Icma.az
close
up
RU
Verder siyasətə atılan Məsut Özildən üz döndərdi

Verder siyasətə atılan Məsut Özildən üz döndərdi

Footbal-plus saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Öz dönəminin önəmli ulduzlarından olan Məsut Özil artıq iki ildi, karyerasını bitirib.
Buna baxmayaraq o yenə də müxtəlif xəbərlərlə gündəmə gəlməkdə davam edir.
''Football-plus.az'' xəbər verir ki, Məsutun siyasətə addım atması tək Almaniyada yox, onun şərəfini qoruduğu bəzi klublarda da xoş qarşılanmayıb.
Şənbə günü ''Verder'' sabiq futbolçusu Dieqo Ribasın şərəfinə tədbir keçirəcək. Braziliyalı yarımmüdafiəçi 3 il (2006-09) bremenlilərin şərəfini qoruyub. Bundan başqa o, ''Atletiko'', ''Yuventus'', ''Volfsburq'', ''Fənərbaxça''da da top qovub və karyerasını ''Flamenqo''da bitirib. Tədbirə ''Verder''in bir çox sabiq oyunçuları dəvət olunub. Amma onların arasında Özil yoxdu! Türkəsilli futbolçu Bremen klubunda 2008-10-cu illərdə çıxış edib. Klubun bir rəsmisi ''Bild''ə açıqlamasında bu qərarı belə şərh edib:

''Bəli, Məsutu tədbirə dəvət etməmək qərarına gəlmişik. Çünki onun bu yaxınlarda etdiyi hərəkət bizim təbliğ etdiyimiz dəyərlərlə üst-üstə düşmür''.


Qeyd edək ki, fevralın sonlarında Özil rəsmən siyasətə addım ataraq millət vəkili olub. O, prezident Rəcəp Tayyib Ərdoğanın liderlik etdiyi Ədalət və İnkişaf Partiyasına üzv seçilib. Buna partiyanın konqresində qərar verilib.
Ümumiyyətlə, Özil Türkiyə yığmasına yox, Almaniya yığmasına üstünlük verməsinə baxmayaraq uzun illərdi, Ərdoğan ilə dost münasibətilə seçilir. Onların bu yaxınlığı isə Almaniyada birmənalı qarşılanmır. 2018-ci ildə Məsut Londonda Ərdoğan ilə şəkil çəkdirdiyinə görə həm Almaniya Futbol İttifaqı, həm də Almaniya futbol ictimaiyyəti tərəfindən tənqid atəşinə tutulmuşdu. Bundestimin DÇ-2018-dəki uğursuz çıxışında ən çox bu futbolçu günahlandırılmış və o, çox keçmədən yığma karyerasını bitirdiyini açıqlamışdı.
Elə bu məsələdən başqa da Özil dəfələrlə siyasi mövzularda qalmaqal yaşayıb. 2019-cu ildə o, Uyğur türklərinə zülm edən Çini çəkinmədən tənqid etmişdi. Amma həmin vaxt onun şərəfini qoruduğu ''Arsenal'' bu mövzuda Məsuta dəstək verməmişdi.
Bundan başqa Ərdoğan 2019-da Özilin toyunda nigah şahidi kimi iştirak etmiş və Əminə Gülşə ilə həyatını birləşdirən futbolçuya 4 övlad arzulamışdı.
ƏLİ
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:218
embedMənbə:https://www.football-plus.az
archiveBu xəbər 23 Mart 2025 12:17 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Radio milli və informasiya təhlükəsizliyimiz üçün mühüm vasitədir” Hikmət Babaoğlu

23 Oktyabr 2026 12:18see407

Vüqar Oruc: “İnternet tarifləri artırılmamalı, xidmətin keyfiyyəti yüksəldilməlidir”

23 Oktyabr 2026 13:49see321

Növbəti köç karvanları Xocavənd və Ağdərəyə çatıb (Yenilənib)

23 Oktyabr 2026 12:58see316

Hakan Fidan: “İrana hərbi müdaxilə həll yolu deyil”

24 Oktyabr 2026 14:29see232

Rayonların subsidiyası kəsildi: Qalan pul hansı sahələrə xərclənəcək?

23 Oktyabr 2026 16:03see225

Bakı Ekspo Mərkəzdə Musa Yaqubun “İpəkyolu” nəşriyyatı tərəfindən çap olunmuş “Gül bağçası” kitabı təqdim olundu

23 Oktyabr 2026 22:09see223

Diş sağlamlığına zərər verən qidalar Həkim AÇIQLADI

23 Oktyabr 2026 09:47see222

Yeniyetmələrdə görmə zəifliyinin yaranma səbəbləri nələrdir? PAŞA QƏLBİNUR

23 Oktyabr 2026 12:12see219

Yanlış dərman istifadəsi nələrə səbəb ola bilər? PROFESSOR AÇIQLADI

23 Oktyabr 2026 17:14see204

Alimlər ağrını daha yüngül hiss etməyə kömək TAPDILAR

23 Oktyabr 2026 15:23see198

Körpələrdə yüksək hərarət fonunda qıcolmalar

24 Oktyabr 2026 01:51see193

Dövlət Bağçalı İlham Əliyevə təşəkkür ETDİ

23 Oktyabr 2026 22:34see187

Qeyri neft qaz mallarının mənşəyinin müəyyən edilməsi qaydası təsdiqlənib

23 Oktyabr 2026 17:40see187

“AccessBank”ın rəhbər şəxsi bankdan ayrıldı

23 Oktyabr 2026 16:42see186

Tramp saxta addan isitfadəyə görə konqresmeni istefaya çağırdı

23 Oktyabr 2026 23:46see185

Ronaldo tarixə düşdü

24 Oktyabr 2026 04:57see181

İkili idarəetmə bitir, səhiyyədə yeni dövr başlayır

23 Oktyabr 2026 19:04see179

Gələcəyə inamını itirən gənclik Niyə yatırım etmək əvəzinə kor koranə pul xərcləyirlər?

24 Oktyabr 2026 15:01see174

Qubadlının işğaldan azad olunmasından 6 il ötür

25 Oktyabr 2026 00:07see171

Mask "Starlink"i Ukrayna üçün niyə bağladığını açıqladı

25 Oktyabr 2026 00:38see170
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri