Dəmir çatışmazlığı nəyə səbəb olur? Həkim
Olke.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.
"Düzgün qidalanma dedikdə, dəmirlə zəngin qida rasionu nəzərdə tutulur”.
Ölkə.Az xəbər verir ki, bu sözləri həkim-hematoloq Şəhla Şabanova deyib.
Onun sözlərinə görə, əsasən, qırmızı ət, yumurta, quru meyvələr, yarpağı tünd olan tərəvəzlər (çuğundur, pazı), orqanik meyvələr, tut bəhməzi, qarabaşaq dəmirlə zəngin hesab olunur: "Eyni zamanda, mövsümi meyvə-tərəvəzlər dəmirlə zəngin olsa da, birtərəfli bitki mənşəli qidalanmada yenə də qan azlığı yarada bilər. Bu səbəbdən, həm meyvə-tərəvəz, həm də ət məhsullarından istifadə edilməlidir".
Ş.Şabanova vurğulayıb ki, orqanizmdə dəmirin miqdarında azalma, dəmir itkisi və ya qida vasitəsilə qəbulunun azalması nəticəsində qan azlığı ola bilər: “Qan azlığı zamanı erkən yorulma, təngnəfəslik, halsızlıq, başgicəllənmə, ətrafların soyuq olması, ürək döyüntüsünün artması, saçların qırılaraq tökülməsi, ağız bucaqlarında çatların yaranması və digər şikayətlər müşahidə edilə bilər".
Baxış sayı:264
Bu xəbər 27 Yanvar 2025 22:27 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















