Icma.az
close
up
RU
Məsut Özildən səmimi açıqlamalar: Arda Güləri özümə bənzədirəm

Məsut Özildən səmimi açıqlamalar: Arda Güləri özümə bənzədirəm

Icma.az bildirir, Footbal-plus portalına istinadən.

Yaxın keçmişin önəmli ulduzlarından olan, ''Real'', ''Arsenal'', ''Fənərbaxça'' kimi klublarda top qovan, Almaniya yığması ilə dünya çempionluğunu qazanan Məsut Özil ''Vav TV'' adlı ''yutub'' kanalında ''Gənclərlə başa baş'' verilişinin qonağı olub.

Karyerasını 2023-ün martında başa vuran 36 yaşlı Məsut müxtəlif mövzularda ona ünvanlanan sualları cavablandıraraq bunları deyib:

''Mən ''Fənərbaxça''lıyam və orda oynamaq mənim arzum idi. O da karyeramın sonuna yaxın reallaşdı. ''Qalatasaray''ı da son illərdə sərgilədiyi futbola görə təbrik edirəm. Arda Gülər və Kənan Yıldız kimi istedadlarımıza sahib çıxmalıyıq. Pis də oynasalar, yaxşı da oynasalar, arxalarında millətin dəstəyini hiss etsələr, bacarmayacaqları şey yoxdu. Yığma seçimi mövzusunda çox danışmaq istəmirəm. Yalnız onu deyə bilərəm ki, hər şey anladıldığı kimi deyil. O dönəmdə çox fərqli şeylər oldu. Keçmişdəki mövzuları bu gün yenidən gündəmə gətirmək istəmirəm. Amma durum heç də bəzi insanların dediyi kimi olmadı. Babam Almaniyaya ilk gedən türklərdən olub. Yeni ölkə, dil yox, ailə yox, pul yox... Tək başına çalışırsan və bir küncə sıxışırsan. Sonra övladlarını da yanına gətirir və onlar da böyüyərək ailə sahibi olurlar. Əsil işçi ailəsi idi. Dil ilə bağlı çox ciddi çətinliklər yaşayıb. Amma biz heç vaxt və heç bir yerdə türk olduğumuzu gizlətmədik. İndi futbol izlədikdə çox da zövq almadığım bir dönəmdəyəm. Mənim dönəmimdə çox böyük isimlər var idi. İndi Arda Güləri izlədikdə onu özümə bənzədirəm. Açığı, karyeramı ''Fənərbaxça''da bitirmək istəyirdim. O kluba da məhz bir neçə il oynayıb vida matçımı keçirmək üçün gəlmişdim. Amma buna imkan vermədilər. Sonra ''İstanbul BŞ''yə yollandım və ardından ikinci övladım dünyaya gəldi. Məhz həmin an futbolla vidalaşmaq qərarına gəldim. Bu addıma görə peşman deyiləm. Hüzur və xoşbəxtliyi tapmaq üçün karyeramı bitirdim. Yaxşı ki də bitirmişəm. Çünki hüzur və xoşbəxtliyi tapa bildim. Oyunçu olaraq çəkindiyim biri yox idi. Amma komanda olaraq ''Barselona''ya qarşı oynamaq çox çətin idi.
2010-cu ildə ''Real'' ilə müqavilə imzaladıqdan bir neçə ay sonra səfərdə ''Barsa''ya qarşı oynadıq. 0:5 məğlub olduq və oyunboyu bizə topu vermədilər. Paltardəyişmə otağında Joze Mourinyonun hər birimizə əsəbləşəcəyini düşünürdük. Düzdü, əsəbi idi, amma fərqli cür danışdı. Hər kəsin çiyninə vuraraq bizi ruhlandırmağa çalışdı. ''Üzünüzü qaldırın. Uduzacağınızı bilirdim. Mənim adım Joze Mourinyodu və sizə söz verirəm ki, ikinci mövsüm bunları əzib keçəcəyik'' dedi və belə də oldu. İnşallah bunu bu mövsüm ''Fənərbaxça''da da edər. Türkiyədəki hakimlər üçün çox üzülürəm. Həqiqətən də işləri çox çətindi. Futbolda hər iki tərəfi də məmnun etmək mümkün deyil. Çünki iki tərəfdən biri uduzur. Allah hakimlərimizə səbr versin. Bizim millət bəzən ən asan yolu seçir. Uduzan tərəf günahı hakimdə görür. Avropada artıq sistem elə oturub ki, böyük klublar hakimlərə rəğmən qalib gəlir. İnsan öncə özünü günahlandırmalıdı. Yalnız hakimdə günah görmək düzgün yanaşma deyil. Çünki hakimlər də insandı və səhvə yol vermələri mümkündü. 2010-da ''Real''a yollanmamışdan öncə mənə PSJ də, ''Bavariya'' da təklif göndərmişdi. Sonra Arsen Vengerdən zəng gəldi. Ona artıq ''Real'' ilə anlaşdığımı dedim. Amma bir gün Madriddən ayrılsam, ''Arsenal''a gələcəyimi dedim. Sonda belə də oldu''.


ƏLİ
Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:249
embedMənbə:https://www.football-plus.az
archiveBu xəbər 17 Fevral 2025 13:46 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Azəri Çıraq Günəşli” yataqlar blokunun ikinci həyatı

12 Sentyabr 2026 01:58see297

Ermənistan Türkiyəyə gül göndərdi, amma... Paşinyana şikayət edildi...

12 Sentyabr 2026 08:50see264

Siqal Rusiyadakı 7 milyon dollarlıq malikanəsini satışdan çıxardı Səbəb təəccüblüdür

12 Sentyabr 2026 04:01see261

Sergey Bezrukov 5 min rublluq əsginasın içinə “həbs edildi”

12 Sentyabr 2026 03:34see260

Qriqori Leps boşanarkən əmlak bölən kişiləri tənqid etdi

12 Sentyabr 2026 04:47see250

Daşqınların Nepal iqtisadiyyatına vurduğu ziyan açıqlandı

11 Sentyabr 2026 22:22see250

Sərnişinlərin xəbəri olmadan “Fly Dubai” uçuş saatını dəyişib SƏRNİŞİNLƏR HAVA LİMANINDA QALIB

12 Sentyabr 2026 17:11see247

Yanacaq bazarında tarixi rekord Dizel benzini də geridə qoydu

12 Sentyabr 2026 09:19see243

Vyanada Azərbaycan Mədəniyyət Mərkəzində Qırğızıstana həsr olunmuş kitabın təqdimatı keçirilib

12 Sentyabr 2026 13:27see241

Bundesliqa: “Şalke” inamlı qələbə qazandı

12 Sentyabr 2026 01:04see240

Rüstəmə dedim ki, sən şair deyilsən…

12 Sentyabr 2026 16:19see224

Beynəlxalq əmtəə, fond və valyuta bazarlarının göstəriciləri (12.09.2026)

12 Sentyabr 2026 10:00see219

Mərkəzi Bankın qərarı kredit bazarına necə təsir göstərəcək?

12 Sentyabr 2026 17:22see218

Selena nın ulduzları gəlinlikdə (Fotolar)

13 Sentyabr 2026 01:01see207

Bakıda BMT nin İqlim Həftəsi çərçivəsində 68 tədbir keçirilib

12 Sentyabr 2026 19:16see204

Rusiyada yaşa görə sığorta pensiyasının maksimum məbləği 77 min rubldan çox ola bilər

13 Sentyabr 2026 02:41see204

Azərbaycanlılar pullarını nəyə xərcləyir? Rəqəmlər ŞOK MƏNZƏRƏNİ göstərdi

12 Sentyabr 2026 13:55see203

Bacı qardaşsız böyüyən insanların 10 fərqli xüsusiyyəti

13 Sentyabr 2026 01:29see200

Türkiyədə Parkinson xəstələri üçün qolbaq hazırlanıb

12 Sentyabr 2026 14:21see183

Zoopark 5 milyon manatdan çox gəlir qazanıb

12 Sentyabr 2026 10:32see182
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri