakı əlaqələrin dostluq və tərəfdaşlıq ruhunda inkişaf etdiyini bir daha təsdiqləyir. Azərbaycan regionda sülh və sabitliyə yönəlmiş istənilən ədalətli mövqeni yüksək qiymətləndirir və bu istiqamətdə atılan addımların bölgənin ümumi rifahına töhfə verəcəyinə inanır”.

S.Salmanova qeyd edib ki, Azərbaycan və İran arasındakı əməkdaşlıq yalnız iki ölkə arasında rəsmi və strateji səviyyədə müzakirələrlə məhdudlaşmır: “Son illər ərzində ölkələr arasında müxtəlif sahələri əhatə edən ümumilikdə 147 sənəd imzalanıb. Bu sənədlər, qarşılıqlı ticarət dövriyyəsinin artırılmasından tutmuş, enerji, nəqliyyat, kənd təsərrüfatı və humanitar məsələlərə qədər bir çox sahəni əhatə edir. Bu həm də iki ölkənin dövlət qurumları arasında etibar və səmimi əməkdaşlığın möhkəmləndirilməsinin göstəricisidir. Həmçinin, bu sənədlər Azərbaycanın və İranın inkişafı və tərəqqisi üçün böyük əhəmiyyət daşıyan mühüm hüquqi bazanı təşkil edir”.

Parlamentari hesab edir ki, İran Prezidenti Məsud Pezeşkianın Azərbaycana rəsmi səfəri yalnız iki ölkə arasında diplomatik əlaqələrin gücləndirilməsi deyil, həm də regionda iqtisadi, siyasi və mədəni əməkdaşlığın yeni mərhələyə qədəm qoymasının başlanğıcı ola bilər:

“Bu cür yüksək səviyyəli görüşlər və imzalanan sənədlər, hər iki ölkə üçün qarşılıqlı fayda təmin edəcək layihələrin həyata keçirilməsini mümkün edir. Prezident İlham Əliyevin apardığı siyasət, Azərbaycanın beynəlxalq arenada güclü və etibarlı bir tərəfdaş kimi tanınmasına səbəb olub. Bu siyasət, həmçinin Azərbaycanın regionda və dünyada sülh, sabitlik və inkişafın təminatçısı olmasına xidmət edir. Azərbaycanın iştirakı ilə həyata keçirilən enerji və nəqliyyat layihələri, iqtisadi əlaqələrin daha da dərinləşməsinə və regional əməkdaşlığın yeni imkanlarla genişlənməsinə şərait yaradır. İranla olan münasibətlərin inkişafı, Azərbaycanın regional və beynəlxalq əməkdaşlığını daha da genişləndirməklə yanaşı, həm də sülh, təhlükəsizlik və iqtisadi inkişaf baxımından mühüm bir addım ola bilər. Bu cür əməkdaşlıq həm iki ölkənin, həm də bölgənin sabitliyini və rifahını təmin etmək baxımından vacibdir”.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:70
embedMənbə:https://www.aznews.az
archiveBu xəbər 29 Aprel 2025 13:00 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Lökbatan yolunda qəza: Ölən var

27 Aprel 2025 21:44see171

ADY sədri: “Bakı dairəvi dəmir yolu xəttinin yenidən qurulması planlaşdırılıb” FOTO

28 Aprel 2025 04:16see146

Seks şop, böyük ağ yataq... Röya ilə Murad Arifin 18+ söhbəti VİDEO

28 Aprel 2025 00:58see144

İsrail Beyrutda Hizbullah hədəflərinə zərbələr endirib

27 Aprel 2025 19:52see137

Pezeşkian: Azərbaycanda qəribliyimin olmaması İlham Əliyevlə görüşümdə də əksini tapacaq

27 Aprel 2025 22:09see136

Bu gün İran prezidenti geniş nümayəndə heyəti ilə Azərbaycana gəlir

28 Aprel 2025 00:44see134

Özgür Özəl: Mühafizəçilərin kameranı bağlaması məcburi bir vəzifədir

28 Aprel 2025 01:19see130

Lill , Oser və Marsel hesablarına 3 xal yazdırıblar

28 Aprel 2025 01:39see129

Dünya gündəminə çevrilən üçüncü stulla bağlı Fransadan açıqlama

28 Aprel 2025 00:56see127

Mərkəzi Aran bölgəsinin uşaq və gəncləri Mingəçevirdə bir araya gəliblər

28 Aprel 2025 00:40see127

İran üzərindən Azərbaycanın əsas hissəsi ilə Naxçıvan arasında əlaqənin təmin edilməsi üzrə işlər davam edir Pezeşkian

27 Aprel 2025 23:55see127

Bakı Gəncə sürət qatarına biletlərin qiyməti bilindi CƏDVƏL VİDEO

28 Aprel 2025 00:05see126

9 vərdişdən imtina edin: qarındakı piy bir aya YOX OLACAQ

28 Aprel 2025 02:03see123

“Liverpul”a çempionluq üçün cəmi 1 xal lazımdı

27 Aprel 2025 23:18see119

Kənan Yıldız karyerasında ilk qırmızı vərəqə alıb

27 Aprel 2025 23:57see118

La Liqa: Espanyol evə xalsız qayıtdı

28 Aprel 2025 04:15see118

ABŞ döyüş təyyarəsi təyyarədaşıyan gəmidən dənizə düşüb

29 Aprel 2025 00:02see116

“Oyunçulara elə tapşırıq olmur ki, geri çəkilsinlər” Elmar Baxşıyev

27 Aprel 2025 21:44see116

“Bavariya”nın müdafiəçisi Premyer Liqaya doğru

28 Aprel 2025 12:44see114

Keçmiş icra başçısının Avstriyada mebel mağazası var? ARAŞDIRMA

28 Aprel 2025 17:47see114
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri