Icma.az
close
up
RU
Mətbuat Şurasında Umud Mirzəyevin 65 illik yubileyi qeyd edilib

Mətbuat Şurasında Umud Mirzəyevin 65 illik yubileyi qeyd edilib

Icma.az, Xalq qazeti saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Azərbaycan Mətbuat Şurasında (MŞ) Beynəlxalq Avrasiya Mətbuat Fondunun (BAMF) qurucusu və səlahiyyətli sədri Umud Mirzəyevin 65 illik yubileyi qeyd edilib.

XQ xəbər verir ki, ilk öncə MŞ sədri Rəşad Məcid Umud Mirzəyevin həyat yolu haqqında məlumat verib. O, dövlət və ictimaiyyət nümayəndələrinin BAMF sədrinə təbrik məktubları ünvanladığını qeyd edib.

Daha sonra Umud Mirzəyevə Mətbuat Şurası adından 65 illik yubiley medalı təqdim edilib.

Çıxış edən Medianın İnkişafı Agentliyinin Müşahidə Şurasının sədri, AzərTAc-ın İdarə Heyətinin sədr müavini Dağbəyi İsmayılov Umud Mirzəyevi təbrik edib, ona hədiyyə təqdim edib.

Mədəniyyət naziri müşaviri Orxan Fikrətoğlu bildirib ki, Umud Mirzəyev Azərbaycan dövlətinə müstəsna xidmətləri olan adamdır:

"Bizim gənclik dönəmimiz elə bir dövrə təsadüf etdi ki, Umud Mirzəyev də evdə oturub, şair olmaqla kifayətlənə bilmədi. İctimai-siyasi proseslərdə, vətənin çətin günlərində üzərinə düşənin ən yaxşısını etməyə çalışdı. Onun xidmətləri danılmazdır.

Umud Mirzəyev bütün dostları üçün doğmadır. Böyük qayıdış zəmnində Qarabağda quruculuq işləri aparılır və inanıram ki, Umud Mirzəyevin xidmətləri daha sürətlə davam edəcək".

Mili Məclisin deputatı Azər Allahverənov qeyd edib ki, Umud Mirzəyevin vətəndaş cəmiyyətinin formalaşmasında və inkişafında böyük xidmətləri var:

"O Azərbaycanın haqq işinin dünyada tanıdılması yolunda aktiv iştirak edib. Bütün proseslərdə onunla birlikdə iştirak etmişik. 35 yaşından Umud Mirzəyevi tanıyıram və o vaxtdan indiyə qədər onun həvəsi, enerjisi, fəaliyyəti hələ də yüksəkdir".

Umud Mirzəyevlə minatəmizləmə sahəsində çoxsaylı işlərə imza atdığını vurğulayan Qarabağ Dirçəliş Fondunun İdarə Heyətinin sədri Rəhman Hacıyev birgə fəaliyyətin davam etdiyini vurğulayıb:

"Hazırda birgə hazırladığımız qlobal mina təhlükəsi haqqında sənədli film işıq üzü görəcək. Oradakı əsas qəhrəmanlardan biri olan əcnəbi xanım məhz Umud müəllimin təklifi ilə filmdə yer alıb".

Fondun rəhbəri BAMF sədrinə "Qarabağın dirçəlişi" kitabını hədiyyə edib.

Medianın İnkişafı Agentliyinin İcraçı direktorunun müavini Natiq Məmmədli isə yubilyarın xeyirxahlıq nümunəsi olduğunu vurğulayıb. N.Məmmədli deyib ki, Umud Mirzəyevin rəhbərliyi ilə Beynəlxalq Avrasiya Fondunda Azərbaycanın onlarla politoloqu, jurnalisti yetişib.

BAMF sədrini təbrik edənlər sırasında Türkiyənin Azərbaycandakı səfirliyinin media müşaviri Alptekin Cihangir İşbilir də yer alıb. O çıxışında söyləyib ki, Umud Mirzəyev həm qələm, həm kəlam, həm də sülh adamdır:

"O, Azərbaycan həqiqətlərini dünyaya çatdıran bir diplomatdır. Umud Mirzəyevin "Təmənnasız missiya" kitabı da fəaliyyətinə işıq saçır. O, vəzifəsini hər şeyin önünə qoyduğunu hər zaman sübut edib".

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:25
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 30 Yanvar 2026 17:32 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Səfirlər birlikdə Liverpul Qarabağ oyununu izlədi VİDEO

29 Yanvar 2026 13:17see509

Changan dan şikayətlər artır Bəs ekspert nə deyir?

29 Yanvar 2026 12:12see230

Təmir zamanı çəkilən Çin maşının görüntüləri gündəm oldu VİDEO

30 Yanvar 2026 12:31see224

Vətəndaşın 55 minə aldığı Çin maşınının ehtiyat təkəri yoxdur ŞİKAYƏT VİDEO

29 Yanvar 2026 12:01see209

Siz sağ qalmayacaqsınız Tramp bu ölkələri HƏDƏLƏDİ

30 Yanvar 2026 10:23see208

Nihat Kahveci: “Liverpul”la oyunu unudun, bu büdcə ilə pley offdasınız”

29 Yanvar 2026 16:26see202

Bu sərvətlərə qarşı ehtiyatsız davransanız, 2 ilədək həbs olunacaqsınız

28 Yanvar 2026 19:29see200

Özü və müavinləri 15 20 min, soyuq Bakı küçələrində çalışan əməkdaşları isə 500 600 manat…

29 Yanvar 2026 14:05see195

“Əl İttihad”ın baş məşqçisi Benzemanın komandada oynamaqdan imtina etməsinə reaksiya verib

30 Yanvar 2026 01:43see185

Tramp Melaniya filminin premyerasında ABŞ ın bir az cazibəyə ehtiyacı var deyib

30 Yanvar 2026 12:26see181

Yağ ləkələrindən bu üsullarla xilas olun

29 Yanvar 2026 05:19see180

O, mərd, qürurlu və məğrur kişilərdəndir...

29 Yanvar 2026 16:25see177

Fənərbaxça Avropa Liqası matçına 8 itki ilə çıxacaq

28 Yanvar 2026 22:03see157

Müəllimlərin pensiyası ilə bağlı AÇIQLAMA

29 Yanvar 2026 22:38see156

Tay çinin faydaları Xroniki xəstəlikləri müalicə edir

29 Yanvar 2026 02:30see153

Yaxın Şərqdəki 30 40 min ABŞ əsgərinin hamısı İranın əhatə dairəsindədir Rubio

29 Yanvar 2026 02:15see151

Tramp əlindəki göyərmələrdən danışdı: 5 saat yatıram...

28 Yanvar 2026 23:33see146

583, 586 əyar və diş qızılı.. Qiymət Azərbaycanda nə qədər qalxıb?

29 Yanvar 2026 18:37see141

Mançester Siti ni London klubuna dəyişəcək

28 Yanvar 2026 20:10see139

Kartdan səbəbsiz pul çıxırlar Unibank dan ŞİKAYƏT

29 Yanvar 2026 11:00see133
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri