Icma.az
close
up
RU
Metabolizmanın susuz qalması nəyə səbəb olur?

Metabolizmanın susuz qalması nəyə səbəb olur?

Icma.az, Pravda.az portalına istinadən məlumat verir.

Su həyatın ən vacib qaynağı olmaqla yanaşı, insan orqanizminin mükəmməl işləyən sisteminin əsas qidasıdır.
 

Pravda.az bildirir ki, orqanların funksiyasını yerinə yetirməsi, ideal çəkiyə sahib olmaq və sağlam görünmək suyun orqanizmdəki rolundan asılıdır. Bəs, susuz qalan bədəndə, xüsusilə də metabolizmada hansı dəyişikliklər baş verir?


Metabolizmanın sürətini su müəyyən edir


Metabolizma orqanizmə qəbul edilən qidaların enerji üçün parçalanma prosesidir. Hüceyrələrin qidaları yandıraraq enerjiyə çevirməsi yaşamsal bir prosesdir. Metabolizmanın sürəti fərqli amillərdən asılıdır. Genetik faktorlarla yanaşı, gündəlik qida qəbulu və fiziki aktivlik də metabolizmanın sürətinə təsir edir.


Metabolizma su olmadan normal işləyə bilməz


Metabolizma sürətinə təsir edən əsas amillərdən biri suyun kifayət qədər qəbul edilməsidir. Orqanizmə gündəlik tələb olunan miqdarda su daxil olmadıqda, metabolizma yavaşlamağa başlayır. Bunu belə izah etmək olar: Bədən istiliyini tənzimləmək üçün suya ehtiyac duyur. Yetərli miqdarda su qəbul olunmadıqda, bədən istiliyi aşağı düşür və bu, metabolizmanın zəifləməsinə səbəb olur.


Metabolizmanı yavaşladan digər bir amil isə bədəndə toplanan toksinlər və tullantı maddələridir. Bu maddələrin uzun müddət orqanizmdə qalması metabolizmanın zəifləməsinə və ümumi sistemin tarazlığının pozulmasına səbəb olur. Toksinlər və artıq yağlar yalnız suyun köməyi ilə bədəndən xaric oluna bilər. Əgər kifayət qədər su içilməzsə, sidik miqdarı azalır və bununla da metabolizma sürəti aşağı düşür.


Bədən susuz qaldıqda arıqlamaq çətinləşir


İdeal çəkiyə sahib olmaq üçün metabolizmanın rolu böyükdür. Hər kəs eyni kalorili qidalar qəbul etsə də, bəziləri daha çox çəki ala bilər və burada metabolizmanın sürəti mühüm rol oynayır. Kifayət qədər su qəbul edilmədikdə, metabolizmanın sürəti aşağı düşür və yağların yanma prosesi zəifləyir. Bu isə çəki artımına səbəb olur. Bunun qarşısını almaq üçün səhər günə bir stəkan soyuq su ilə başlamaq tövsiyə olunur.


Əminə Bayramova 

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:94
embedMənbə:https://pravda.az
archiveBu xəbər 03 Aprel 2025 10:37 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Qadınlar hansı kişiləri daha çox sevirlər: dolğun, yoxsa arıq və əzələli olanları?

04 İyul 2025 00:45see148

Pezeşkian: Azərbaycan türkcəsində təhsil milli və beynəlxalq öhdəlikdir

04 İyul 2025 01:48see137

ABŞ 100 ə yaxın ölkəyə 10% rüsum tətbiq edəcək

04 İyul 2025 01:23see134

Almaxanım ana oldu

04 İyul 2025 15:22see125

Bu yola yeni kamera quraşdırılıb: Belə edənləri çəkir VİDEO

03 İyul 2025 20:35see125

Kiyev bombalanır: Yaşayış binalarında yanğınlar, dağıntılar

04 İyul 2025 03:23see125

Merkel Trampın əl sıxmaqdan imtina etməsi ilə bağlı qalmaqalın təfərrüatını açıqladı

04 İyul 2025 04:35see124

Bu tarixdə Azərbaycanda istilər başlayacaq

04 İyul 2025 18:36see120

Trampın gözlənilməz tarifləri və...

05 İyul 2025 00:26see120

Küləkli hava: Sarı və narıncı xəbərdarlıq

04 İyul 2025 07:40see120

Pezeşkian: Azərbaycan İran əlaqələrində yeni səhifə açılıb

04 İyul 2025 18:54see120

Yox olan varlıq, var olan yoxluq: Yaradılışın sirri harada gizlənir? ELMİN SONU (XXIX YAZI)

04 İyul 2025 14:31see120

Yaponyalı alimlərdən xərçəng xəstələrini sevindirəcək kəşf

04 İyul 2025 14:40see118

Şəhid qardaşı: Valideynlərim onun qalıqlarının tapıldığını eşitsələr də, dəfnini görmədilər

04 İyul 2025 18:41see118

60 yaşdan sonra gündə 4 fincan kofe içsəniz...

05 İyul 2025 04:47see117

Bu məhsul marketlərdən yığışdırılır Təhlükəli bakteriya aşkarlanıb

05 İyul 2025 04:04see116

Dövlət qurumlarının sistemində problem, qadın doğuma görə müavinəti ala bilmir ŞİKAYƏT/RƏSMİ AÇIQLAMA

03 İyul 2025 16:14see114

Çin Avropa İttifaqı ilə ticarət müharibəsinə qoşulur...

04 İyul 2025 19:05see114

UEFA “Barsa”nı 60 milyon cərimələdi

05 İyul 2025 06:10see114

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Azərbaycana səfəri başa çatıb FOTO

05 İyul 2025 01:16see113
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri