Icma.az
close
up
RU
Qazi kapitanın şikayətlərinə Rəsmi cavab

Qazi kapitanın şikayətlərinə Rəsmi cavab

Icma.az, Qafqazinfo portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

“Vətən müharibəsində Naxçıvan Xüsusi Təyinatlılarının tərkibində torpaqlarımızın azadlığı uğrunda döyüşmüşəm. Müharibədə yaralandım, bədənimin 60 faizi öz funksiyalarını itirdi. Hazırda ailəmlə kirayədə yaşayıram, maddi baxımdan kredit və müalicə xərclərimi qarşılamaqda çətinlik çəkirəm”.

Bu barədə “Qafqazinfo”ya qazi kapitan Rüfət Məmmədzadə müraciət edib. 

O bildirib ki, II Qarabağ müharibəsindən sonra antiterror əməliyyatlarında da iştirak edib. Sonradan vəziyyəti pisləşdiyinə görə ötən ilin martında ehtiyata buraxılıb: “Füzuli-Xocavənd istiqamətində döyüşürdük. Daxili qanaxma ilə təxliyə olunmuşdum. Həmin vaxt bizim təxliyə olunduğumuz maşın vuruldu. Maşındakı 5 nəfərdən 4-ü yanaraq şəhid oldu, mən isə ağır yaralandım. 5-6 gün huşsuz vəziyyətdə olmuşam. Sonradan özümə gəldim, uzun müddət müalicə olundum. Hazırda 3-cü qrup əlil kimi pensiya və Prezident təqaüdü alıram. Amma bu, maddi baxımdan kifayət etmir. Kirayədə yaşayıram, kreditlərim çoxdur, hər ay min manata yaxın kredit ödənişim olur. Üstəlik, müalicə xərclərimi də özüm ödəyirəm. Mənə mənzil verilməsi üçün müraciət etdim, ona da müsbət cavab almadım. Ev verilmirsə, heç olmasa, iş verilsəydi, özüm işləyib kreditlərimi ödəyərdim. Təbii ki, ağır işlərə səhhətim imkan vermir...”

R.Məmmədzadə, həmçinin özünüməşğulluq proqramına qoşulduğunu da əlavə edib: “Dövlət Məşğulluq Agentliyinə müraciət etdim, mənə qoyunlar verdilər. Amma onları saxlamaq üçün də hər ay çobana 100 manat pul verirəm. 8 və 2 yaşlı iki uşağım var, çətinliklə dolanıram. Ayda 1-2 dəfə Türkiyəyə öz hesabıma müalicəyə gedirəm. Xahiş edirəm, mənə kömək edin”.

Problemlə bağlı Naxçıvan Muxtar Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə müraciət etdik. Nazirlikdən sorğumuza belə cavab aldıq: “Vətən müharibəsi iştirakçısı Məmmədzadə Rüfət Afət oğlu dövlət tərəfindən müvafiq dəstək tədbiri ilə əhatə olunub. Ona 2024-cü ildə orqanizmin funksiyalarının 60% pozulmasına görə Azərbaycanın ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlillik təyin edilib.

Hazırda R.Məmmədzadəyə aylıq əsasda ümumilikdə 1495,26 manat (1165,26 manat pensiya, 330 manat Prezident təqaüdü) sosial ödəniş həyata keçirilir. Qeyd edək ki, Prezident İlham Əliyevin yeni imzaladığı müavinət və təqaüdlərin artırılması ilə bağlı Fərmana əsasən bu aydan ona ödənilən aylıq sosial ödənişin məbləği 1565,26 manat təşkil edəcək. 

Ona müharibə zamanı aldığı ağır xəsarətə və əlilliyə görə ümumilikdə 4400 manat məbləğində sığorta ödənişi edilib. Bundan başqa ona Naxçıvan MR-in “Dəstək” fondu tərəfindən ümumilikdə 6000 manat məbləğində maddi yardım edilib. O həmçinin, 2024-cü ildə özünüməşğulluq proqramına cəlb olunaraq “Qoyunçuluq təsərrüfatı” zərfi üzrə aktivlərlə də təmin olunub. 

R.Məmmədzadənin maddi-məişət şəraitinin yaxşılaşdırılması məqsədilə ona Naxçıvan şəhərində yerləşən çoxmənzilli yaşayış binasında 2 otaqlı mənzil təklif olunsa da, o yaşayış sahəsinin az olduğunu iddia edərək bu təminatdan imtina edib”.

“YAŞAT” Fondundan isə sorğumuza cavab olaraq bildirilib ki, R. Məmmədzadənin Fonda bu günə qədər hər hansı bir istiqamət üzrə müraciəti daxil olmayıb: “Tibbi sığorta haqqında” Qanuna əsasən bütün əhali sığorta olunan hesab edilir və xidmətlər zərfində nəzərdə tutulmuş tibbi xidmətlərdən ödənişsiz olaraq yararlanmaq hüququna malikdirlər. Bu səbəblə də, Fondun əhatə dairəsinə daxil olan şəxslərin də müalicə məsələləri ilə əlaqədar ərazi üzrə tibb müəssisəsinə müraciət etmələri tövsiyə olunur (Çağrı mərkəzi 1542). Fond tərəfindən yalnız İcbari Tibbi Sığorta çərçivəsində təmin olunmayan tibbi xidmətlər (stomatoloji xidmətlər istisna olunmaqla) və dərman təminatı ilə bağlı müraciətlərə baxılır.

Vətəndaş Azərbaycanın ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar əlilliyini təsdiq edən sənədi təqdim etməklə dərman vasitələri ilə təminat və İTS-in xidmətlər zərfinə daxil olmayan tibbi xidmətlər üzrə Fondun 8110 Çağrı mərkəzi vasitəsilə yaxud yashat.gov.az elektron portalı üzərindən müraciət edə bilər. Müraciətlərə “Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar yaralananların və şəhid ailələrinin təminatına dəstək fondunun (“YAŞAT” Fondu) vəsaitinin formalaşdırılması, idarə olunması və ondan istifadə Qaydası”na uyğun olaraq baxılır”.

Qeyd edək ki, R.Məmmədadə Azərbaycan Bayrağı Ordeni, “Füzulinin azad olunmasına görə”, “Xocavəndin azad olunmasına görə”, “Vətən Müharibəsi İştirakçısı” medalları ilə təltif olunub.

Gülnar Əliyeva


Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:188
embedMənbə:https://qafqazinfo.az
archiveBu xəbər 05 İyul 2025 13:17 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bitki yağının təbii olub olmadığnı necə müəyyən etmək olar? EKSPERT AÇIQLADI

11 Noyabr 2026 17:40see328

Qazaxıstan COP31 də Azərbaycan və Özbəkistanla birlikdə yaşıl enerji dəhlizi layihəsini təşviq edir.

11 Noyabr 2026 23:37see322

Zobu olanlar xurma yesin Təsiri

11 Noyabr 2026 16:16see321

“Şahdəniz” neft sənayemizin şahanə yatağı

12 Noyabr 2026 13:03see305

Çinlilər toyuğun bu hissələrini yemir Səbəb

11 Noyabr 2026 22:18see304

Bred Pittin toy günü verdiyi qəribə vəd illər sonra üzə çıxdı

11 Noyabr 2026 19:07see287

Ucuz qiymətə onlarla maşının satışa çıxarılacağı tarix açıqlandı SİYAHI

11 Noyabr 2026 22:13see287

Gülağası Mirzəyev: Balet artistinin səhnədəki zərif hərəkətlərinin arxasında illərin zəhməti dayanır

12 Noyabr 2026 01:28see283

Valideynlərə xəbərdarlıq: Uşaqlara dərmanı qaşıqla verməyin

11 Noyabr 2026 23:17see270

Qərbi Azərbaycanın itirilmiş yurd yerləri: Qursalı kəndinin acı taleyi

11 Noyabr 2026 19:34see249

Məşqdə faciə: 22 yaşlı futbolçu vəfat etdi

11 Noyabr 2026 18:16see240

​Bomba təhdidinə görə 300 məktəb təxliyyə edilib İtaliyada şok olay

11 Noyabr 2026 19:35see239

Adil Kazımlı: “Əldə etdiyim uğurda əməyi olan hər kəsə minnətdarlığımı bildirirəm”

12 Noyabr 2026 02:08see235

Buğdanın qiyməti dörd aylıq artımdan sonra azalıb

11 Noyabr 2026 17:20see234

Çörəklərin içində narkotik gizlətdilər

11 Noyabr 2026 18:45see234

Atəşkəs təklifimizi rədd etdi

12 Noyabr 2026 02:34see227

Noyer Bavariya nın əsas qapıçısı olaraq qalacaq? zədədən sonra

12 Noyabr 2026 00:16see224

Təranə Musa cütlüyünün evi müzakirə yaratdı (Video)

12 Noyabr 2026 15:26see202

Vəba və taun xəstəlikləri ilə bağlı vəziyyət olduqca çətindir Putin

12 Noyabr 2026 21:05see201

Azərbaycanda ötən ay ərzaq məhsulları 6,7 faiz bahalaşıb

12 Noyabr 2026 17:31see173
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri