Icma.az
close
up
RU
Mətanət Vahid: Vətəni anamız kimi deyil, balamız kimi sevməliyik...

Mətanət Vahid: Vətəni anamız kimi deyil, balamız kimi sevməliyik...

Kulis.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.

8 Noyabr Azərbaycanda Zəfər Günü kimi qeyd edilir.

Kulis.az bu münasibətlə ədəbiyyatşünas alim Mətanət Vahidin "Vətənpərvərlik peşəkarlıqdır" yazısını təqdim edir.

Son illər yalnız ölkəmizdə deyil, bütün dünyada böyüklərin dilə gətirdiyi bir məsələ var ki, gənc nəsil kifayət qədər vətənpərvər deyil. Lakin ölkədə gedən siyasi proseslərə münasibətdə hər kəsin vətənpərvərlik duyğusu özünü daha aydın büruzə verir.

Vətənpərvərlik insanın mənəvi təcrübə ilə çatdığı bir ruh halıdır. Bununla belə, uşaqların vətənpərvərlik tərbiyəsində ailənin, məktəbin, bütövlükdə cəmiyyətin rolunun əhəmiyyəti gözardı edilməməlidir.

Vətənpərvərlik tərbiyəsinin önəmli məqsədlərindən biri də uşaq və gənclərin iradəsini millətin iradəsi ilə birləşdirməkdir. Bu işdə məktəbin, xüsusilə, tarix və ədəbiyyat fənlərinin tədrisi müstəsna əhəmiyyətə malikdir. Çünki vətənpərvərlik həm də öz ölkənin və millətinin tarixinə bələd olmaq, onun keçmişi ilə qürur duyaraq, gələcək nəsillərin də fəxr edəcəyi bir gələcəyi yaratmaq, qurmaq üçün zəhmət çəkməkdir.

Millətin tarixən keçdiyi yolun, xalqın qəhrəmanlarının böyük zəfərlər naminə etdiyi fədakarlıqların fərqində olan, onları dərk edib sayğı duyan, özünə örnək götürən fərd, uşaq içində vətən sevgisini formalaşdırır. Vətənpərvərlik — öz yurdunun təbiətinə vurğunluq, mədəniyyətinə bağlılıq, bütün sahələrdə öz ölkənə aidlik duyğusudur.

Vətənpərvərlik — Dövlət Himni səslənəndə gözlərin dolması, Bayrağımız dalğalananda köksümüzün qürurla qabarması, həmvətənlərinin hər uğuruna sevinə bilmək böyüklüyüdür. Vətəni sevmək inanmaqdır — yaxşılığa, gözəlliyə, xeyirxahlığa, dürüstlüyə, vicdana, bir sözlə, bütün mənəvi dəyərlərə. Vətən sevgisi dəyərlərin məcmusuna sevgidir.

Alman filosofu Qotlib Fixte (1762-1814) yazırdı ki, yalnız mükəmməl bir insanı yetişdirmək vəzifəsini həyata keçirə bilən millət mükəmməl bir dövlət yarada bilər. Bədii ədəbiyyat insanın yetişməsində, uşağın tərbiyəsində mütləq rola malikdir. Məsələ mətnlərdə deklamasiya xarakterli öyüd-nəsihətdən getmir. Çünki uşağa «vətəni sev» deməklə vətənpərvər olunmur.

Bədii ədəbiyyat vətənə sevgini danışmır, onu göstərir. Yalnız belə olduğu halda, mətn oxucu (uşaq) üçün hər hansı təsir qüvvəsinə malik ola bilir. Təbii ki, eyni əsərləri oxumuş, ədəbi-bədii tərbiyəsi eyni mətnlər əsasında formalaşmış uşaqlar tamamilə müxtəlif düşüncəyə malik insanlar olaraq da böyüyə bilirlər. Burada hər şey uşağın (oxucunun) mətnə daxili münasibətindən, nə cür qavramasından da xeyli dərəcədə asılıdır.

Hər şeydə, elə ədəbiyyatın içində də inkarçılıq mövqeyi tutmaq, bizim olan hər işi pisləmək əziklik kompleksidir, gözünü başqasından çəkə bilməyən acizlərin peşəsidir. Mən azların böyüyüb azman olacağına, suyun dama-dama göl olduğuna inananlardanam. İnanmaq əməlin yarısıdır.

İllərdir, ədəbiyyatımızda vətənpərvərlik təbliğatının az olduğu, bu mövzuda yazılanların kifayət qədər sirayətedici və qənaətbəxş olmadığı deyilir. Uşaq ədəbiyyatı bu və ya digər dərəcədə öyrədicidir, çünki hələ dünyayla tanışlıq mərhələsini yaşayan uşaq oxuduğu, izlədiyi hər şeydən mütləq nə isə əxz edir.

On il əvvəl Qismət Rüstəmovun «Elegiya» hekayəsi haqqında essemi «Ana deyil, övladdır Vətən» adlandırmışdım: «Bəlkə, əslində, vətəni anamız kimi deyil, balamız kimi sevməliyik. Bəlkə, onda daha çox lazım bilərdik Vətənin qayğısına qalmağı, təəssübünü çəkməyi» — yazmışdım.

Sevgi nifrətdən güclüdür. Belə olmasaydı, o, əsgərimizin qolunda qüvvətə, canında təpərə çevrilə bilməzdi. Nifrət sevgidən güclü olsaydı, düşmən əsgəri silahını bu vaxta kimi «bizimdir» deyə, ikiəlli yapışdığı torpaqlarda atıb getməzdi. Türkə nifrət torpaq uğrunda son damla qanına kimi döyüşməkçün yetərli deyil. Yurda sevgi isə insana, gərəkirsə, son nəfəsinədək onun uğrunda döyüşmək üçün ruh verir.

44 gün sürən Vətən müharibəmizdə ön cəbhədə əsgər və zabitlərimiz, arxa cəbhədə bütün vətəndaşlarımız mübarizəyə qoşuldu. Hər cür pafossuz, sözün, səsin, rənglərin belə, döyüşdüyü bu müharibə milli birliyimizin bariz nümunəsi oldu. Müharibə boyunca üçrəngli bayrağımızın timsalında rənglərimiz də mübarizəyə qatıldı.

Torpaqlarımızın azadlığı uğrundakı savaşda qazandığımız qələbə bizi nə qədər sevindirirsə, itkilərimiz o qədər ağrıdır. Bundan sonrakı bütün ömrümüz boyunca qələbə sevincimizi, azadlıq duyğumuzu şəhidlərin canı və qanı, qazilərimizin dirənişi bahasına yaşadığımızı unutmamalıyıq. Unutmamalıyıq ki, bu gün qüdrətli Azərbaycanın vətəndaşı olmağımızla bağlı qürur hissini onlar sayəsində yaşayırıq. «Əlimizdən onlara rəhmət diləməkdən başqa nə gəlir ki?!» demək yaxasını kənara çəkmək deməkdir.

Bu vətəni yaşanılacaq, başqa ölkələrə can atmayıb hər bir halda məhz buranı seçəcək potensialda ölkəyə çevirməkdir borcumuz. Onlar azad, müstəqil Azərbaycan uğrunda biz dara düşən kimi vətəni tərk etməyi planlaşdıraq deyə can verməyiblər. Elm və təhsil sahəsində, mədəni sferada, sənaye və istehsalatda — harada olursa olsun, Azərbaycan adına görülən bütün yaxşı işlər vətənpərvərlik nümunəsidir.

Heç kimin qarşısında öhdəliyimiz olmadığını düşünməyə ixtiyarımız yoxdur. Bəli, bu torpaq uğrunda can verəcək qədər gözüqara olub döyüş bölgəsinə yollanmaq, düşməni məhv etmək onların seçimi idi — məsuliyyətdən, sevgidən, vicdan borcundan qaynaqlanırdı. Biz də hər bir addımımızda qan bahasını unutmamalıyıq. Bunun üçün sadəcə, məsuliyyətli, vicdanlı və peşəkar olmaq lazımdır.

«Hubbul vətən minəl iman» («Vətənə məhəbbət imandandır») deyir İslam Peyğəmbəri. Atalarımız isə Vətənə gəlməyi imana gəlməklə bir tutub.

Vətənpərvərlik boş sözə çevriləndə, arxası əməllərlə doldurulmayanda pisliyin pərdəsindən başqa heç nəyi ifadə etmir. Məşhur bir aforizmdə deyildiyi kimi, ən böyük vətənpərvər vəzifəsini peşəkarlıqla icra edəndir.

Milyonların gözlədiyi filmdə o da çəkiləcək "Bu hekayəni Vüqar yox, Süni Zəka yazıb..." - Hekayə müzakirəsi "Yuxudan başqa heç yerdə görmədim atamı..." - Mana Ağayinin şeirləri
Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:101
embedMənbə:https://kulis.az
archiveBu xəbər 08 Noyabr 2025 10:01 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Əfsanəvi əqrəb qurtarışı təkrarlandı VİDEO

21 Dekabr 2025 23:53see161

Çin Monqolustanla sərhəddə 100 dən çox nüvə raketi yerləşdirib

22 Dekabr 2025 20:02see161

Hər kəs Makronun xəyanətindən danışır...

21 Dekabr 2025 23:03see156

Gənclərimiz bundan sonra daha ayıq sayıq olmalıdırlar

23 Dekabr 2025 10:26see156

ABŞ Venesuela yaxınlığında üçüncü tankeri ələ keçirdi

21 Dekabr 2025 19:59see150

Dünyada yalnız bir ölkə özünü ərzaqla tam təmin edir

22 Dekabr 2025 07:19see150

“Ət bazarında qiymət təzyiqləri davam edəcək”

22 Dekabr 2025 09:53see149

Devid Bekhem və arvadı oğullarının sosial səhifəsini bloklayıblar

21 Dekabr 2025 20:01see149

Elektron siqaretlər qadağan olunur Sahibkarlar xəbərdarlıq edir: Bizneslər bağlanacaq, insanlar işsiz qalacaq

23 Dekabr 2025 09:14see147

Putin liderlərlə bir araya gəldi

21 Dekabr 2025 19:59see143

Xarici İşlər Naziri Hakan Fidan Dəməşqdə...

22 Dekabr 2025 18:05see139

200 manatlıq yardım nə qədər ailəyə şamil olunacaq?

22 Dekabr 2025 14:02see138

60 yaşdan sonra hansı analizlər vacibdir? Geniş siyahı

22 Dekabr 2025 18:27see137

Oxumağa gəlmişdilər, Donbasda həyatlarına son qoydular...

22 Dekabr 2025 01:19see133

iPhone 18 in təqdimat tarixi açıqlanıb

22 Dekabr 2025 22:29see132

Mövsümi qripdən qorunmağın 5 yolu Mütəxəssisdən tövsiyə

23 Dekabr 2025 06:07see130

Cəlilabadda sakinləri təngə gətirən PROBLEM

23 Dekabr 2025 08:38see130

İnsult riski olanlar bu şirəni içsin...

23 Dekabr 2025 02:11see128

Eşref Rüya ya vida edəcək FOTO

23 Dekabr 2025 00:04see124

Azərbaycan konsulluqları nə üçün vətəndaşların hərbi qeydiyyatını aparmır?

22 Dekabr 2025 11:59see124
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri