Icma.az
close
up
RU
Menu

“Gələn ilin büdcəsi ölkəmizin inkişaf prioritetlərini tam şəkildə əks etdirir”

Pensiyalar yanvarda bu qədər artacaq

Araz Paşayev Mərkəzi Aran bölgəsində həmkarlar ittifaqı ilk təşkilat sədrləri ilə görüş keçirib FOTOLAR

Bakıda şəhid məzarları qarət edildi VİDEO KONKRET

“Bu modeldə müəllimə ən azı iki dəfə yüksək maaş verilməsi planlaşdırılır...”

Dollarlaşma tarixi minimuma düşdü AMB sədri

Sosial şəbəkələrdə paylaşılan bu videolar insanda “indi bunu mən yeməliyəm” hissi yaradır XƏBƏRDARLIQ

Fərid Osmanov: Dövlət qurumları ilə kağızsız yazışmaya keçid yaxın dövrdə tam təmin olunacaq

Avtomobil nömrələrində dəyişiklik: Bu işarə ləğv edildi

“Beşiktaş”dan Barselona nın futbolçusuna 8 milyon avroluq təklif

Kiloqramı 25 manatdır: Xərçəng yaradırmış 33 illik araşdırma

Nicat Kazımov oğluna toy etdi Video

Nəcibənin toyudur Fotolar

KİV: ABŞ ın sülh planı Ukraynada rus dilinin dövlət dili kimi tanınmasını, Kiyevə yardımın azaldılmasını ehtiva edir

Uşaqların hüquqlarının qorunması onların rifahı və normal inkişafı üçün mühüm amildir

Mərhum Xalq artistinin yaxın qohumu imiş

Zığ şosesindən İnqilab İsmayılov küçəsinə birbaşa çıxış açılır

Deputatdan nazirə müraciət: Hörmətli Emin müəllim, ora mebel göndərin

Kollec məzunlarının yuxarı siniflərdən tam kənarlaşdırılması doğrudur?

“Qoca sinyora”dan gələcək üçün böyük addım

Mətbuat Şurasından Albinanın ölümü haqda xəbərə Reaksiya

Mətbuat Şurasından Albinanın ölümü haqda xəbərə Reaksiya

Icma.az, Axsham.az portalına istinadən məlumatı açıqlayır.

Xəbər verdiyimiz kimi, iyulun 5-də azərbaycanlı müğənni Albina Pyakşevanın ABŞ-Meksika sərhədində öldürüldüyü haqda məlumat yayılıb.

Axşam.az-ın məlumatına görə, bununla bağlı Bakı Caz Festivalının direktoru Leyla Əfəndiyeva paylaşım edib və hadisənin necə baş verdiyini yazıb. L.Əfəndiyeva eyni zamanda APA-ya açıqlamasında da məlumatı təsdiqləyib:

“Dünən axşam bu barədə məlumat aldım. Kimin tərəfindən öldürüldüyünü bilmirəm. Bildiyim odur ki, sərhəddə öldürülüb”. 

Amma direktor bir neçə dəqiqə sonra Albinanın sağ olduğunu elan edərək əvvəlki paylaşımını silib. Bu gün isə L.Əfəndiyeva rus dilində Kütləvi İnformasiya Vasitələrini qınayan status yazıb və əslində xəbərin mənbəyinin özü olmadığını iddia edib. 

Məsələyə Azərbaycan Mətbuat Şurası reaksiya verib. Qurumun sədri Rəşad Məcid qeyd edib ki, caz festivalının icraçı direktoru, “Caz dünyası” jurnalının baş redaktoru Leyla Əfəndiyevanın jurnalistlərə etdiyi müraciətini oxuyub və bu barədə bir neçə söz deməyi özünə borc bilib:

“Məsələ bu günlərdə Leyla Əfəndiyevanın sosial şəbəkədə azərbaycanlı müğənni, “I am Jazzman” yarışmasının finalçısı Albina Pyakşevanın Meksika-ABŞ sərhəddini keçərkən faciəvi şəkildə dünyasını dəyişməsi barədə sonradan təsdiqini tapmayan başsağlığı tipli xəbər yaymasından sonra başlayıb. Leyla xanımın sosial şəbəkədəki bu paylaşımını görəndə gənc müğənninin faciəli ölümündən mən də dərin kədər hissi keçirmiş, bərk təəssüflənmişdim. Xəbər yayılar-yayılmaz bir sıra fəal sosial şəbəkə istifadəçisi tez-tələsik öz hiddət və qəzəbini bildirən status yazmışdı. Eyni zamanda bir sıra tanınmış media subyekti də Leyla Əfəndiyevanın bu xəbərini yaymış, məsələyə münasibət bildirmişdi. Lakin çox keçmədən aydın oldu ki, yayılan xəbər təsdiqini tapmır. Bundan sonra Leyla Əfəndiyeva da bu feyk xəbərin yayılmasından ciddi narahatlığını bildirdi, məyusluq içərisində öz təəssüfünü ifadə etdi.

Leyla Əfəndiyeva tanınmış şəxsdir, bir media subyektinə rəhbərlik edir, jurnalistlərlə mütəmadi təmasda olur. Onun müraciətindəki narahatçılığı təbii ki, tamamilə anlayışla qarşılayırıq. Amma eyni zamanda bir məqamı da vurğulamaq lazım gəlir - baş verən bu hadisə bir daha göstərir ki, müəyyən ictimai öhdəlikləri olan tanınmış şəxsindən tutmuş ən sıravi vətəndaşına qədər hər bir fərd sosial şəbəkədə öz məsuliyyət hissini həmişə gözləməlidir”.

R.Məcid qeyd edib ki, Leyla Əfəndiyevanın yazdıqlarının doğruluğuna, dəqiqliyinə təbii ki, bizim jurnalistlər də, media subyektləri də inanıblar və daşıdığı ictimai status media təmsilçilərində onun yaydığı xəbərin səhihliyinə əminlik yaradıb:

“İndi Leyla Əfəndiyeva feyk olduğu ortaya çıxandan sonra media subyektlərini bu xəbəri silmədikərinə, onu öz səhifələrində saxlamaqla o ailəyə dərin kədər bəxş etməkdə davam etdiklərinə görə qınayır. Leyla xanım qınağında onu da vurğulayır ki, media subyektləri nəyə görə mədəniyyətlə bağlı paylaşımlara diqqət ayırmırlar, amma belə bir bəd xəbəri yaymaqda fəallıq göstərirlər? Qeyd edim ki, bu məqam neçə illərdir bizim medianın ən ciddi problemlərindən biri olaraq qalır. Hələ 2013-cü ildə cənab Prezidentin Azərbaycanın media rəhbərləri ilə görüşü zamanı çıxış edərkən mən də bu məsələyə toxunmuş, bizim saytlardan birinin bir şairin ölümü barədə yazdığı yalan xəbəri xatırlatmış, o yalan xəbərin yayılmasının üstündən iki il vaxt keçdiyini, amma o şairin hələ də həyatda olduğunu söyləmiş, həmkarlarıma bəd xəbərlər yaymağa tələsməməyi tövsiyə etmişdim. O vaxt dediklərim mediaya ünvanlanmış səmimi, təəssübkeş bir çağırış idi.

Artıq sosial media istifadəçilərinin də xəbər yayıcılarına çevrildiyi indiki vaxtda isə hər kəsin, xüsusən də cəmiyyətdə tanınan, ictimai məsuliyyətli şəxslərin hər hansı bir xəbər, məlumat paylaşarkən daha çox diqqətli olması çox vacibdir. Niyə məhz bu tipli xəbərlərin daha tez yayılmasına gəlincə, qeyd etməliyik ki, bu gün jurnalistikada, xüsusən də sosial mediada xəbər yayarkən o xəbərin daşıdığı ictimai yükdən əvvəl, onun yarada biləcəyi hay-küyə, sensasiyaya, qışqırtıya daha çox önəm verilir. İstəsək də-istəməsək də, media diqqəti cəlb etmək üçün belə hay-küylü, belə “qeyri-adi” xəbərlər yaymaqda həmişə maraqlı olub. Bu mənada həm indi baş verən hadisənin yaratdığı narahatlıq, həm də Leyla xanımın bu narahatlıqdan doğan müraciəti saxta xəbərlərin çoxaldığı indiki dövrdə hər kəsi dediyi hər kəlmənin, yazdığı hər sözün məsuliyyətini maksimum dərəcədə anlamağa vadar edir”. 

“Xatırlatmaq istərdim ki, “Media haqqında Azərbaycan Respublikasının Qanunun”da ilk dəfə anlayış verilmiş media savadlılığı kütləvi informasiyanın  məzmunu, onun ötürülməsi və istehlakı üzrə biliyə sahib olmanı, tənqidi dəyərləndirməni özündə ifadə edir. Hər yayılan xəbərin doğruluğuna inanmamaq media savadlığının tələbidir. Bu anlayış bütün tanınmış şəxslərdən, sosial şəbəkə istifadəçilərindən də böyük məsuliyyət tələb edir. 

Bütün bunları xatırladaraq baş verən bu son hadisəyə görə dərin təəssüfümüzü bildirir, ilk növbədə medianın belə məsələlərdə daha həssas olmasını arzulayırıq. Eyni zamanda, Leyla xanım Əfəndiyevanın şəxsində bütün sosial şəbəkə istifadəçilərini, o cümlədən ictimaiyyətin tanıdığı, sözünə inam bəslədiyi kəsimi belə xəbərlər yayarkən tələsməməyə və təmkinli olmağa dəvət edirik”, - paylaşımda deyilir.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:69
embedMənbə:https://axsam.az
archiveBu xəbər 07 İyul 2025 14:12 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Gələn ilin büdcəsi ölkəmizin inkişaf prioritetlərini tam şəkildə əks etdirir”

19 Noyabr 2025 15:50see520

Pensiyalar yanvarda bu qədər artacaq

19 Noyabr 2025 18:19see345

Araz Paşayev Mərkəzi Aran bölgəsində həmkarlar ittifaqı ilk təşkilat sədrləri ilə görüş keçirib FOTOLAR

19 Noyabr 2025 18:29see289

Bakıda şəhid məzarları qarət edildi VİDEO KONKRET

19 Noyabr 2025 23:18see219

“Bu modeldə müəllimə ən azı iki dəfə yüksək maaş verilməsi planlaşdırılır...”

19 Noyabr 2025 13:22see168

Dollarlaşma tarixi minimuma düşdü AMB sədri

19 Noyabr 2025 12:49see159

Sosial şəbəkələrdə paylaşılan bu videolar insanda “indi bunu mən yeməliyəm” hissi yaradır XƏBƏRDARLIQ

19 Noyabr 2025 13:24see149

Fərid Osmanov: Dövlət qurumları ilə kağızsız yazışmaya keçid yaxın dövrdə tam təmin olunacaq

19 Noyabr 2025 11:04see148

Avtomobil nömrələrində dəyişiklik: Bu işarə ləğv edildi

20 Noyabr 2025 11:46see147

“Beşiktaş”dan Barselona nın futbolçusuna 8 milyon avroluq təklif

19 Noyabr 2025 22:19see143

Kiloqramı 25 manatdır: Xərçəng yaradırmış 33 illik araşdırma

19 Noyabr 2025 16:03see140

Nicat Kazımov oğluna toy etdi Video

19 Noyabr 2025 22:37see135

Nəcibənin toyudur Fotolar

19 Noyabr 2025 21:20see135

KİV: ABŞ ın sülh planı Ukraynada rus dilinin dövlət dili kimi tanınmasını, Kiyevə yardımın azaldılmasını ehtiva edir

19 Noyabr 2025 22:26see133

Uşaqların hüquqlarının qorunması onların rifahı və normal inkişafı üçün mühüm amildir

19 Noyabr 2025 23:28see132

Mərhum Xalq artistinin yaxın qohumu imiş

19 Noyabr 2025 11:22see132

Zığ şosesindən İnqilab İsmayılov küçəsinə birbaşa çıxış açılır

20 Noyabr 2025 16:09see131

Deputatdan nazirə müraciət: Hörmətli Emin müəllim, ora mebel göndərin

20 Noyabr 2025 13:51see130

Kollec məzunlarının yuxarı siniflərdən tam kənarlaşdırılması doğrudur?

20 Noyabr 2025 16:11see130

“Qoca sinyora”dan gələcək üçün böyük addım

19 Noyabr 2025 21:37see123
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri