Icma.az
close
up
RU
Menu

SOCAR-ın işçilərinə böyük sürpriz: 2026-cı ilin əvvəlindən maaşlar 30% artırılacaq? - FOTO

SOCAR maaşları 20% artırdı

KİV: Ukrayna yanvarda maliyyə böhranı ilə üzləşə bilər

SOCAR da işləyənlərə ŞAD XƏBƏR: Maaşlar bu qədər artdı

Hələ də inana bilmirəm

DÇ 2026 nın seçmə mərhələsinin IX turunda növbəti oyunlar keçirilib NƏTİCƏLƏR

Kombinin daha sürətli və çox isidilməsi üçün 3 sadə metod

Azərbaycanın Milli Qəhrəmanı: Zəfər Günündə keçirilən parad Vətən keşikçilərinin layiqli xidməti davam etdirdiyini göstərir ŞƏRH

Avropa İttifaqının 2026 cı il üçün büdcəsi barədə razılıq əldə olunub

Bu gün noyabrın 17 si Azərbaycanda Milli Dirçəliş Günüdür.

VFS Global şirkəti fərdi məlumatların qanunsuz istifadəsi ilə gündəmə gəldi

Deputatlar Milli Qəhrəmanın evinə getdilər FOTOLAR

İşdə oturub işdən çıxmaq: İşçiləri “candərdi” işləməyə nə vadar edir?

Özbəkistan mətbuatı Prezident İlham Əliyevin səfərini geniş formada işıqlandırıb

Rəqqasə Fatimənin qızının toyundan görüntülər VİDEO

İrşaddan alınan kameranın qaytarılması müştərini bezdirib

Yaşar Nurinin qızı dünyasını dəyişib

İlham Əliyevin sosial şəbəkə hesablarında Özbəkistana səfərindən görüntülər paylaşılıb VİDEO

“Süni intellekt “insan kimi görməyi” öyrənib: mənanı anlamağa başlayır“ Elmi tədqiqat

Sürücülük vəsiqəsi almaq üçün yezda imtahanı nda yenilik Bundan sonra...

Mətbəx masasında əməliyyat: Yaxud xəstələr niyə xəstəxanada ölür?

Mətbəx masasında əməliyyat: Yaxud xəstələr niyə xəstəxanada ölür?

Icma.az, Cebheinfo portalına istinadən məlumat verir.

Son günlər ardıcıl olaraq xəstəxanada vəfat edən şəxslərlə bağlı məlumatlar yayılır. 

Həmin şəxslərin isə bir çoxu müxtəlif problemlərdən həkimlərin ehtiyatsızlığı nəticəsində həyatını itiriblər. Bu günlərdə səhiyyə naziri Teymur Musayev Milli Məclisin iclasında 9-cu sinifi bitirmiş şəxsin plastik cərrahiyyə əməliyyatı nəticəsində vəfat etməsi ilə bağlı bildirib ki, Sara Qəhrəmanovanın qızının əməliyyatdan sonra ölməsi barədə araşdırma aparılıb:

“Ölən qız mətbəxdə əməliyyat olunub". 

Onun sözlərinə görə, əməliyyat edən şəxsin tibb ixtisası sənədi yoxdur. 

Digər bir fakt isə odur ki, ötən il avqustun 13-də Bərdə rayon sakini 2010-cu il təvəllüdlü Nərminə Kazımovanın Yevlax rayon Mərkəzi Xəstəxanasında ölməsi faktı üzrə rayon prokurorluğunda başlanmış cinayət işinin istintaqı tamamlanıb. 

Bildirilib ki, istintaqla həmin dövrdə qeyd edilən tibb müəssisəsində həkim-travmatoloq-ortoped vəzifəsində işləmiş Bəxtiyar Mustafayev və həkim anestezioloq-reanimatoloq vəzifəsində işləyən Könül Sadıqovanın öz xidməti vəzifəsini yerinə yetirməməklə və lazımi qaydada yerinə yetirməməklə ehtiyatsızlıqdan Nərminə Kazımovanın ölümünə səbəb olan səhlənkarlıq etmələrinə, eləcə də K.Sadıqovanın rəsmi sənədlərin məzmununa bilə-bilə yalan məlumatları daxil edərək vəzifə saxtakarlığı etməsinə əsaslı şübhələr müəyyənləşib. Beləliklə, bu kimi faktlar göstərir ki, hələ də öz peşəsinin öhdəsindən layiqincə gələ bilməyən həkimlər var. 

Ümumiyyətlə, bu kimi halların baş verməsi səhlənkarlıqla, yoxsa həkimin bilik və peşəkarlıq səviyyəsinin aşağı olması ilə bağlıdır? 

Məsələ ilə bağlı tibb elmləri doktoru, professor Adil Qeybulla “Cebheinfo.az”-a bildirib ki, ümumiyyətlə, hər bir ölüm halı fərdi xarakter daşıyır: 

“İstər küçədə, istər evdə, istər xəstəxanada, istər əməlliyyat masasında olsun, hamısı ayrıca araşdırılmalıdır. Ölümün səbəbi bilinməlidir.

Məsələn, xəstə ağır qanama ilə gələ bilər və əməliyyat masasında artıq ona heç nə etmək mümkün olmaz. Yaxud da hansısa ürək potologiyası ilə gələr, artıq ona heç nə etmək mümkün olmaz. 

Bəzi hallarda əməliyyata qədər xəstənin göstəriciləri o səviyyəyə düşə bilir ki, kömək göstərmək real olmur. Onu həyata qaytarmaq şansı çox aşağı olur. Bütün bunlar nəzərə alınmalıdır. Əlbəttə ki, yatrogen (zay tibbi iş deməkdir-red.)  səhvlər də mümkündür. 

Bunlar hamısı ayrıca araşdırılmalıdır. Əgər bu cür hallar baş verirsə, mütləq məhkəmə tibbi ekspertizası keçirilməlidir. Əfsuslar olsun ki, bizdə vətəndaşlar yaxın adamlarını “yarmağa”qoymur və ondan sonra da hay-küy salmağa başlayırlar. 

Ancaq belə olsa aydınlaşar və bilinər ki, xəstə həkim səhvindənmi dünyasını dəyişir, yaxud patologiyanın özü bu dərəcədə ağırdır. Biz nə vaxtsa bu praktikanı tətbiq etməli, öz həyatımızı dəyişməliyik. Bütün bunlar həll olunduqca, bu problemlər də öz həllini tapacaq və ittihamlar da daha hədəfli olacaq”. 

Həkim-terapevt Rasif Bağırov isə bildirib ki, səhiyyə sistemində ölüm hallarının mərkəzləşmiş qaydada müzakirə olunması daha yaxşıdır: 

“Yəni Səhiyyə Nazirliyi tərəfindən komissiya yaradılmalı, ölüm halları araşdırılmalı, müzakirə eedilməlidir. Adətən klinikalarda ölüm halları baş verəndə, hansısa bir bölmənin özündə müzakirə edirlər. 

Ancaq o müzakirə həmişə formal xarakter daşıyır. Əslində yaxşı olardı ki, neytral bir sahədə komissiya tərəfindən yoxlanılıb, həmin həkimlərin yüngül, ağır, kobud səhvlərinin olduğu aşkar olunsın, ona uyğun da həkimlər cəzalandırılsın. Ancaq çox vaxt bu, klinika daxilində keçirilir və onların da 90 faizi formal xarakter daşıyır”. 

Nigar Abdullayeva 
“Cebheinfo.az”

Açar sözlər: xəstələr əməliyyat Adil Qeybulla Rasif Bağırov

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:85
embedMənbə:https://cebheinfo.az
archiveBu xəbər 19 May 2025 17:05 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

SOCAR-ın işçilərinə böyük sürpriz: 2026-cı ilin əvvəlindən maaşlar 30% artırılacaq? - FOTO

16 Noyabr 2025 13:53see16174

SOCAR maaşları 20% artırdı

16 Noyabr 2025 17:28see946

KİV: Ukrayna yanvarda maliyyə böhranı ilə üzləşə bilər

16 Noyabr 2025 02:43see247

SOCAR da işləyənlərə ŞAD XƏBƏR: Maaşlar bu qədər artdı

16 Noyabr 2025 17:20see210

Hələ də inana bilmirəm

15 Noyabr 2025 23:29see163

DÇ 2026 nın seçmə mərhələsinin IX turunda növbəti oyunlar keçirilib NƏTİCƏLƏR

16 Noyabr 2025 02:12see142

Kombinin daha sürətli və çox isidilməsi üçün 3 sadə metod

16 Noyabr 2025 00:50see139

Azərbaycanın Milli Qəhrəmanı: Zəfər Günündə keçirilən parad Vətən keşikçilərinin layiqli xidməti davam etdirdiyini göstərir ŞƏRH

16 Noyabr 2025 08:15see135

Avropa İttifaqının 2026 cı il üçün büdcəsi barədə razılıq əldə olunub

16 Noyabr 2025 17:59see134

Bu gün noyabrın 17 si Azərbaycanda Milli Dirçəliş Günüdür.

17 Noyabr 2025 00:00see134

VFS Global şirkəti fərdi məlumatların qanunsuz istifadəsi ilə gündəmə gəldi

17 Noyabr 2025 02:48see133

Deputatlar Milli Qəhrəmanın evinə getdilər FOTOLAR

15 Noyabr 2025 23:51see132

İşdə oturub işdən çıxmaq: İşçiləri “candərdi” işləməyə nə vadar edir?

16 Noyabr 2025 16:02see130

Özbəkistan mətbuatı Prezident İlham Əliyevin səfərini geniş formada işıqlandırıb

16 Noyabr 2025 19:40see127

Rəqqasə Fatimənin qızının toyundan görüntülər VİDEO

17 Noyabr 2025 04:13see124

İrşaddan alınan kameranın qaytarılması müştərini bezdirib

17 Noyabr 2025 01:45see124

Yaşar Nurinin qızı dünyasını dəyişib

16 Noyabr 2025 19:48see124

İlham Əliyevin sosial şəbəkə hesablarında Özbəkistana səfərindən görüntülər paylaşılıb VİDEO

16 Noyabr 2025 20:54see123

“Süni intellekt “insan kimi görməyi” öyrənib: mənanı anlamağa başlayır“ Elmi tədqiqat

16 Noyabr 2025 10:50see122

Sürücülük vəsiqəsi almaq üçün yezda imtahanı nda yenilik Bundan sonra...

16 Noyabr 2025 15:57see122
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri