Xəzərdə ölən hərbçilərin sayı artdı Yenilənib
Icma.az, Qafqazinfo saytına istinadən bildirir.
Bu gün yerli vaxtla saat 11:10 radələrində Qazaxıstanın Xəzər dənizindəki hərbi təlimində 19 hərbçini dalğa aparıb.
“Qafqazinfo” xəbər verir ki, bu barədə Qazaxıstanın Müdafiə Nazirliyi məlumat yayıb.
Məlumata görə, hərbçilərdən 9-u həlak olub, 3-ü xilas edilib, qalan 7-nin axtarışları davam etdirilir.
Belə ki, hərbi-dəniz qüvvələrinin Aktaudan 43 kilometr məsafədə keçirilən təlimləri zamanı hava şəraitinin kəskin pisləşməsi səbəbindən dalğa hərbi qulluqçuları dənizə aparıb. Hərbçilər arasında 15 matros, bir zabit və bir müqavilə ilə xidmət edən hərbi qulluqçunun olduğu bildirilir.
Axtarışlara dərhal dörd hərbi gəmi, Mi-8 vertolyotu, FHN qüvvələri cəlb olunub.
***
Qazaxıstanın Manqistau vilayətində baş vermiş hadisə nəticəsində həlak olan hərbi qulluqçuların sayı 12-yə çatıb.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:127
Bu xəbər 24 Sentyabr 2026 20:43 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















