Icma.az
close
up
RU
Mətbuat Şurasında Bahəddin Həzinin yubileyi qeyd olundu FOTOLENT

Mətbuat Şurasında Bahəddin Həzinin yubileyi qeyd olundu FOTOLENT

Icma.az, Lent az portalına istinadən məlumat yayır.

Azərbaycan Mətbuat Şurasında Əməkdar jurnalist, yazıçı-publisist, "bizimyol.info" saytının təsisçisi və baş direktoru Bahəddin Həzininin doğum gününə həsr olunmuş tədbir keçirilib.

Lent.az xəbər verir ki, tədbirdə Azərbaycan Mətbuat Şurasının sədri Rəşad Məcid, "APA-Holding" MMC-nin prezidenti, Əməkdar jurnalist Vüsalə Mahirqızı, Azərbaycan Jurnalistlər Birliyinin sədri Elçin Şıxlı, "Yeni Nəsil” Jurnalistlər Birliyinin sədri Arif Əliyev, Medianın İnkişafı Agentliyinin icraçı direktoru Natiq Məmmədli və bir sıra tanınmış qələm adamları, ziyalılar iştirak ediblər.

Rəşad Məcid bildirib ki, ötən əsrin 90-cı illərində Azərbaycanın müstəqillik əldə etdiyi illərdə jurnalistikamıza yeni, fərqli nəsil gəldi:

"Onlar Azərbaycanın müstəqillik uğrunda ilk addımlarını gördülər. Jurnalistikaya sevgi ilə yanaşırdılar. O adamlardan biri Azərbaycan mətbuatında uzun illərdir çalışan Bahəddin Həzidir. Onun bu gün 60 yaşı tamam olur. Bizim nəsil 30 ildən artıq mətbuatda çalışdı. Bahəddin Həzi öz peşəkarlığı ilə seçilən media nümayəndələrindən biridir. O, Azərbaycan mətbuatının keçdiyi yolları özündə yaşadan insanlardandır. Bu gün onun həmkarları Mətbuat Şurasına toplaşıb. Bu tədbir Bahəddinin jurnalistikadakı peşəkar fəaliyyətinə dostları tərəfindən hörmət və ehtiramın nümunəsidir. O, gənc nəsildə stimul yaradır ki, öz işinin peşəkarı olaraq həm dövlət, həm ictimaiyyət tərəfindən nüfuz qazanmaq mümkündür. Mən Bahəddin bəyi 60 yaşı münasibətilə ürəkdən təbrik edirəm".

Tədbirdə iştirak edən digər çıxışçılar da ürək sözlərini dilə gətiriblər, Bahəddin Həziyə xoş arzularını çatdırıblar.

Sonda Rəşad Məcid Bahəddin Həziyə Mətbuat Şurasının diplomunu təqdim edib.

Bahəddin Həzi çıxışında onun üçün toplaşan şəxslərə minnətdarlığını bildirib:

"Ziyalılarımız, dostlarımız, yaradıcı insanlar burada iştirak etdilər. Bu hələ dostlarımızın çox az qismidir. Ürəyimizə hər kəsi sığışdıra bilərik, amma zala sığışdıra bilmirik. Burada iştirak edən, etməyən hər kəsə minnətdaram. Bu mənim üçün çox böyük yaradıcılıq motivasiyası oldu. Düşünürəm ki, bundan sonra da yazıb yaratmaq lazımdır".

Qeyd edək ki, Bahəddin Həzi 1965-cil aprelin 28-də Füzuli rayonunun Yuxarı Seyidəhmədli kəndində anadan olub. O 1983-1990 Bakı Dövlət Universitetində təhsil alıb. Əmək fəaliyyətinə 1989-cu ildə "Xazar” jurnalında ədəbi işçi olaraq başlayıb. 1990-1991 "Turan” agentliyində müxbir, 1991-1994 "Azadlıq” qəzetində müxbir, şöbə müdiri, redaktor müavini vəzifələrində çalışıb. 1999-cu ilin fevral ayında "Ekspress” qəzetində baş redaktorun birinci müavini təyin olunub. Bahəddin Həzi, daha sonra 1998-1999 fevral "Avrasiya” qəzetində şərhçi, 1994-1998 "Çağ” qəzetinin baş redaktoru, 1996-2003 "Azadlıq” radiosunda şərhçi, 2005-ci ildən isə "Bizim Yol” qəzetinin baş redaktorudur.

Baş redaktor 2010-cu ildə Prezident İlham Əliyevin sərəncamı ilə "Əməkdar jurnalist" fəxri adına layiq görülüb.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:89
embedMənbə:https://lent.az
archiveBu xəbər 28 Aprel 2025 17:13 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Londonda Cənubi Qafqazda sülh və regional təhlükəsizlik məsələləri müzakirə olunub

28 Yanvar 2026 06:56see418

Dəhşətli müharibənin astanasındayıq: ölkə sərhədlərini aşacaq Türk ekspert

28 Yanvar 2026 01:54see261

Çin şirkəti Anta Sports Puma nın ən böyük səhmdarı olacaq

27 Yanvar 2026 22:03see201

Saat 10:00 da qaz kəsiləcək Bu ərazilərdə

28 Yanvar 2026 09:42see200

Qarabağ ın vingeri MLS liqasında?

27 Yanvar 2026 17:12see184

PAŞA Bank səhmlərinin 5% ni hərraca çıxaracaq

28 Yanvar 2026 11:10see183

Nazirlərin və komitə sədrlərinin qəbuluna düşmək istəyənlərin NƏZƏRİNƏ

27 Yanvar 2026 13:00see179

Liverpul Qarabağ la oyunun hazırlığını başa vurdu FOTOLAR

27 Yanvar 2026 19:28see178

Məhkəməlik olan Nazilə Səfərli ilə Fatimə eyni masa arxasında VİDEO

27 Yanvar 2026 17:10see176

Pinqvin hekayəsi Azərbaycanda gəlirə çevrildi FOTO

27 Yanvar 2026 12:23see165

Azərbaycan ABŞ münasibətlərində yeni mərhələnin siyasi anatomiyası ŞƏRH

27 Yanvar 2026 15:09see164

Ən çox şikayət olunan bankları hansı cəza gözləyir?

28 Yanvar 2026 15:56see161

“Qarabağ” “Enfild Roud”da Fotolar+Video

27 Yanvar 2026 22:58see152

Mirəli Seyidov dünyasını dəyişdi

27 Yanvar 2026 15:05see151

İsrail İrana cavab zərbəsinə hazırlaşır

27 Yanvar 2026 13:54see151

“Xutor” və “Papanin”də sökülür...

27 Yanvar 2026 17:14see150

Əvvəl bir birlərinə qədəh atırdılar, indi isə... VİDEO

27 Yanvar 2026 22:38see145

Nazirlə İlon Mask arasında qarşıdurma yaranıb

28 Yanvar 2026 18:42see143

Əməkdar idman ustası və əməkdar məşqçi dünyasını dəyişdi

27 Yanvar 2026 15:35see143

İşıqda yatmaq infarkta səbəb olur

28 Yanvar 2026 02:09see137
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri