Metan qazından zəhərlənərək ölən türkiyəli hərbçilərin sayı artdı
Oxu.az saytından alınan məlumata görə, Icma.az bildirir.
İraqın şimalında mağarada əməliyyat-axtarış tədbirləri zamanı metan qazından zəhərlənib ölən türkiyəli hərbçilərin sayı səkkiz nəfərə çatıb.
Oxu.Az xəbər verir ki, bu barədə Türkiyə Milli Müdafiə Nazirliyinin "X" səhifəsində məlumat verilib.
"Dərin ağrı və hüznlə dolu bu hadisədə həyatını itirən əziz şəhidlərimizə Allahdan rəhmət, ailələrinə, Türkiyə Silahlı Qüvvələrinə, millətimizə başsağlığı veririk", - deyə paylaşımda qeyd olunur.
Xatırladaq ki, 28 may 2022-ci ildə İraqın şimalında "Pençe-Kilit" əməliyyatı bölgəsində əməliyyat-axtarış tədbirləri zamanı PKK terrorçularının açdığı atəş nəticəsində Nuri Melih Bozkurt şəhid olub. Həmin vaxt intensiv atəşlə əlaqədar onun meyitini çıxarmaq mümkün olmayıb. Ötən gün - iyulun 6-da Nuri Melih Bozkurtun nəşinin tapılması üçün mağarada əməliyyat-axtarış tədbiri həyata keçirilib və əməliyyat zamanı 19 əsgər metan qazından zəhərlənib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:99
Bu xəbər 07 İyul 2025 08:57 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















