Icma.az
close
up
RU
Mətbuat Şurasından Elgünün ölümü ilə bağlı ÇAĞIRIŞ

Mətbuat Şurasından Elgünün ölümü ilə bağlı ÇAĞIRIŞ

Icma.az, News24 saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Azərbaycan Mətbuat Şurasının Sosial Media ilə Əlaqələr Komissiyası dəfələrlə sosial şəbəkə istifadəçilərini və vətəndaş mediası fəallarını ayrı-ayrı hadisə və proseslərlə bağlı paylaşım edərkən həssas davranmağa, insanların şərəf və layəqətini qorumağa, şəxsi həyatın toxunulmazlığı prinsipinə hörmətlə yanaşmağa çağırıb.

News24.az xəbər verir ki, Komissiya, həmçinin, cinayət, zorakılıq, qəddarlıq və intihar hallarının təşviqinə yol verməməyi, təhqiramiz, vulqar ifadələrin işlədilməsindən çəkinməyi, uşaqların şəxsi həyatı barədə məlumatları yaymamağı, onları zədələyə, mənəvi-psixoloji durumlarına mənfi təsir göstərə biləcək zərərli bilgilərin çatdırılmasından uzaq durmağı tövsiyə edib.

Ümumən, Mətbuat Şurasının tövsiyələrində sosial media istifadəçilərinin cəmiyyətdə gərginliyin yaranmasına rəvac verməməli olduqları vurğulanıb.

“Ancaq təəssüf ki, bir çox hallarda çağırış və tövsiyələrimizə etinasız yanaşmanın şahidiyik. Gəncədə yeniyetmənin ölüm hadisəsi ətrafında müşahidə edilən informasiya manipulyasiyası da fikrimizin sübutudur. Belə ki, bəzi sosial şəbəkə istifadəçiləri, “Youtube”da, “Tiktok”da mənşəyi bəlli olmayan kanallar və hesablar hadisənin təfərrüatlarına dair dəqiqləşdirilməmiş fikirlər paylaşıblar. Halbuki, istintaq aparılan dövrdə cinayət işləri üzrə məlumatların yalnız rəsmi dövlət qurumlarının təsdiqi ilə yayılmasının vacibliyi dəfələrlə bildirilib və əsaslandırılıb. İndiki halda bu tələb gözlənilmir, üstəlik kriminal həyat tərzinin təbliğinə hesablanmış müxtəlif ssenarilər uydurulur. Belə qənaət hasil olur ki, baş vermiş hadisə kimlər üçünsə fürsətdir və onlar bilərəkdən cəmiyyətdə süni ajiotaj formalaşdırmağa çalışırlar.

Mətbuat Şurasının Sosial Media ilə Əlaqələr Komissiyası sosial şəbəkə istifadəçilərinə bütün bunları nəzərə almağı, həssas durumlarda yalnız rəsmi məlumatlara istinad etməyi, cəmiyyətdə çaşqınlıq yarada biləcək, reallıqların təhrifinə yönələn bilgilərin yayılmasından çəkinməyi tövsiyə edir. Komissiya Azərbaycan qanunvericiliyində informasiya manipulyasiyalarına, dezinformasiyalara qarşı adekvat mübarizə tədbirlərinin mövcudluğunu da xatırladır və bütövlükdə cəmiyyət üzvlərini məsuliyyətli davranmağa çağırır” – məlumatda bildirilib.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:212
embedMənbə:https://news24.az
archiveBu xəbər 21 May 2025 17:40 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bakıda qadın lyuka düşdü 2000 manatlıq cərimə

21 Oktyabr 2026 21:22see329

Yaxın Şərqdə gərginlik artır: İran daha güclü silahının olduğunu iddia edir

21 Oktyabr 2026 21:29see326

Aİ Ukraynanı ABŞ təhdidləri qarşısında tək buraxmayacaq

21 Oktyabr 2026 16:06see319

"28 Mall"un qarşısında ölüm

21 Oktyabr 2026 21:19see287

Hövsanda küçə itləri sakinləri qorxuya salır ŞİKAYƏT

21 Oktyabr 2026 19:45see282

“Barselona“ Dani Olmonun zədəsinin ciddi olduğunu açıqlayıb

21 Oktyabr 2026 21:22see277

“28 Mall”ın yaxınlığında ölüm hadisəsi baş verdi

21 Oktyabr 2026 18:31see273

Türkiyədə məşhur pop qrupunun meneceri üç ilədək azadlıqdan məhrum edilə bilər

21 Oktyabr 2026 21:28see267

The Guardian: Ukraynanın gələcəyi Tramp və Putinə məxsus deyil...

21 Oktyabr 2026 21:29see263

Politoloq: Türkiyə Azərbaycan münasibətlərini böhran həddinə çatdıran şəxslər müəyyənləşdirilməlidir

21 Oktyabr 2026 21:21see255

Çörək yeyəndən sonra niyə yuxumuz gəlir?

21 Oktyabr 2026 15:46see242

Havalı Alı Rüstəm Dastanoğlunun hekayəsi

21 Oktyabr 2026 18:10see232

Günel Afrikadan qız uşağı övladlığa götürmək istəyir

21 Oktyabr 2026 15:52see232

Bakıda milyonluq hazırlıqlar başladı Qarlı havalarla bağlı

21 Oktyabr 2026 18:31see229

Çin üçtəkərli avtomobil buraxdı

21 Oktyabr 2026 21:19see223

Səhiyyə Nazirliyi: Ölkəyə qripə qarşı vaksinlər gətirilib

21 Oktyabr 2026 14:13see221

“Lap başımı itirmişəm, fikirləşirəm ki, kasıblar nə edir?” Hicran Nəsirova

21 Oktyabr 2026 20:18see218

ABŞ nin Ukraynaya diplomatik təzyiqi artır

21 Oktyabr 2026 15:51see214

Sülh müqaviləsini ləngidən Paşinyan nəyi gözləyir, yaxud Paşinyanı nə gözləyir?

21 Oktyabr 2026 21:18see211

İlkin tibbi yardım üçün ən yaxın səhiyyə müəssisəsinə müraciət edilməlidir Həkim

21 Oktyabr 2026 17:48see189
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri