Icma.az
close
up
RU
Mətbuat Şurasının Dil Komissiyası işini intensivləşdirəcək Rəşad Məcid

Mətbuat Şurasının Dil Komissiyası işini intensivləşdirəcək Rəşad Məcid

Redaktor.az saytına istinadən Icma.az xəbər verir.

Prezident İlham Əliyev noyabrın 3-də Azərbaycan Milli Elmlər Akademiyasının 80 illiyinə həsr olunmuş yığıncaqdakı çıxışında ana dilimizlə bağlı həssas məqamlara toxundu. Dilimzə yad təsirlərin artmasından narahatlığını ifadə edən dövlətimizin başçısı onun saflığını qorumağın hər bir vətəndaşın işi olduğunu vurğuladı. Prezident, eyni zamanda, həm televiziya, həm də yazılı media məkanındakı mənfi tendensiyalara diqqət çəkərək, dilimizin lazımınca qorunmamasının milli kimliyimizə təhlükə yaratmasından da söz açdı, bu istiqamətdəki durumu izləyəcəyini, lazımi tədbirlər görəcəyini bildirdi.

Məlum olduğu kimi, Medianın İnkişafı Agentliyi və Azərbaycan Mətbuat Şurası Prezident İlham Əliyevin çıxışındakı tezisləri rəhbər tutaraq, noyabrın 7-də “Mediada Azərbaycan ədəbi dilinin normalarının düzgün tətbiqi” mövzusunda konfrans keçirdi. Hesab edirəm ki, konfransın ayrı-ayrı panellərində mövzu, kifayət qədər, əhatəli müzakirə edildi, peşəkarlar və mütəxəssislər ümumi işə faydalı təkliflər səsləndirdilər, mənfi tendensiyaları diqqətə çatdırdılar. Heç şübhəsiz, təkliflərin praktikada tətbiqi istiqamətində də müvafiq və ardıcıl iş aparılmalıdır və aparılacaq.

Ümumən, Mətbuat Şurası yarandığı gündən mediada ana dilimizin saflığının qorunması məsələsinə həssas yanaşıb. Şura tərəfindən ölkəmizin aparıcı media vasitələrinin monitorinqi aparılıb. Bu işi Mətbuat Şurasının Dil Komissiyası qurumun “Mediada ədəbi dilin pozulması hallarının müəyyənləşdirilməsinə dair Təlimat”a uyğun şəkildə həyata keçirib.  

Qeyd edim ki, təlimatda leksik və qrammatik pozuntu hallarına diqqət yetirilir. Leksik pozuntular dedikdə bura alınma, dialekt sözlərin, şivələrin, terminlərin işlədilməsi, habelə yeni sözlərin (neologizmlərin) yaradılması və işlədilməsi ilə bağlı pozuntular aiddir. Təbii ki, qrammatik pozuntular özünə daha geniş yanaşmanı tələb edir. Bu baxımdan morfoloji qaydalara əməl olunmaması, yəni isimlərdə şəkilçilərin, fellərdə nəqli keçmiş zaman şəkilçisinin işlədilməsi, feli sifətlərdə və ismi xəbərlərdə zaman anlayışının istifadəsi, feli bağlamaların işlədilməsində Azərbaycan dilinin morfoloji xüsusiyyətlərinin nəzərə alınmaması ilə bağlı pozuntular vurğulanmalıdır.

Şuranın Təlimatına əsasən qrammatik pozuntuların müəyyənləşdirilməsində daha bir cəhət kimi sintaktik qaydalara əməl olunmamasına dair pozuntulara diqqət yetirilir. Bu baxımdan cümlələrdə söz sırasının pozulması, cümlə və söz birləşmələrində sintaktik əlaqələrə əməl edilməməsi, tabesiz mürəkkəb cümlələrdə komponentlər arasında məna əlaqələrinin pozulması, tabeli mürəkkəb cümlələrdə baş cümlə ilə budaq cümlə arasında məntiqi bağlılığın yoxluğu, durğu işarələrinin düzgün işlədilməməsi halları nəzərdən keçirilməlidir.  

Əlbəttə, qrammatik pozuntulardan danışırıqsa, üslub pozuntularının da üzərində dayanmalıyıq. Bura isə sözlərin yazılışında orfoqrafiya lüğətinin tələblərinə əməl olunmaması, müxtəlif funksional üslublara aid dil normalarının qarışdırılması, danışıq dili normalarının və xüsusiyyətlərinin yersiz olaraq yazılı nitqə gətirilməsi, müəllifin bəhs olunan mövzuya və yazının həsr edildiyi sahəni bilməməsindən irəli gələn, bütövlükdə dilimizi praktik olaraq yaxşı bilməməkdən, habelə dilimizin nəzəri qayda-qanunlarına bələd olmamaqdan törəyən pozuntular daxildir.

Göründüyü kimi, kifayət qədər, dolğun yanaşma bucağımız var. Fəaliyyətin gerçəkləşdirilməsi üçün Mətbuat Şurasının İdarə Heyətinin yaxın günlərdəki iclasında Şuranın Dil Komissiyasının tərkibinin komplektləşdirilməsi həyata keçiriləcək. Zaman-zaman komissiyanın işində peşəkar dilçi alimlər iştirak edib. Medianın monitorinqi də onlar tərəfindən aparılıb. Sonradan hazırda fəaliyyəti dayandırılmış Azərbaycan Respublikasının Dövlət Dil Komissiyası yanında Monitorinq Mərkəzi yaradıldı ki, Mətbuat Şurası bu qurumun işinə də öz töhfəsini verdi. Mərkəz monitorinqlərinin nəticələrini kitab şəklində nəşr etdirir, habelə pozuntu hallarının müzakirə edildiyi toplantılar düzənləyirdi.

Mətbuat Şurası da vaxtilə media məkanındakı dil pozuntularının müzakirəsini media rəhbərlərinin bilavasitə iştirakı ilə aparırdı. Hesab edirəm ki, yenə eyni fəaliyyətə üstünlük verilməlidir. O cümlədən, Dil Komissiyasının işinə, əvvəllər olduğu kimi, dilçi alimlərin və mütəxəssislərin cəlb edilməsi vacibdir. Şuranın İdarə Heyəti üzvlərinin qarşıdakı iclasda mövcud istiqamətdə, ümumən Dil Komissiyasının fəaliyyətinin gücləndirilməsinə dair başqa səmərəli təkliflər səsləndirəcəklərinə əminəm.

Rəşad Məcid,

Azərbaycan Mətbuat Şurasının sədri

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:115
embedMənbə:https://redaktor.az
archiveBu xəbər 26 Noyabr 2025 13:10 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İranda baş verənlərin Azərbaycana siyasi iqtisadi təsiri çox azdır

09 Yanvar 2026 14:06see273

Pezeşkian, Rza Pəhləvi, SEPAH üçlüyü İranda Yuqoslaviya variantı

09 Yanvar 2026 14:00see197

iPhone smartfonlarına yeni emojilər əlavə ediləcək

10 Yanvar 2026 05:45see196

Kolumbiya prezidenti dünya müharibəsini dayandırmaq üçün ABŞ a

10 Yanvar 2026 07:53see188

Buz bağlamış ön alın şüşəsini belə təmizləmək olmaz SÜRÜCÜLƏRƏ TÖVSİYƏ

09 Yanvar 2026 21:12see180

BMT: 21 milyona yaxın sudanlı aclıqla üzləşib

10 Yanvar 2026 23:11see163

Azərbaycalı müğənni bədən quruluşu ilə DİQQƏT ÇƏKDİ VİDEO

10 Yanvar 2026 01:10see157

Təyyarəmizi vuran generala qarşı bütün ittihamlar ləğv edildi

09 Yanvar 2026 17:51see157

“Trampı devrilmiş tiranlarının aqibəti gözləyə bilər” Xamenei

09 Yanvar 2026 17:48see153

İsrail Hizbullah mövqelərinə yeni hücumlar həyata keçirir​​​​​​​

09 Yanvar 2026 15:09see146

Məğlub olan Qalatasaray bundan imtina etdi

10 Yanvar 2026 23:44see144

İstanbul məhkəməsi Ekrem İmamoğlu barəsində yeni qərar verdi

09 Yanvar 2026 23:23see141

“Kinon” abunəliyini bank kartı ilə ödəmək mümkündür

09 Yanvar 2026 16:15see139

Bir sıra TV və radioların yayımı dayandırılacaq RƏSMİ

09 Yanvar 2026 13:59see139

Azərbaycan üzərindən Rusiya şəkəri Ermənistana göndəriləcək

10 Yanvar 2026 17:50see133

“Rubio dövrü: ABŞ Dövlət katibi Tramp administrasiyasında ən nüfuzlu məmura çevrilib“ BBC

09 Yanvar 2026 22:05see133

Ueyn Runi qardaşının klubunun “Kristal Palas” üzərində qələbəsini şərh edib

11 Yanvar 2026 01:34see133

Can Yaman və tanınmış model saxlanıldı FOTOLAR

10 Yanvar 2026 10:16see130

Həmişə özüm almışam, ərimin almasını gözləməyə səbrim çatmayıb

11 Yanvar 2026 00:31see127

Dembele PSJ nin təklifini rədd etdi daha yüksək məbləğ istəyir

10 Yanvar 2026 01:11see125
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri