Məsud Pezişkian Azərbaycan səfərini əməkdaşlıq üçün yeni üfüqlərin açılmasında müqəddimə adlandırıb
Icma.az, Azertag saytına istinadən bildirir.
Bakı, 29 aprel, AZƏRTAC
İran İslam Respublikasının Prezidenti Məsud Pezişkian Azərbaycana etdiyi rəsmi səfəri başa vurduqdan sonra X sosial şəbəkədəki platformasında Azərbaycan Prezidenti İlham Əliyevə təşəkkürünü ifadə edən mesaj yazıb.
AZƏRTAC xəbər verir ki, İran Prezidenti mesajında qeyd edib: “Bakıda hörmətli qardaşım Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev ilə anlaşmamız olub və sənədlər imzalamışıq. Bu səfər etimadın artırılmasına, elmi, iqtisadi, mədəni və təhlükəsizlik sahələrində hərtərəfli əməkdaşlıq üçün yeni üfüqlərin açılmasına müqəddimədir.
Qonaqpərvərliyə görə cənab İlham Əliyevə təşəkkür edirəm”.

D8: Azərbaycan üçün yeni əməkdaşlıq platforması
14 Yanvar 2025 16:27
Azərbaycan Şanxay Əməkdaşlıq Təşkilatı üçün vacib ölkədir
14 Fevral 2025 17:27
Azərbaycan və Türkiyə əməkdaşlıq üçün yeni yol xəritəsi hazırlayır
15 Noyabr 2024 19:47
Əməkdaşlıq üçün yeni imkanlar yaranır
13 Mart 2025 12:24

