Icma.az
close
up
RU
D8: Azərbaycan üçün yeni əməkdaşlıq platforması

D8: Azərbaycan üçün yeni əməkdaşlıq platforması

Ses qazeti portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Azərbaycan yeni 2025-ci ilə böyük uğurlara imza atmaqla qədəm qoydu. Misilsiz inkişaf və böyük beynəlxalq nüfuz, əldə edilən mühüm nailiyyətlər və beynəlxalq arenada etibar sahibi olmaq, dünyanın sayılıb-seçilən ölkələri ilə ciddi sınaqlardan keçən tərəfdaşlıq münasibətləri – bütün bu sadaladıqlarımız ölkəmizin qazandığı nəhəng uğurlar kimi tarixə həkk olundu. Prezident İlham Əliyevin yanvarın 7-də yerli televiziya kanallarına müsahibəsində də həm daxili, həm də xarici siyasətlə bağlı mühüm məsələlərə toxunuldu, əldə edilən qələbələr şərh edildi, gələcək perspektivlərə aydınlıq gətirildi. Müsahibədə xüsusilə Azərbaycanın beynəlxalq arenada artan nüfuzu və strateji tərəfdaşlarla əlaqələrin daha da genişləndirilməsi istiqamətində atılan addımların önəmi qeyd edildi.

Dövlətimizin başçısının müsahibə zamanı D-8-ə üzvlük üçün illərlə aparılan ardıcıl siyasəti vurğulaması, bundan sonra təşkilat çərçivəsində fəal siyasətin yürüdüləcəyi, müsəlman rəhbərlərin təşkilatlarda dəstəklənəcəyi fikirlərinin səsləndirilməsi Azərbaycanın qlobal siyasi arenaya çoxdan çıxdığından xəbər verir. Dünya liderləri də qəbul edirlər ki, qlobal siyasətdə məhz Prezident İlham Əliyev kimi görkəmli diplomata zərurət var. Dövlətimizin başçısının müsahibəsi həm də reallığı üzə çıxaran, onu yaradan qüvvədir.

Qeyd edək ki, 2024-cü ilin dekabrın 19-da Azərbaycan təşkilata tamhüquqlu doqquzuncu üzv qəbul edilib. Strateji cəhətdən zəngin enerji ilə zəngin ölkə kimi Azərbaycan genişləndirilmiş ticarət yollarından, enerji sahəsində əməkdaşlıqdan və D-8 üzvləri, xüsusilə Türkiyə, İran və Malayziya ilə diplomatik əməkdaşlıqdan faydalana bilər. Azərbaycanın D-8 təşkilatına daxil olması əlavə iqtisadi və geosiyasi dəyər gətirəcək. D-8 daxili zəiflikləri aradan qaldırmaq və kollektiv güclü tərəflərdən istifadə etmək şərti ilə transformasiya edən qlobal nizamda əsas rol oynamaq üçün yaxşı mövqedədir. Ayrı-ayrı üzv dövlətlər və Azərbaycan kimi potensial tərəfdaşlar üçün təşkilat iqtisadi inkişaf, strateji əməkdaşlıq və gücləndirilmiş qlobal təsir imkanları təklif edir. Vizyonunu və əməliyyat strukturunu gücləndirməklə, D-8 21-ci əsrdə Qlobal Cənub üçün dinamik gücə çevrilə bilər. Bu, təkcə Cənub dəhlizi üçün deyil, həmçinin Orta Dəhlizin geosiyasi rolunu böyük həcmdə artırır.

Bir məqama diqqət edək. Belə ki,vahid D-8 təşkilatı Birləşmiş Millətlər Təşkilatı, G20 və Dünya Ticarət Təşkilatı kimi beynəlxalq forumlarda sövdələşmə bloku rolunu oynaya bilər.Yəni təşkilat bu potensiala sahibdir. Bu kollektiv səs iqlim dəyişikliyi, ticarət balanssızlığı və beynəlxalq maliyyə sistemlərində islahatlar kimi qlobal çağırışların həlli üçün vacibdir. D-8 əsasən azad ticarət zonası üçün yol xəritəsi, uyğunlaşdırılmış tariflər və investisiyaların təşviqi daha dərin iqtisadi inteqrasiyaya təkan verə bilər. Nəqliyyat dəhlizləri və rəqəmsal şəbəkələr kimi infrastruktura investisiyalar üzv dövlətlər arasında ticarət və kommunikasiyanı asanlaşdıracaq.

D-8 dünyada böyük iqtisadi potensiala malik bir təşkilat kimi tanınır. Üzv ölkələrdə, təqribən, 1,1 milyard insan yaşayır. 8 ölkənin iqtisadiyyatının həcmi, təxminən, 3, 8 trilyon dollar təşkil edir. Üzv ölkələrin ticarət dövriyyəsi isə 1,6 trilyon dollar səviyyəsindədir. Yəni dünya ticarət dövriyyəsinin 4,5 faizini təşkil edir. Bütün bunlarla yanaşı, 3 qitəni əhatə edən D-8 4 trilyon ABŞ dollarından artıq ÜDM-ə malikdir. Eyni zamanda, 130 milyard ticarət dövriyyəsi həyata keçirir, üzv ölkələrin əhalisinin sayı ümumilikdə dünya müsəlmanlarının 60 faizini təşkil edir. Bu isə həm də o deməkdir ki, D-8 böyük iqtisadi potensiala malikdir.

Bəli, Azərbaycanın D-8 təşkilatına qəbul edilməsi ölkəmizin nüfuzunu bir daha göstərir. Dünyada 60-a yaxın müsəlman ölkəsi var və məhz Azərbaycan yeni üzv seçilmişdir. Əlbəttə ki, bu, bizim üçün həm böyük şərəf, həm də böyük məsuliyyətdir. Azərbaycan həmişə müsəlman aləminin dəyərli üzvü olub. İslam Əməkdaşlıq Təşkilatının rəhbərlərinin açıqlamalarına diqqət yetirsək görərik ki, bütün dövrlərdə bu təşkilat Azərbaycanla bağlı çox müsbət fikirdə olub. Ölkəmizin İslam həmrəyliyi ilə bağlı addımları, İslam dininə olan hörmət, dinlərarası münasibətlər, müsəlman ölkələrinin xətti ilə bir çox tədbirlərin, o cümlədən IV İslam Həmrəyliyi Oyunlarının keçirilməsi təqdir edilir. Azərbaycan bütün beynəlxalq təşkilatlarda, o cümlədən BMT-də daim müsəlman ölkələrinin maraqlarını müdafiə edir.

Hər kəsə məlumdur ki, İslam dünyası ilə güclü həmrəylik nümayiş etdirən Azərbaycan, İslam ölkələrindəki humanitar böhranlara sakit qalmır. Suriyada Türkiyə ilə bərabər humanitar böhranın həlli üçün əlindən gələni etməyə hazır olduğunu bəyan edən rəsmi Bakı, əməli addımları ilə dediklərini sübuta yetirir. İkinci vacib məsələ, ölkəmizin qlobal oyunçu kimi meydana daxil olması və İslam dünyasının əsas söz sahiblərindən birinə çevrilməsidir. Azərbaycan artıq Yaxın Şərqdə Türkiyə ilə bərabər aktiv oyunçulardan biridir. Ölkəmiz İslam dünyasında baş verən proseslərə biganə deyil. Bu, Azərbaycanın beynəlxalq imici baxımından olduqca əhəmiyyətlidir.

Üçüncü məsələ isə ölkəmizin iqtisadi potensialının gücləndirilməsidir. D8 ölkələrinin böyük iqtisadi potensialı və aralarında yüksək ticarət dövriyyəsi var. Bu isə yüksək dərəcədə sərmayə axını deməkdir. Xüsusilə Qarabağ və Şərqi Zəngəzurda məskunlaşma və həmin bölgəyə yeni investisiyaların cəlbi baxımından olduqca müsbət addım kimi xarakterizə edilə bilər.

Bu gün Azərbaycan müstəqil və strateji siyasət yürüdən ölkədir. Həmçinin Azərbaycan dünya arenasında regional və qlobal proseslərdə ikitərəfli və çoxtərəfli münasibətlərə qarşılıqlı faydalı əməkdaşlıq müstəvisindən yanaşan, milli maraqlarından bir addım da geri çəkilməyən azsaylı dövlətlərdən biridir. Ən önəmli məqamlardan biri də ölkənin müstəqil siyasətinin milli maraqlara söykənməsi, bütün güc mərkəzləri tərəfindən qəbul edilməsi, hörmətlə qarşılanmasıdır. Azərbaycanın iqtisadi potensialının, coğrafi mövqeyinin mühüm geostrateji amilə çevrilməsi, təşəbbüslərinin rəğbətlə qarşılanması isə onun etimadlı, məsuliyyətli dövlət imicidir. Prezident İlham Əliyevin “Sözümüz imzamız qədər keçərlidir” deyimi Azərbaycan liderinin dövlət başçısı kimi xarakterini və mövqeyini ifadə edir. Bütün bunlar belə deməyə əsas verir ki, ölkəmiz ikitərəfli münasibətlər, həmçinin beynəlxalq təşkilatlar çərçivəsində səmərəli və qarşılıqlı faydalı əməkdaşlıq əlaqələri formalaşdırıb. Ümumiyyətlə, sahib olduğu resurslardan səmərəli istifadə edən Azərbaycan həm beynəlxalq təşkilatlarda, həm də ayrı-ayrı əməkdaşlıq platformaları çərçivəsində öz mövqeyini gücləndirir.

ZƏRİFƏ QULİYEVA,

YAP Veteranlar Şurasının üzvü, “Modern ailə və inkişaf” İctimai Birliyinin sədri

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:215
embedMənbə:https://sesqazeti.az
archiveBu xəbər 14 Yanvar 2025 16:27 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Ermənistan qış aylarında ciddi risklərlə üzləşə bilər

27 Avqust 2026 13:50see367

57 ticarət obyektində qanunsuz mallar AŞKARLANDI FOTOLENT

27 Avqust 2026 12:14see337

Azərbaycan və Qazaxıstan Transxəzər Fiber Optik Kabel Xəttinin çəkilişini başa çatdırıb

27 Avqust 2026 20:56see317

Həddindən artıq idman oynaqlara zərər verə bilər

27 Avqust 2026 16:39see310

44 yaşlı Dima Bilan baba oldu

27 Avqust 2026 18:43see301

Əliaçıq olmaq təzyiqi normallaşdırır

27 Avqust 2026 22:01see299

Nazirlik Azər Aydəmirə daha 200 min manat ödəyəcək

27 Avqust 2026 15:58see290

Azərbaycan pambıq parça istehsalını 5 % dən çox artırıb

27 Avqust 2026 21:13see249

Amazon yaxın bir neçə ildə Nvidia dan iki milyon daha süni intellekt çipi alacaq

27 Avqust 2026 14:57see243

“Tokayev Moskvanı benzin məsələsində aldatdı?”

27 Avqust 2026 18:55see234

Ürək əməliyyatı keçirdi, xərçəngdən sağaldı Möcüzə

27 Avqust 2026 20:32see233

Bəs dənizin ortasında yosun varsa? 

27 Avqust 2026 15:57see231

III “Ulduz Cup” başa çatdı

27 Avqust 2026 18:06see228

Türk aktrisa Nihal Yalçının son halı təəccübləndirdi (Foto)

27 Avqust 2026 21:38see225

Acı qəhvə içmək qida borusu xərçəngi yaradır?

27 Avqust 2026 18:50see223

Azərbaycan və Türkiyənin Avstriyadakı səfirləri görüşdü

27 Avqust 2026 20:13see219

“Tvente”nin futbolçusu: “Sabah meydanda əsl güc balansının necə olduğunu görəcəyik”

27 Avqust 2026 19:10see218

Nepalda güclü daşqın: 389 ölü, 1400 itkin

27 Avqust 2026 22:12see216

Dünyanın sonu yaxınlaşır Dəccal haqqında peyğəmbərlik gerçəkləşməyə başladı

27 Avqust 2026 23:51see204

Qiymətlər niyə yüksəlir? Hörmüz boğazının təsiri nə qədərdir, digər amillər hansılardır?

28 Avqust 2026 13:00see182
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri